"Niyyət axşamı" - Bu gecənin arzu, istəklə bir əlaqəsi var? - AÇIQLAMA
Gündəm
Oxunub: 179
1 Nis 2022 | 22:58
"Niyyət axşamı" - Bu gecənin arzu, istəklə bir əlaqəsi var? - AÇIQLAMA
“Oruc tutmanın fəlsəfəsi insanı özünü imtina etməyə alışdırmasıdır. Ümumiyyətlə insan yeganə varlıqdır ki, imtina etməyi bacarır. Ramazan ayında minimum ehtiyaclardan imtina etməklə əslində öz iradəsini gücləndirir, insan olduğunu hiss etdirir. Özü ilə mübarizə aparır və istəklərinə yox deməyi bacarır”.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli deyib.

Sabahdan Ramazan ayı başlayır. Ənənələrə uyğun olaraq bu axşam isə oruc tutacaq insanlar niyyət edəcək. Xalq arasında bu axşama “Niyyət axşamı” da deyirlər.
Hacı Şahin Həsənli də deyir ki, istənilən ibadət niyyətlə başlayır:

“Həmçinin Ramazan ayında insan bir aylıq orucunu niyyət edir. “Qurbeten llellah”, yəni allahın razılığı üçün bir aylıq oruc tutulur. Ramazan ayının ilk gecəsi ay görüldüyü zaman insan niyyət edir və oruc tutacağını nəzərdən keçirərək qərarlaşdırır. Bəziləri elə düşünür ki, niyyət axşamı ürəyində arzu tutulmalıdır və arzular dilə gətirilməlidir. Amma bu gecənin arzu, istəklə bir əlaqəsi yoxdur. Bu ibadətin niyyətini etmək üçündür”.

QMİ rəsmisi Ramazan ayının Quranda adı çəkilən yeganə ay olduğunu vurğulayıb:

“Ona görə ki, bu ayda Allahın bəşəriyyətə son kitabı olan “Qurani-Kərim” nazil olub. Ramazan ayı orucdan da öncə Quranın nazil olduğuna görə dəyərlidir. Eyni zamanda “Qurani-Kərim”in Bəqərə surəsində Allah buyurur ki, ey, iman gətirənlər sizdən öncəkilərə vacib buyurulduğu kimi oruc sizə də vacibdir. Bəlkə, təqvallardan, pəhrizkarlardan olasınız”.

Hacı Şahin deyir ki, oruc ictimai, sosial bərabərliyi gücləndirən əhval-ruhiyyəni yaradan bir ibadətdir:

“Bunlarla yanaşı, Ramazan ayı həmçinin paylaşma, razılaşma, mərhəmət ayıdır. Oruc tutanlara iftar verməyin də savabı çoxdur. Peyğəmbərimiz buyurub ki, oruc tutan insan bir xurma ilə belə iftar versə, sanki bir qul azad etmiş kimi olur.

Hədislərdə qeyd olunur ki, Allah orucu ona görə vacib buyurdu ki, zəngin insanlar yoxsul insanların halından xəbərdar olsun. Oruc zamanı sübh azanından axşam azanına qədər insanlar bir sıra əməllərdən çəkinməlidirlər. Yemək, içmək, cinsi münasibət, eyni zamanda qatı tüstünü, tozu udmaq kimi şeylərdən uzaq olmalıdırlar. İnsanın özünü qusdurması da orucu batil edir. Allahın, peyğəmbərin, imamların adından yalan danışmaq, sübh azanına qədər qüsl almadan imsak etmək orucu pozur”.

Ramazan ayının ilk gününün xüsusi bir özəlliyi yoxdur…

“Yəni fəzilətli bir gündür, digər günlər kimi... Ramazan ayının gündəlik duaları evdə oxunula bilər, amma məscidlərdə də insanların bir araya gəlib dua etməsi daha bəyənilən əməldir. Keçən illərdə pandemiya səbəbindən kütləvi tədbirlər məscidlərdə keçirilmirdi. Bu il pandemiya qaydaları nisbətən yumşalıb deyə məscidlərdə də məscid qaydalara uyğun şəkildə keçirilir və insanlar bu mərasimlərdə iştirak edirlər. Qısası insanlar evdə də, məsciddə də bu ayinləri icra edə bilərlər”.
26-05-2021, 10:53
Məscidlərdə namaz hansı qaydalarla qılınacaq?
14-04-2021, 10:48
Müqəddəs Ramazan ayı başladı
7-04-2021, 11:27
Azərbaycandan Həcc ziyarəti ilə bağlı Hacı Şahindən AÇIQLAMA
29-03-2021, 11:04
Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlanıb
25-04-2020, 09:33
Ramazan ayında bu qidaların qəbulu ciddi xəstəliklərə səbəb ola bilər - Ekspertdən XƏBƏRDARLIQ
25-04-2020, 09:34
Tacikistan prezidenti: “Orucu daha əlverişli vaxta keçirək”
Bugün, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
Bugün, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
Bugün, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
Bugün, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
Bugün, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
Bugün, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
Bugün, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
Bugün, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
Bugün, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
Bugün, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
Bugün, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
Dün, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
Dün, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
Dün, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
Dün, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
Dün, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
Dün, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi
Dün, 21:53
Bacısının yuxusu gerçək oldu, lotereyada 837 min uddu
Dün, 21:49
Norveçli keçmiş deputat ukraynalı döyüşçü ilə evləndi
Dün, 21:47
Avropanın ən aşağı büdcəli aviasiya şirkəti
Dün, 21:43
Əfsanəvi qapıçının dramı: Qumar oynadı, müflis oldu və...
2-05-2024, 15:30
Körpə yeməkdən sonra qusub öldü
2-05-2024, 15:19
Bu peşələr demensiya riskini artırır
2-05-2024, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
2-05-2024, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
2-05-2024, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
2-05-2024, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
2-05-2024, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
2-05-2024, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı