"Rəqsanənin göndərdiyi yardım mənim zamanında ona etdiklərimin yüzdən biri idi..."
Gündəm / Siyasət / Mədəniyyət / Hadisə
Oxunub: 152
23 Kas 2021 | 10:05
"Rəqsanənin göndərdiyi yardım mənim zamanında ona etdiklərimin yüzdən biri idi..."

capar.info : - Tanınmış prodüsser Təranə Səmədova Moderator.az-ın suallarını cavablandırıb.

- Təranə xanım, uzun müddətdir ki, səssizliyə qapılmısınız. Hal-hazırda prodüsser olaraq nə kimi layihələrlə məşğulsunuz, kiminlə çalışırsınız?

- Səssizliyə çəkilməyim doğrudur. Çünki bir çox haqsızlıqlar, doğru olmayan, yersiz atılan addımlar xətrimə dəydi. Son zamanlarda bir qrup götürüb, onlarla çalışmaq istədim, gördüm ki, hələ də hər şey olduğu kimi davam edir. Yəni insanlar onlara edilən yaxşılığı qanmırlar.

- Şou-biznesin ən parlaq dönəmlərində adınız birlikdə çəkilən 3 məşhur prodüsserdən biri idiniz.

- Hətta iki prodüsser deyərdim, 3-cünün adını bilmirəm.

- Bəli, Tolik və siz.

- Bəli. Görünür adım kiməsə mane olurmuş.

- Kobud da səslənsə deyəcəyəm, şou-biznesdə bu gün at oynadan bir çox müğənniləri siz adam etdiniz.

- Əstağfurullah! Hər bir kəs dünyaya adam, insan olaraq doğulub. Mən deyə bilmərəm kimisə adam etmişəm! Hal-hazırda da o illərdən başıma gələnləri yaşayıram. Qadağalar, olmayan şeylərin üzərimə yıxmaları və s. Mən qadınam, qız övladı böyüdürəm. Buna görə susmağa məcburam. Çünki Azərbaycanda yaşayıram, buranın vətəndaşıyam. Ürəyimcə olmayan nələrisə aşkarlayıb, ifşa etməyə çalışsam, yaxşı nəticələrlə rastlaşmayacağam.

- Kimlər sizə qadağa qoyub?

- Televiziya efirləri. Etmədiyim cinayətlə bağlı 48 saat həbs olunanda ARB kanalında veriliş aparırdım. ARB kanalı bu gün mənə qadağa qoyub. Mənə yaxılan ləkəni, atılan iftiranı edən insanların hər biri bu gün həmin kanalın efirindədir, amma mənə qadağa qoyulubdur. Mən məcburam susmağa. Amma sizin sayənizdə susmadım, işıqlandırdım. Xəzər televiziyası da mənə qadağa qoyan kanallardan biri idi. Sonradan rəhbərlik dəyişdi, qadağa gah götürüldü, gah da qüvvədə qaldı. Düşünmürəm ki, Murad Dadaşov bu gün mənə qadağa qoysun, sadəcə olaraq özüm də iş görmürəm. Ona görə iddia irəli sürə bilmərəm ki, məni kanala çağırmırlar. Mənə atılan iftiranı zamanında sübuta yetirmək üçün çox susdum. Kaş ki, susmayaydım, heç həbs də olunmazdım. Susdum və məhkəmə zalından həbs olundum.

- Soruşmamısınız ki, niyə mənə qadağa qoymusunuz?

- Dəfələrlə olub ki, soruşmuşam, soraq salmışam. Deyiblər ki, bizə belə tapşırıq verilib, bu tapşırıqı yerinə yetirməliyik.

- Hal-hazırda çalışmırsınız, bəs necə dolanırsınız?

- Yalnız və yalnız instaqram üzərindən hansısa reklam çəkilişləri olanda qazancım olur. Başqa qazanc yerim yoxdur. O da ara-sıra olur.

- Vaxtilə çalışdığınız müğənnilərdən qapınızı döyüb, kömək əlini uzadan məşhurlar varmı?

