Ermənilərin Putin düşmənçiliyi, Yeltsin sevgisi... - GƏLİŞMƏ
Gündəm / Siyasət
Oxunub: 280
17 Ara 2021 | 13:46
Ermənilərin Putin düşmənçiliyi, Yeltsin sevgisi... - GƏLİŞMƏ İkinci Qarabağ müharibəsindən sonra ermənilər uğradıqları məğlubiyyətə görə Rusiya hakimiyyətini və prezidenti Vladimir Putini ittiham etməkdə davam edirlər. Erməni mediası indi də belə bir yalan uydurub ki, guya Vladimir Putin prezident olana qədər Qarabağdakı separatçılar danışıqlar masasında tərəf olub. Putin prezident olandan sonra bu aradan qalxıb: “Bütün bəlalarımızın, faciələrimizin əsas səbəbkarının konkret adı və soyadı, vəzifəsi var. Putin hakimiyyətə gələnə qədər ”artsax" danışıqlar masasında idi, Azərbaycan buna qarşı bir söz deyə bilməzdi. Putin buna son qoydu. Prezident Boris Yeltsin Ermənistana qarşı əsl rus vətənpərvərinin ən isti hisslərini yaşayırdı. Putinin Ermənistanı səmimiyyətlə sevməməsi onsuz da aydındır. Əslində buna görə də Putin ölkəmizin suverenliyini və müstəqilliyini məhdudlaşdırmaq üçün hər şeyi etdi.”
Erməni mediasının iddiası nə dərəcə əsaslıdır? Yeltsinin hakimiyyəti dövründə Qarabağ erməniləri danışıqlar masasında olubmu? Putin hakimiyyətə gələndən sonra danışıqlar formatında nə dəyişib ki, ermənilər Yeltsin dövrünün xiffətini edir?
capar.info "Yeni Müsavat"a istinadən xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev burada Azərbaycan və Rusiya rəhbərlərinin münasibətlərinin də önəmli rol oynadığını söylədi: “Mənim fikrimcə, Yeltsin demokrat olsa da, Qarabağ məsələsində Qorbaçovun yolunu davam etdirirdi. Hamıya məlum idi ki, Qorbaçovun ətrafında çoxlu erməni olub. Şahnazarov, Aqanbekyan və s. kimi ”məsləhət" verənlər. Qorbaçovun vaxtında başlanan Qarabağın işğalı Yeltsin dövründə davam olundu. Putin dövründə isə Qarabağ münaqişəsi donduruldu. Əslində bəlkə də bu bizim xeyrimizə oldu. Biz ordu quruculuğu ilə yanaşı, iqtisadiyyatımızı da gücləndirdik.
Xarici investorları dəvət etdik. Tədricən aparıcı ölkələrdən dəstək aldıq. Xarici siyasətdə paritetliyi saxladıq. Ermənistan isə baxmayaraq ki, Rusiyaya donor ölkə kimi baxıb, Rusiya təsirindən çıxmaq üçün, Qərbə meylli olub. Qərbyönüllü siyasət yürüdüb. Bu da təbii ki, rəsmi Moskvanın xoşuna gəlməyib. Bunlar hamısı Azərbaycanın xeyrinə oldu. Digər bir məqamı da qeyd etmək lazımdır – İlham Əliyevin və Vladimir Putinin şəxsi münasibətlərini. Ermənilər bunları bilirdilər, ona görə də işğal etdiyi ərazilərdə bir iş görməyiblər, ancaq dagıdıblar. Düzdür, bir neçə məsələ hələ də açıq qalıb. Rusiya sülhməramlılarının mandatdan kənar fəaliyyəti, heykəllərin qoyulması və s. kimi məsələlər. Amma bunlar da vaxtında öz həllini tapacaq".
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli deyilənlərin cəfəng olduğunu bildirdi: “Erməni mediasında nə qədər Putinə, Rusiyaya qarşı yazılar gedirsə, rus səfirliyi önündə aksiyalar keçirilirsə, telekanallarda verilişlər həsr olunursa, bunlar Azərbaycanın xeyrinədir. Kreml erməni ictimaiyyətini izləyir. Azərbaycan da eynən belə edir. Ermənilərin dediyi cəfəngiyyatdır. Qondarma rejim heç vaxt Azərbaycanla bərabərhüquqlu qəbul edilməyib. Düzdür, bir müddət Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi yazıldı. Amma bundan o yana getmədi. Yəni burada da münaqişə tərəfləri kimi Azərbaycanla Ermənistan göstərildi, qondarma rejim yox. Doğrudur, Yeltsinin dövründə ermənilər parlaq qələbə qazandılar. Amma bu, Yeltsinin erməniləri sevməsindən irəli gəlmirdi. O zaman Azərbaycanda mərkəzdənqaçma meylləri çox idi. Ölkəmizdə sabitlik yox idi. Hökumət dəyişiklikləri ard-arda olurdu. Ermənistan tərəfindən Rusiya çıxış edirdi. 366-cı alay və digər qüvvələr, kazaklar, kazak muzdluları bizə qarşı döyüşdü. Amma birmənalı şəkildə Rusiyanın o zamankı rəhbərinin ermənilərə qarşı simpatiyasının olduğunu demək olmazdı. Putinin də Azərbaycana xüsusi sevgisi, yaxud ermənilərə nifrəti yoxdur. Sadəcə, Azərbaycan çox güclənib. Burada Ermənistanın da səhvləri az rol oynamadı. Bir sözlə, 90-cı illərdə Azərbaycan rəhbərliyinin etdiyi səhvləri Paşinyan hökuməti təkrarladı. Güclü Ərdoğan Türkiyəsinin ölkəmizin yanında olması o yerə gətirib çıxardı ki, Azərbaycan revanşı qazandı. Amma bütün bunları Putinin erməniləri sevməməsinin üzərinə atmaq da doğru deyil. Ermənilər gözləyirdi ki, Rusiya onlara görə Azərbaycan və Türkiyə ilə vuruşacaq. Amma bu olmadı və onların bu gözləntiləri kökündən səhv idi. İndi həmin səhv gözləntilərinin acısını yaşayırlar”.
0
18-12-2020, 10:34
Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir - Putin
23-11-2020, 10:27
Putindən Qarabağla bağlı son söz
18-11-2020, 11:08
“Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub ” - Putin
1-10-2020, 11:06
Putin və Makron Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə ediblər
11-04-2020, 12:32
Putin və Tramp arasında yenidən telefon danışığı olub
29-11-2018, 14:33
Putin Tahir Salahovu təbrik etdi
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir