"Əmrahbank”-ın cinayətinin qurbanı olan qadın 15 ildir pulunu geri ala bilmir - “80 yaşım var, daha nə qədər gözləməliyəm?”
Gündəm / Hadisə
Oxunub: 111
24 Ock 2022 | 18:48
"Əmrahbank”-ın cinayətinin qurbanı olan qadın 15 ildir pulunu geri ala bilmir - “80 yaşım var, daha nə qədər gözləməliyəm?”
capar.info xəbər verir ki, hələ 2019-cu ildə “AzPolitika.info”-da Bakı şəhər sakini Burlaçuk Qalina Aleksandrovnanın şikayəti əsasında ““Əmrahbank”dan müdhiş fırıldaq: 77yaşlı tənhha qadının pullarını necə oğurladılar?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Q.Burlaçukun hələ 2006-cı ildə “Əmrahbank”-a yerləşdirdiyi depozitin bankın məsul vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi, lakin aşkar cinayət faktının istintaq orqanlıarı və məhkəmə tərəfindən ört-basdır edilməsindən danışılırdı.

Q.Burlaçukun redaksiyamıza yeni müraciətindən belə aydın olur ki, dərc etdiyimiz yazıdan 3 il keçməsinə və şikayətçi xanım artıq 80 yaşı haqlamasına baxmayaraq, hələ də məhkəmələrdə süründürülür və halal haqqı geri qaytarılmır.

Şikayətçi yazır: “Sizin qəzetə müraciətimdən sonra 15 aprel 2019-cu il tarixdə qəzetinizdə ““Əmrahbank”dan müdhiş fırıldaq: 77yaşlı tənhha qadının pullarını necə oğurladılar? - film kimi hekayət” başlığı altında rezonans doğuran məqalə dərc edildi. Bununla da problemin respublika rəhbərliyinə və ictimaiyyətə çatdırılması nəticəsində Baş Prokurorluq əvvələr iş üzrə qəbul etdiyi qərarları dəyişdirməklə 180 dərəcə dönüş edərək, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Əmrahbank”ın və onun havadarlarının sifarişi ilə 2012-ci ildən Cinayət Prossesual Qanunvericiliynə zidd olaraq icraatı dayandırılmış 170206050 saylı cinayət işini 2019-cu ilin sentyabr ayında yenidən təzələdi. “Əmrahbank”ın Nəsimi filialının direktoru işləmiş Əli Məhərrəmov və bankın xəzinadarı vəzifəsində çalışmış İkram Eyvazov barəsində istintaq yekunlaşdırıldı və cinayət işi 2020-ci ilin fevral ayında məhkəmə istintaqı aparılması üçün Bakı ağır Cinayətlər Məhkəməsinə göndərildi. Onu da qeyd edim ki, buna kimi mənim şikayətlərimə baxılmırdı və mənə deyilmişdi ki, hətta ALLAHA belə şikayət etsəm, heç nəyə nail ola bilməyəcəm.

İstintaq qurtardıqdan sonra mən belə hesab etdim ki, ədalət bərqərar olacaq, Hörmətli Prezidentimiz İlham Əliyevin elan etdiyi multikultural və tolerantlıq prinsipləri və dəyərləri əsasında “Əmrahbank”ın müdhiş fırıldaqlarına hüquqi qiymət verilərək mənim oğurlanmış pullarım geri qaytarılacaq.”

Lakin şikayətçinin ümidləri özünü doğrultmayıb və 80 yaşlı qadın “yağışdan çıxıb, yağmura düşüb”: “Ancaq sevincim və gümanlarım çox çəkmədi. 2020-ci ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə başlayan və icraat mexanizmi çox da mürəkkəb olmayan bu bank fırıldaqçılığı faktına hüquqi qiymət verilməsi prosesi düz 8 fevral 2021-ci ilə kimi davam etdi. Hakim A. Paşayev hər 20-25 gündən bir məhkəmə baxışları təyin edərək 25(!) məhkəmə iclası keçirməklə sanki yekun qərar çıxarmaq üçün vaxtı uzatmağa cəhd edirdi. Hiss olunurdu ki, məhkəmədə baş verənlər kiminsə arzusu ilə yerinə yetirilir. 2020-ci ilin avqust ayında hakimə vəsatət verərək onun nəzərinə çatdırdım ki, təqsirləndirilən şəxslər Ə. Məhərrəmovun və İ. Eyvazovun 2006-2008-ci illərdə törətdikləri cinayət əməllərindən keçən müddətin 12 ilə çatmasına az qalıb. Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən isə onlar həmin müddətin tamamında cəza çəkməkdən azad olunacaqlar. Xahiş etdim ki, işin baxışı surətləndirilsin. Mənim bu vəsatətimdən sonra hakim məhkəmə istintaqını pandemiya bəhanələri ilə daha da yubatmağa başladı.”

Şikayətçi bildirir ki, eyni haqsızlıqlarla növbəti məhkəmə instansiyalarında da qarşılaşıb: “Gedən bütün proseslərdən hiss olunurdu ki, məhkəmə təqsirləndirilən şəxslərin həbsdən azad olunması üçün zəmin yaratmaqla estafeti apellyasiya instansiyasına ötürməyə çalışacaq. “Əmrahbank”ın kənarda duraraq işi idarə edən hüquq texnoloqlarının ideya və məsləhətləri Bakı Ağır Cinayətlər Məhkəməsində hakim tərəfindən qismən icra edildi. İlk mərhələdə bankin xəznədarı İ.Eyvazov cəza çəkmək məsuliyyətindən azad olundu, “Əmrahbank”a qarşı mənim Mülki Məcəllənin 1099-cu maddəsinin tələblərinə uyğun mülki iddiamın təmin edilməsi məsələsinə baxılmadı. Filial direktoru Əli Məhərrəmovun azadlıqdan məhrum olunması, habelə mənə dəyən maddi ziyanın müştərək qaydada təqsirli şəxslərdən tutulması barədə 08.02.2021-ci ildə hökm çıxarıldı. Bununla da hakim A. Paşayev öz missiyasını yerinə yetirdi! İşdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verildi və iş baxılması üçün Hakim Elmar Rəhimovun icraatına verildi. Bundan sonra apellyasiya instansiyasında qəribə hadisələr baş verməyə başladı. Hakim E.Rəhimov verdiyim apellyasiya şikayətimi başa düşməyirmiş kimi mənə istiqamətlənmiş sullar verirdi ki, həmin şikayətimlə mən nə istəyirəm? Pulu kimdən tələb edirəm- “Əmrahbank”dan yoxsa təqsirləndirilən şəxslərdən? Hakim bir neçə dəfə məndən tələb etdi ki, apellyasiya şikayətimə dəqiqləşmə və aydınlıq gətirim. Sanki bununla o, istəyirdi sübut etsin ki, güya apellyasiya şikayətimdəki tələblərim mənim iradəmi əks etdirmir və şikayətim kənar şəxslərin iradəsi ilə tərtib edilib. Mən hakimə subut etdim ki, iddia ərizəm mənim iradəmlə yazılıb.”

Bu dəfə də Apellyasiya Məhkəməsinin hakimi 80 yaşlı qadının məhkəmə işini uzatmağa başlayıb: “Bundan sonra filial direktoru Əli Məhərrəmov hakim tərəfindən yuxarıda qeyd etdiyim CM-nin 75-ci maddəsinin tələbi ilə cəza çəkmək məsuliyyətindən məhkəmə zalında azad edildi. Hakim digər təqsirləndirilən şəxs - bankın xəzinədarı İ. Eyvazovun vəsatəti əsasında ibtidai istintaq ərəfəsində ondan götürülmüş xətt və imzalarının ekspertizası zamanı ekspertin verdiyi rəyi şübhə altına alaraq yenidən xəttşünaslıq ekspertizası təyin edilməsi barədə qərar qəbul etdi. Bu, yeni bir jest idi və əgər ekspert əvvəlki rəyə zidd olan rəy vermiş olsaydı, istintaqın gəldiyi nəticələr şübhə altına alınacaqdı və cinayət törədən şəxslərə bəraət veriləcəkdi. Mənim ekspert idarəsinin rəhbərliyinə intensiv müraciətlərim öz nəticəsini verdi və ekspert ilkin rəyi bir daha təsdiq etmək məcburiyyətində qalmış oldu. Bankın xəzinadarı İ.Eyvazov yaranmış vəziyyəti görərək, öz təqsirini boynuna alaraq məhkəmənin depozitinə mənə çatdırılması üçün az miqdarda vəsait ödəməklə Ə. Məhərrəmovla müştərək formada məsuliyyət daşımaqdan azad olunmağa cəhd etdi. 28.09.2021-ci ilə qədər davam edən məhkəmə iclasında hakim qərar verərək xəzinadar İ.Eyvazovu müştərək məsuliyyət daşımaqdan azad etməklə yanaşı, onun törətdiyi cinayət əməlini digər daha yüngül maddə ilə tövsif edərək, mənim “Əmrahbank”a qarşı mülki iddiamı rədd etdi və Əli Məhərrəmovun üzərinə mənə dəyən maddi ziyanın ödənilməsi öhdəliyini qoydu. Yenə də “Əmrahbank” Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən məsuliyyət daşımaqdan azad edildi.”

Q.Burlaçuk bu işdə prokurorluğun da lazımi tədbirlər görmədiyini bildirir: “Ən maraqlısı odur ki, məhkəmə baxışlarında iştrak edən və dövlət ittihamını müdafiə edən Respublika Prokurorluğunun əməkdaşları hakimlərin prosesual qanuna əməl etməməsinə reaksiya vermir və baş verənlərə neytrallıq nümayiş etdirirdilər.”

Şikayətçi iddia edir ki, prokurorluq da işin uzanmasına yönələn addımlar atıb və o, bu işlə bağlı Ali Məhkəmənin Plenumuna da müraciət edib: “Hazırda mənim iddia ərizəm Ali Məhkəmənin Plenumunda olsa da mülkü iş üzrə Plenum tərəfindən hər hansı qərarın qəbulu barəsində məlumatım yoxdur.”

Q.Burlaçuk ümidinin yalnız ölkə başçısına qaldığını deyir: “Bilirəm ki, “Əmrahbank”la yaranmış bu çəkişməyə Cənab Prezidentimiz öz iradəsi ilə son qoymasa, bu iş hətta sonsuzluğa qədər bitməyəcək, çünki “Əmrahbank” məndən çox güclüdür və mən onların qarşısında qarışqa kimiyəm. Mən 15 ildir ki, öz zəhmətimlə qazandığım və dələduzluqla mənimsənilmiş pulumu “Əmrahbank”dan geri tələb etmək üçün hüquqi müstəvidə mübarizə aparsam da bu günə kimi müsbət nəticəyə nail ola bilmirəm. Mənim 80 yaşım tamam olur. Görəsən, bundan sonra neçə illər gözləməliyəm ki, Azərbaycan Konstitusiyası ilə nəzərdə tutulmuş mülkiyyət hüququmun təminatı dövlət tərəfindən məhkəmə orqanlarında icra olunsun və mənimsənilmiş pullarım özümə qaytarılsın?”

“AzPolitika.info”
27-12-2021, 11:57
3 aylığa verdiyi borc pulu 2 ildir ALA BİLMİR... - Məhkəmə hakimi isə...
25-09-2021, 20:25
Şeyxin qudası “at oynadır” - NARAZILIQ!
10-09-2021, 13:49
Aprel ayında sifariş etdiyimiz mebeli hissə-hissə gətirirlər..." - NARAZILIQ!
10-08-2021, 13:02
Şəhid ailəsi: NAZİRLİK BİZİ ƏLƏ SALIB... - NARAZILIQ!
6-08-2021, 14:45
Şəhid ailəsi hüquq-muhafizə orqanlarından prezidentə şikayət etdi...
8-01-2019, 14:21
Lift qırıldı, təmizlik işləri aparan qadın öldü...
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir
21-04-2024, 15:00
Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT
21-04-2024, 14:58
Ən çox qumar oynayan BÜRCLƏR
21-04-2024, 14:55
İki helikopter qəzaya uğradı: Yeddi nəfər itkin düşdü
21-04-2024, 14:52
13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı
21-04-2024, 14:51
Tayvanda güclü zəlzələ oldu
21-04-2024, 14:49
8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı
21-04-2024, 14:47
Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapıldı
21-04-2024, 14:45
Azərbaycanda 31 dərəcə isti olub - FAKTİKİ HAVA
19-04-2024, 14:28
İsrail İrana raket zərbəsi endirdi
19-04-2024, 14:20
Meksikada güclü zəlzələ