ADPU-nin müəllimi Qarabağ qazisinin torpağını zorla əlindən alır... - GİLEY
Gündəm
Oxunub: 567
26 Ara 2018 | 14:14
ADPU-nin müəllimi Qarabağ qazisinin torpağını zorla əlindən alır... - GİLEYSon dövürlər arxalıların Azərbaycanda özbaşınalığı, arxa-dayaq duranlarına güvənərək kimlərinsə halal, qanununi mülklərini zəbt etməsi və qeyri qanuni leqallaşdırması mətbuatın gündəmini zəbt edib. Bu insanlar müharibə vetiranı, şəhid ailəsi demədən bu işi nəyin bahasına olursa-olsun gerçəkləşdirməyə çalışırlar. Pulları, vəzifələri varsa özlərini hakimi mütləq kimi aparırlar. Onların törətdikləri bu əməllər ölkə vətəndaşlarını dövlətdən, dövlətin apardığı siyasətdən narazı salmağa hesablanıb. Ölkə başçısının sərəncamı ilə müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə ev verildiyi bir zamanda kimlərinsə müharibə veteranının qanunu torpağını zəbt etməsi, qanunsuz olaraq məhkəmələrdə süründürməsi elə dövlət başçısına qarşı bir təxribatdır.

Saytımıza qarabağ qazisi Əliquliyev Qərib Məmmədxan oğlu müraciət edərək kömək istəyib. Qarabağ qazisi Azərbaycanın tanınmış elm ocaqlarından birində işləyən, özünü ziyalı hesab edən bir şəxsin səlahiyyətlərindən və imkanlarından istifadə edərək onun qanuni torpaqlarını zorla ələ keçirmək istəməsi ilə bağlı saytımıza danışdı.

Şikayətçi Əliquliyev Qərib Məmmədxan oğlu qeyd edir ki, 1959-cu ildə Qərbi Azərbaycanda anadan olub və məlum hadisələrdən sonra Ermənistandan-dədə-baba yurdundan didərgin düşüb. Hal-hazırda Bakı şəhər Nərimanov rayon Çəmənzəminli küç, ev, 132-də yaşayır. Pənah gətirdiyi doğma yurdunda da problemsiz ötüşməyib. Hazırda ona və yaxınlarına məxsus olan, öz halal zəhmətləri bahasına əldə etdikləri torpaqlar indi də Azərbaycanda bəzi adamlar tərəfindən zəbt edilir.

Şikayətçi qeyd edir ki, Səbail rayon, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 18 sot torpaq sahəsi 1994-cü ildən etibarən qanuni olaraq ona məxsus olub. Lakin əlində olan qanuni sənədlərinə baxmayaraq Cəbrayılov Rəna Polad qızı adlı şəxs ona məxsus torpaq sahəsinin səlahiyyətlərindən və arxalandığı vəzifəli şəxslərdən istifadə edərək onun əlindən almağa çalışır. Cəbrayılov Rəna Polad qızı Cəbrayılov Məlikməmməd Saday oğlunun həyat yoldaşıdır. M.Cəbrayılov 1966-cı ildən Azərbaycan Dövlət Pedeqoji Universitetində fəaliyyət göstərir. M.Cəbrayılovun həyat yoldaşının bu əmələrinə biganə qalması onu deməyə əsas verir ki, uzun müddət Pedeqoji universitetində çalışan bu şəxs məsələnin arxasında dayanır, öz səlahiyyətlərindən və imkanlarından istifadə edir. Yaxud da Rəna Cəbrayılova hansısa vəzifəli qohumuna güvənərək bu qanunsuz əməlindən daşınmaq istəmir.

Şikayətçi bildirir ki, məsələ ilə bağlı Səbail rayon 41-ci Polis Bölməsinə dəfələrlə şikayət etməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilməyib. Polislər Q.Əliquliyevin torpaq sahəsinin zorla zəbt olmasına məsələyə müdaxilə etməyiblər. Cəbrayılov Rəna Polad qızı daha da irəli gedərək hətta ərazidə tikinti də aparmağa cəhd edib. Bunu görən vətəndaş nicat yolunu məhkəmədə axtarıb. Məhkəmə ədalətli qərar çıxarsa da məsələ həllini tapmayıb. Qarşı tərəf əməllərini davam etdirib. Q.Əliquliyev yenidən polisə müraciət etsə də nəticə olmayıb. Yenə də polis nəyinsə müqabilində məhkəmə qərarının əleyhinə gedərək hadisəyə müdaxilə etməyib. Rəna Cəbrayılova ərazidə qanunsuz tikili aparamağa və ərazini zəbt etməyə davam edib. Polisin məhkəmə qərarını heçə saymasını görən Rəna Cəbrayılova bir az da irəli gedərək Q.Əliquliyevin həyətinə gedən yolu daş hasarla hörərək bağlamışdır. Növbəti şikayətlər əsasında dəfələrlə daş hasar sökülsə də bir müddət sonra yenidən Rəna Cəbrayılova tərəfindən tikdirilmişdir.

Qarabağ qazisi əlavə olaraq bildirir ki, hazırda iş Ali Məhkəmədədir və məhkəmədən ədalətli qərar gözləyir. Əgər, Ali Məhkəmə ilkin yerli məhkəmələrin qərarını qüvvədə saxlamazsa, qanunsuz qərar verərsə, onu çarəsiz buraxarsa, ilk öncə mətbuat konfransı keçirəcək. Hüquqlarının müdafiəsi üçün axıra qədər mübarizəsini davam etdirəcək. Səsinə səs verən olmazsa ciddi aksiyalara başlayacaq.

Qarabağ qazisi sonda jurnalistlərə və hüquq müdafiəçilərinə onu müdafiə etmələri üçün müraciət edib. Sabah saat 11.50-da Ali məhkəmədə keçirilən prosesdə iştirak etmələrini və işıqlandırmalarını, habelə mövzunu diqqətdə saxlamağı xahiş edib.
BakuNews.az

27-12-2018, 13:36
Zaxarova Qarabağdan danışdı: Təəssüflər olsun ki, çox uzanır
24-12-2018, 13:38
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsinə görə şəhid anaları adından Prezidentə təşəkkür edirəm
24-12-2018, 13:37
Lökbatan qəsəbəsində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər təqdim edilib
6-12-2018, 16:34
SOCAR: Gürcüstan vətəndaşlarının borclarının ödənilməsi ilə bağlı yayılan şayiə Azərbaycana qarşı təxribatdır
5-11-2018, 18:37
"Qarabağ"ın rəqibi baş məşqçisini qovdu
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...