- Vaxtında çalışdığım bir müğənni var ki, maddi yardım göstərib, amma istəmir ki, adını mətbuata açıqlayım. Amma mən onun adını açıqlayacağam. Anam dünyasını dəyişəndən sonra Rəqsanə İsmayılova mənə maddi köməklik göstərib. Bunu mən dana bilmərəm. Mən dansam da belə Allah buna şahiddir.

- Belə başa düşdüm ki, münasibətləriniz düzəlib?

- Belə də. Ortada olan dostlarımızın, tanışlarımızın vasitəsilə bu maddi köməkliyi mənə göndərib. Amma münasibətimiz tam isti deyil. O mənim ona zamanında etdiyim maddi yardımları eynilə geri qaytarsaydı heç nəyə ehtiyacım olmazdı. Ən azından bir biznesimi qurmağa çalışardım. Onun göndərdiyi yardım mənim zamanında ona etdiklərimin yüzdən biri idi.

- Yəqin ki, siz də istəyərsiniz ki, yenidən bir araya gələsiniz?

- Bizi stilist dostum Sənan (Saniko) bir araya gətirmək istədi, ona elə bir cavab verildi, peşman oldum ki, kaş addım atmazdım. Həmin insanı da barışdırmağa peşman etdilər.

- Demək ki, siz cəhd etmisiniz barışmağa.

- İstər Rəqsanəsi, istərsə də Kərimi olsun, zamanında onlara etdiyim yaxşılıqarın müqabilində məni onlarla bir araya gətirmək istəyəndə Kərim mənim adımı eşidəndə dərhal telefonu söndürdü, Rəqsanə də elə bir formada reaksiya verdi ki, peşman oldum. Yenə də bu günümə şükür. Bu gün evimdə bir qazan yemək hazırlanırsa, demək ki, Allah hələ ruzisini məndən əsirgəməyib.

- Müsahibələrinizin birində demisiniz ki, anamın məsləhətləri məni uçuruma aparıb. Bu sözü deyəndə nəyi nəzərdə tuturdunuz?

- Mən bilirdim ki, Kərim həyat yoldaşı kimi mənə həyatda birlikdə addımlamağa bab insan deyil. Mən bunu dərk edirdim, amma anamın təkidi ilə ailə həyatı qurdum. Çünki o gəlib anamı inandırmışdı ki, Təranəsiz həyatı təsəvvür belə etmirəm.

- Müsahibələrinizdə keçmiş həyat yoldaşınız Kərimin adını çox rahatlıqla dilə gətirirsiniz. Buna görə sizə qadağa qoymayıb?

- Bunu məndən yox, o insanlardan soruşmaq lazımdır ki, görəsən buna necə reaksiya verirlər? Mən qorxmuram, çəkinmirəm, hansısa bir insanın adını çəkmək şücaət, cəsarət tələb edir. Mən ad çəkməkdən qorxmuram. Bir çox insanlar var ki, heç birinin adlarını çəkməkdə çəkinmərəm, amma müəyyən məqamlarda susmağa üstünlük verirəm.
13-08-2020, 14:09
"Nə məni kimləsə tutublar, nə də yatağıma kimisə salmışam"
24-06-2020, 10:05
"Tanınmış olmaq üçün kişi olmamalısan" - Tacirdən QALMAQALLI AÇIQLAMA
24-01-2019, 12:46
Nazəninə görə Təranə və Musaya qadağa qoyuldu
26-12-2018, 14:07
Tolik və Təranə arasında qalmaqal - Köməyə mühafizəçilər gəldi
24-11-2018, 15:08
Şou-biznesin ən varlı müğənnisi kimdir?
5-11-2018, 15:26
Müğənni Təranə Qumral və Nazənin arasında qalmaqal səngimək bilmir.
Dün, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
Dün, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
Dün, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
Dün, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
Dün, 21:21
“Barselona”ya qayıtmaq istəyir
Dün, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
Dün, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
Dün, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
Dün, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı