“Bu qanunla mətbuatın idarə olunması hökumətə təslim edildi” - ETİRAZ
Gündəm / Siyasət
Oxunub: 185
2 Ock 2022 | 09:49
“Bu qanunla mətbuatın idarə olunması hökumətə təslim edildi” - ETİRAZ
Azərbaycanda “Media haqqında” yeni qanun qəbul edilib. Parlamentin payız sessiyasının sonuncu iclasında üçüncü oxunuşda deputatlar qanunun lehinə səs veriblər.

Ekspertlərin əksəriyyəti hesab edir ki, “Media haqqında” qanunun yenilənməsinə ehtiyac var idi, çünki “KİV haqqında” qanunun qəbulundan uzun müddət keçib, lakin qanunda nəzərdə tutulan bir çox müddəalar, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən KİV-lərin reyestrinin aparılması, jurnalistlərə vahid vəsiqələrin bu qurum tərəfindən verilməsi, istinadla bağlı məhdudlaşdırıcı qadağalar, media mənsublarının peşəkar fəaliyyətinə yaradılan süni əngəllər media mənsubları tərəfindən ciddi etirazla qarşılanıb.

DİA.AZ xəbər verir ki, media hüququ üzrə ekspert, hüquqşünas Xalid Ağalıyev “Media haqqında” yeni qanunla bağlı fikirlərini AYNA ilə bölüşüb.

- “Media haqqında” yeni qanun Milli Məclis tərəfindən qəbul edildi. Sizcə, bu qanun KİV-lərin fəaliyyətində hansı dəyişikliklərə səbəb olacaq? Qanunun müsbət və mənfi tərəfləri hansılardır?

- Əslində, biz bu müzakirələrdə sözün tam mənasında iştirak etməmişik. Qanun yaradıcılığı prosesi kifayət qədər geniş imkanları əhatə etməlidir. Ortaya qanun layihəsi qoyuldu və biz ümumi şəkildə düşüncələrimizi bildirdik. Fikrimcə, qanun layihəsinin hazırlanmasına bütün əlaqəli tərəflər cəlb edilməli idi. Bu, təmin olunmadı. Dekabrın 3-də Avropa Şurası Nazirlər Komitəsi qətnamə qəbul edərək hökumətimizdən “Media haqqında” qanunun Avropa Şurası ekspertləri ilə birgə hazırlanmasını istəmişdi. Buna əməl olunmadı. Məncə, artıq parlamentin təsdiqləmiş olduğu qanun jurnalistika, media hüququ, ümumilikdə ifadə azadlığı ilə bağlı Azərbaycanın müstəqillik dövründə qəbul edilmiş ən pis qanunlardan biridir. Bu qanun medianın tənzimlənməsini tamamilə hökumətə təslim edir, özünütənzimləmə ilə bağlı 20-30 ildə əldə edilmiş bütün kövrək nailiyyətlərin üzərindən xətt çəkir.

- Qanunda əsas tənqid olunan məqamlardan biri də KİV-lərin və jurnalistlərin vahid reyestri ilə bağlıdır. Bununla bağlı gözləntiləriniz nədən ibarətdir?

- Reyest məsələsi qanunun mürtəce məzmununun bir hissəsidir. Könüllülük, “kim istəsə, qoşulmaya bilər” kimi yanaşmalar müvəqqətidir, ictimai rəyi rahatlaşdırmaq üçün dilə gətirilir. Qanun işə düşəndə bunun nə qədər zərərli olduğu ortaya çıxacaq. Qanun faktiki olaraq, reyestr daxilində jurnalistlərin dar çərçivəsini müəyyən edəcək. Tədricən yalnız həmin çərçivədə olanların qanuni jurnalist fəaliyyəti ilə məşğul olduğu gerçəyi oturuşacaq. Jurnalistlər informasiyanın əldə edilməsi, hazırlanması, yayılmasında, vətəndaşların ictimai məlumatlara çatmaq hüququnun reallaşmasında mühüm rol oynayırlar. Yalnız reyestrdə adları olanlar bu üstünlüklərdən istifadə edə biləcəklər.

Məsələn, hansısa aksiya zamanı polis “reyestrdə adın yoxdur” deyə çəkiliş aparanları da aksiya iştirakçılarına bərabər tutacaq. Jurnalist sorğusu verənləri də dövlət qurumları eyni arqumentlə yola verəcək. Nəticədə ən böyük zərər görən ictimaiyyətin informasiya əldə etmək hüququ olacaq, cəmiyyət xeyli dərəcədə reyestrdəki jurnalistlərin yayacağı informasiyanın ümidinə qalacaq. Nəzərə alsaq ki, reyestrə daxil olmaq üçün xeyli uzun, ifadə azadlığı hüququ ilə bir araya sığmayan şərtlərə cavab vermək lazımdır, bu şərtlərdən keçmiş jurnalistin rahatlıqla tərəfsiz xəbər çatdıracağını söyləmək çox çətindir.

- Daha bir dəyişiklik isə informasiya agentlikləri ilə müqavilələrin məcburi olmasıdır. Bunu etməyən portallar faktiki olaraq onların xəbərlərini tirajlaya bilməyəcək?

- İstinadla bağlı qanunda əksini tapan tənzimləmələr yersizdir. Belə görünür ki, istinad məsələsi ilə bağlı hansısa dövlət qurumunun xüsusi səlahiyyətləri olacaq və bu səlahiyyətlərdən jurnalistlərin, medianın nəzarətdə tutulması işində istifadə olunacaq. Başqalarına aid, başqalarının yaratdığı məzmunun oğurlanması, istinad edilmədən yayılması pozuntudur. Bu pozuntular baş verdikdə hansı hüquqi addımlar atılmalıdır, məzmunu oğurlayanları hansı cəzalar gözləyir, milli qanunvericiliyimiz onsuz da bu məsələləri tənzimləyir. Belə olduğu təqdirdə media qanunvericiliyində bu məsələlərin xüsusi vurğulanmasının bir məqsədi ola bilər - jurnalistləri daha çox çəkindirmək.

- Qanunda daha hansı məqamlar var ki, mətbuatın gələcəyi üçün arzuolunmaz nəticələr doğuracaq?

- Bu qanun ümumiyyətlə, ifadə azadlığı hüququnun gerçəkləşməsini ciddi ölçüdə təsirləndirən bir qanundur. Bəzən dördüncü hakimiyyət adlandırılan medianın işi üç hakimiyyət qolunun fəaliyyətinə, ictimai maraqlara nəzarət etməkdir. Bu baxımdan, sadə məntiqlə kimin jurnalist olmasına, ictimaiyyəti kimlərin, necə məlumatlandırmalı olmasına digər hakimiyyət qolları qərar verməməlidir. Belə olduqda medianın fəaliyyətinin bir mənası qalmayacaq. Heç kim zəmanət verə bilməz ki, icra hakimiyyəti qolunun formalaşdırdığı media, jurnalistlər həmin icra hakimiyyətinin, digər hakimiyyət qollarının fəaliyyətinə azad nəzarət edə biləcək, ictimaiyyəti hökumətin fəaliyyəti barədə doğru-dürüst məlumatlandıracaq. Başlıca narahatlıq budur.

Qanun mətninin detallarına girsək, az qala hər müddəası mübahisəlidir, media, jurnalistika azadlığına müdaxilə məzmunu daşıyır. Ümumiyyətlə, bu qanun başağırısı olacaq. Hökumət 7-8 il əvvəl QHT qanunvericiliyinə düzəlişlər etmişdi, nəticə bu oldu ki, bütün QHT-lər sıradan çıxdı. İllər əvvəl QHT qanunvericiliyini mürtəce duruma salanlar indi də illərdir bu yanlışın nəticələrinin aradan qaldırılmasına çalışırlar, ancaq hələ də ortada bir nəticə yoxdur. “Media qanunu” ilə bağlı da eyni durum olacaq. Bu gün onu alqışlayanlar bir müddət sonra onun zərərlərini aradan qaldırmaq üçün çalışacaqlar.
20-12-2021, 16:57
Azərbaycanda jurnalistlər “özümüzünkülər və özgələr”ə bölünəcək - FAKT BUDUR!
20-12-2021, 16:50
"Buna media nə etsin?" - Deputatdan ETİRAZ
20-12-2021, 16:48
Musa Quliyev o boyda nöqsanın içində görün, NƏYİ TAPDI...
17-12-2021, 13:40
"Media haqqında qanunu Troya atı ilə müqayisə etmək olar'' - Mehman Əliyev
12-12-2021, 21:32
Media çəpərləmələri:yeni qanun, köhnə problem…
6-01-2021, 10:44
KİVDF-nin fəaliyyəti dayandırılır?
Dün, 15:30
Körpə yeməkdən sonra qusub öldü
Dün, 15:19
Bu peşələr demensiya riskini artırır
Dün, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
Dün, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
Dün, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
Dün, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
Dün, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
Dün, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
Dün, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu