Bakıdakı dəhşətli qəzanı törədən sərxoş sürücü: “Doğrudan iki nəfər ölüb?”

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtın Qaradağ rayonunda baş verən ağır yol qəzası ilə bağlı açıqlama verib.
BDYPİ-dən “Report”a bildirilib ki, hadisə saat 10:15 radələrində Bakı dairəvi yolunun 13-cü kilometrliyində qeydə alınıb:
“Belə ki, Şəfiyev Səbuhi Akif oğlunun idarə etdiyi MAN markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaqdoldurma daşıyan yük avtomobili hərəktdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa çıxıb. Bu zaman yük avtomobili bir nəqliyyat vasitəsinə zərər yetirib, digəri - “Mercedes” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb. Yük maşını isə hadisə zamanı aşıb.
Faktla bağlı araşdırma aparılır”.
Qeyd edək ki, Səbuhi Şəfiyev hadisə zamanı sərxoş olub. O, istintaqa verdiyi ifadəsində hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. Müstəntiqin hadisə zamanı digər nəqliyyat vasitəsində olan iki nəfərin öldüyünü bildirəndə S.Şəfiyev məsələyə “Doğrudan iki nəfər ölüb?” deyərək təəccübünü gizlədə bilməyib.
Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda qeydə alınan hadisə zamanı MAN və “Mercedes” markalı avtomobillər toqquşub.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Almazov Musa Həsənxan oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
15:45
Bakı-Qazax şosesinin Qaradağ rayonu ərazisinə düşən hissəsində ağır qəza baş verib.
APA xəbər verir ki, hadisə Sədərək ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, “Azpetrol” MMC-yə məxsus “Man” markalı yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükana nəzarəti itirib.
Yük avtomobili yol ayrıcı dəmir arakəsmələrə çırpılaraq əks yola çıxıb. Bu zaman əks yolda hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobilinə çırpılıb. Daha sonra yük avtomobili yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ölüb. Yük avtomobilinin sürücüsü isə ağır xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Yol Patrul Xidmətinin əməkdaşları müəyyən edib ki, yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükan arxasına sərxoş vəziyyətdə olub.



7-03-2022, 10:44
Bakıda avtomobil şadlıq evinə çırpıldı: Xəsarət alanlar var
19-05-2021, 10:14
AZƏRBAYCANDA QANDONDURAN HADİSƏ: Atasının qisasını onu vuran sürücüdən və atasından aldı
20-01-2019, 13:47
İmişlidə yol qəzası: ölən və yaralananlar var
2-01-2019, 11:58
Saatlıda avtomobil su kanalına aşıb
13-12-2018, 13:57
Maşını avtobusa çırpan sürücü məhkəmə qarşısında
26-11-2018, 12:40
Hacıqabulda iki avtomobil toqquşub - 8 nəfər yaralanıb
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...