Azərbaycanda jurnalistlər “özümüzünkülər və özgələr”ə bölünəcək - FAKT BUDUR!
Azərbaycan Milli Məclisi dekabrın 14-də jurnalistlərin və ekspertlərin ciddi tənqidinə səbəb olan “Media haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. AYNA yeni qanun layihəsinə mütəxəssislərin münasibətini öyrənib.capar.info AYNA-ya istinadən məlumatına görə, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, bu qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib ki, yeni qanun layihəsinin hazırlanmasında məqsəd informasiya təhlükəsizliyinin artırılması, medianın inkişafı və stimullaşdırılmasıdır.
“Əgər biz dövlət qurumlarından adi məlumat ala bilmiriksə, hansı informasiya təhlükəsizliyindən danışa bilərik?!”, - deyə Mehman Əliyev sual edib.
Onun sözlərinə görə, “Media haqqında” qanun bir sıra KİV-lərin dövlət tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur: “Lakin media orqanı QHT deyil, özünü maliyyələşdirməli olan kommersiya təşkilatıdır. Medianın İnkişafı Agentliyi də media ilə müzakirələr aparacağına söz vermişdi. Lakin bu qanun layihəsinin müzakirəsi demək olar ki, aparılmadı”.
Media eksperti Zeynal Məmmədli də mövcud vəziyyətdən razı deyil. Onun fikrincə, çox gözəl qanunlar qəbul etmək olar, lakin şəffaf reklam bazarı olmadan medianın müstəqilliyini təmin etmək mümkün deyil: “Azərbaycanda azad reklam bazarı yoxdur. Mediaya hakimiyyət orqanları nəzarət edir. Əbəs yerə deyil ki, Azərbaycanda jurnalistlərə dövlət mənzil verir. Digər KİV nümayəndələri isə öz mənzillərini özləri almağa məcburdurlar. Çox vaxt jurnalistlər özləri məmurların təsiri altına düşməyə çalışırlar”.
Ekspert təəssüflə qeyd edib ki, yeni qanunda media ombudsmanı və onun səlahiyyətləri ilə bağlı maddə yoxdur: “Ona görə də yeni qanunun qəbulunun Azərbaycanda media müstəqilliyinin inkişafına töhfə verəcəyinə inanmıram”
Media hüququ eksperti Ələsgər Əhmədoğlunun dediyinə görə, jJurnalistləri nəzarətdə saxlamaq üçün hakimiyyət onlara 600-ə yaxın mənzil verib: “Həmçinin bir sıra KİV-lərə 30 milyon manat məbləğində maliyyə dəstəyi göstərilib. Ancaq bunun mənasız bir təşəbbüs olduğu ortaya çıxdı. Bu gün bir çox blogerlər çox populyardır və dövlətdən pul alan mediadan daha çox oxunurlar”.
Hüquqşünas söyləyib ki, yeni qanun layihəsində jurnalistlər üçün yeni məhdudiyyətlər nəzərdə tutulub: “Ancaq bu, yanlışdır. Jurnalistlər yalnız dövlətdə qüvvədə olan etik normalara və hüquq normalarına əməl etməlidirlər”.
Əhmədoğlu vahid sertifikatların tətbiqinə də mənfi münasibət bəsləyir: “Beləliklə, jurnalistləri “özümüzünkülər və özgələr”ə bölmək istəyirlər”.
Deputat və “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas isə hesab edir ki, “Media haqqında” yeni qanunun qəbulunu cəmiyyətdə baş verən dəyişikliklər diqtə edib: “İlk dəfə “KİV haqqında” qanun 22 il əvvəl qəbul edilib. Halbuki o vaxt nə sosial şəbəkələr, nə də internet televiziyaları var idi”
Ə.Əhmədoğludan fərqli olaraq, A.Abbas jurnalistlər üçün vahid vəsiqənin tətbiqini müsbət qiymətləndirir: “Bu, reket jurnalistika ilə mübarizədə bizə kömək edəcək”.
Deputat media qurumlarının dövlət tərəfindən maliyyələşdirilməsinin də tərəfdarıdır: “Axı qəzetlər özünü maliyyələşdirə bilmir, çünki ölkədə reklam bazarı yoxdur. Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də monopoliya hökm sürür”.
17-12-2021, 13:40
"Media haqqında qanunu Troya atı ilə müqayisə etmək olar'' - Mehman Əliyev
12-12-2021, 21:32
Media çəpərləmələri:yeni qanun, köhnə problem…
18-06-2021, 11:13
Əlilliklə bağlı qanun layihəsinə yeni maddə əlavə olundu
11-06-2021, 14:35
13 deputat əlilliklə bağlı yeni qanuna SƏS VERMƏDİ – Mübahisəli qanun layihəsi yenidən müzakirə olunacaq
26-05-2021, 16:27
Milli Məcliskomitələrinin birgə iclasında Şuşa şəhəri haqqında qanun layihəsi müzakirə olunub
6-01-2021, 10:44
KİVDF-nin fəaliyyəti dayandırılır?
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır