Texniki Universitetdə repressiyalar başladı... - AMMA ƏKSİ GÖZLƏNİLİRDİ...
Gündəm / Siyasət / Hadisə
Oxunub: 247
23 Kas 2021 | 09:44
Texniki Universitetdə repressiyalar başladı... - AMMA ƏKSİ GÖZLƏNİLİRDİ...

capar.info : - Azərbaycan Texniki Universitetində cərəyan edən neqativ olaylarla bağlı dia.az olaraq silsilə materialları diqqətinizə təqdim etmişik. Ümid edirdik ki, bu faktların fonunda müvafiq dövlət qurumları gərəkən addımları atacaq, qaldırılan problemlərin həllinə çalışacaq. Amma sən saydığını say, gör fələk nə sayırmış... Aydın olur ki, nəinki kimsə AzTU rəhbərliyini açıqlanan faktlara görə sorğu-sual etməyib, əksinə, kimlərssə ona qol-qanad verdiyindəndir ki, indi də rektor cənabları "repressiya qılıncını sıyıraraq" hərəkətə keçib. Elə DİA.AZ-a göndərilən son müraciətdə də deyilənlər bu barədədir:

"Bir müddət əvvəl biz, Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu sizin saytınız vasitəsilə cəmiyyətə və müvafiq səlahiyyətli təşkilatların vəzifəli şəxslərinə müraciət edərək, rektor Vilayət Vəliyevin burada işlədiyi iki il ərzində onun yaratdığı fəlakətli vəziyyət haqqında məlumat vermişdik. İndi isə biz bilmirik, bununla biz yaxşı hərəkət etmişik, ya yox. Məsələ ondadır ki, rektor bu məlumatın universitetdə və ümumiyyətlə cəmiyyətdə yaratdığı rezonansa baxmayaraq, müvafiq qurumlar tərəfindən heç bir reaksiya verilmədiyini görərək, universitet əməkdaşlarına qarşı repressiyalara başlamış, bununla da universitetdə vəziyyət və mənəvi iqlim daha da ağırlaşmışdır. İndi biz bu vəziyyətin yaranmasında özümüzü də günahkar hiss etməyə başlamışıq və bilmirik ki, biz bu çıxışımızla yaxşı hərəkət etmişik, ya yox, bəlkə Texniki Universitetdə vəziyyəti daha da ağırlaşdırmışıq. İndi eşidirik ki, rektor müxtəlif məsələlər üçün onun qəbuluna gələn universitet əməkdaşlarına deyir ki, “Məndən şikayət edirsiniz? Görün başınıza nə oyun gətirəcəyəm”. Universitetdə müəllimlərə müxtəlif bəhanələrlə təzyiqlər və yoxlamalar başlanmışdır, gün ərzində bir neçə dəfə əməkdaşların iş yerində olub, olmaması yoxlanılır və s. Qeyd etdiyimiz kimi, universitet kafedralarının birləşdirilməsi ilə əlaqədar kafedra və şöbələrin köç-ha-köçü daha da intensivləşdirilmiş, dağıdıcı şəkil almışdır. Bir binadan kafedraların bütün əmlakı, avadanlığı, o cümlədən laboratoriya avadanlığı 4-cü, 5-ci mərtəbədən həyətə boşaldılır, sonra digər binada 4-cü mərtəbəyə daşınır. Məsələ bundadır ki, texniki təmayüllü kafedraların çoxu 2015-2016-cı illərdə universitet binalarının əsaslı təmirindən sonra bu otaq və avadanlığın təchiz edilməsinə, onlara müxtəlif kommunikasiya və internet xətlərinin çəkilməsinə, laboratoriyaların yenidən qurulmasına çoxlu zəhmət və vəsait, çox zaman isə öz şəxsi vəsaitlərini sərf ediblər və indi bütün bu işlər yenidən qurulmalıdır. Sual olunur: nəyə görə? Ona görə ki, bu birləşdirmə və köç-ha-köç prosesində kafedraların iş otaqları, müəllimlər otaqları, laboratoriyalar sıxlaşdırırlır və rektorun öz məqsədləri üçün (əlbəttə, onun özünün də sözlərindən məlum olduğu kimi, şəxsi biznes məqsədləri üçün) otaqlar boşaldılır. Ən pisi isə budur ki, bu prosesdə kafedraların ixtisaslaşdırılmış və xüsusi təchiz edilmiş auditoriyaları da boşaldılır və ləğv edilir. Bir çox auditoriyalar boşaldılaraq, onlarda olan mebel və partalar binaların zirzəmilərinə atılır. 2015-2016-cı illərdə universitet binalarının əsaslı təmirindən sonra demək olar ki, bütün mebel yenilənmiş və təzə mebel, o cümlədən, partalar da alınmışdı. İndi YÜZLƏRLƏ təzə parta auditoriyalardan çıxarılaraq, lazımsız bir şey kimi 3-cü tədris binasının zirzəmisinə atılmışdır. Onlar bir il zirzəmidə qaldıqdan sonra tamamilə yararsız vəziyyətə düşəcək. Hal-hazırda xüsusi karantin rejimi ilə əlaqədar olaraq, AzTU-da laboratoriya və praktiki məşğələ dərsləri məhdud şəkildə bilavasitə universitet auditoriyalarında, mühazirələr isə onlayn rejimində internet vasitəsilə keçirilir. Buna görə də universitetdə tələbələr məhdud sayda iştirak edirlər. Bunu başa düşməyən rektor elə bilir ki, bu, həmişə belə olacaq, yəni auditoriyalar boş qalacaq və heç kimə lazım olmayacaq. O fikirləşmir ki, bəs karantin rejimi ləğv olunduqdan sonra, universitetdə tədris tam həcmdə bərpa olunanda 8 min tələbə hansı auditoriyalarda dərs keçəcək (onsuz da hələ olan auditoriyalar bu qədər tələbəyə kifayət etmirdi). Beləliklə, o, özünün biznes maraqları üçün otaqları boşaltmaq məqsədilə universitetin auditoriya fondunu məhv edir. Heç “auditoriya fondu” məfhumu ona məlum da deyil.

Bizim keçən dəfəki müraciətimiz saytda ictimaiyyətə çatdırıldıqdan sonra universitetin ilk elmi şura iclası bu günlərdə keçirildi. Maraqlı idi ki, görəsən, rektor onun ünvanına deyilmiş bu qədər ittihamlardan sonra buna necə reaksiya verəcək, nə isə izah etməyə, cavab verməyə çalışacaqmı? Əlbəttə ki, rektor bu haqda açıq heç nə demədi. Ancaq, onun danışığı çox əsəbi və acıqlı idi. Və elmi şura iclasının gündəliyi sanki qəsdən yenə eyni xəttin davamına

istiqamətlənmişdi. Yəni, gündəlikdə rəsmən göstərilməsə də rektorun çıxışlarında yenə də əvvəlki ənənəyə sadiq qalaraq, tədris yüklərinin azaldılması, müəllimlərin ixtisarı, yenə STRUKTUR DƏYİŞİKLİKLƏRİ məsələləri yer aldı. Və rektor sənədlərdən birinin müəllifinin onun qaynı qızı bakalavr Pərvanə Allahverdiyeva olduğunu nümayişkaranəliklə (hamının acığına) xüsusi elan etdi.

Rektor əvvəlcə dedi ki, universitetdə təqribən 200 baş müəllim işləyir. Yaxın vaxtlarda onların siyahısı nəzərdən keçiriləcək və elmi dərəcəsi olmayan baş müəllimlər universitetdən kənarlaşdırılacaqlar (bu da yəqin ki, bizim yazılarımızın nəticələrindən biridir. Buna görə baş müəllimlərdən çox üzr istəyirik). Əvəzində isə qənaət olunmuş vəsait hesabına professor kafedra müdirlərinin maaşı 2 min manata qədər artırılaraq, onun qaynı qızı, Hüquq sektorunun müdiri bakalavr Pərvanə Allahverdiyevanın maaşına (2600 manat) yaxınlaşdırılacaq. Keçən yazımızda qeyd etdiyimiz kimi, rektorun iki illik “fəaliyyəti” nəticəsində isə kafedra müdirlərinin arasında professorlar barmaqla sayılacaq miqdarda qalıb. Qeyd etmək lazımdır ki, baş müəllimlərin arasında elələri vardır ki, onlar müəyyən səbəblərdən dissertasiya müdafiə edərək, elmi dərəcə almasalar da, böyük təcrübə və biliyə sahibdirlər, dərs demək səviyyəsinə görə bir çox dosentlərdən heç də geri qalmırlar və ömürlərini pedaqoji fəaliyyətə sərf etmişlər.

Sonra, iclasın gündəliyində göstərilməsə də, rektor adəti üzrə yenə tədris yüklərinə “hücum” etdi, dedi ki, magistraturada fənlərin sayı çoxdur, onları xeyli azaltmaq lazımdır (yenə tədris yükünü azaltmaqla, pedaqoji heyəti ixtisar etmək və tədrisin keyfiyyətini aşağı salmaqla qənaət edilmiş vəsait hesabına inzibati strukturları şişirtmək və ora yeni adamlar qəbul etmək üçün). Və bu kontekstdə rektor xüsusilə nümayişkaranəliklə qeyd etdi ki, magistratura fənləri əlbəttə ki, yalnız “İqtisadiyyat və idarəetmə” fakultəsində, yəni onun yaxın qohumu, hətta ailə üzvü olan Fərqanə Musayevanın dekan olduğu fakultədə tam qaydasındadır, halbuki, həmin fakultə AzTU-da ümumi təəssürata görə, ənənəvi olaraq “ən az qaydasında olan” fakultə sayılır".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
16-11-2021, 17:55
ADAU-dakı məsələyə DİN QARIŞDI - Polis hərəkətə keçdi
4-11-2021, 06:59
Texniki Universitetin günahı nədir? - MÜƏLLİMLƏR HARAY ÇƏKİR...
14-10-2021, 14:07
Texniki Universitetin REKTOR BƏLASI... - Bəxti gətirmir ki, gətirmir...
7-04-2021, 11:58
"Şahdəniz" yatağında texniki problemlər yoxdur - BP
20-08-2020, 13:37
AzTU tələbə qəbulu üçün yerlərin sayını açıqladı
26-07-2020, 14:50
Vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda yanlışlıq olub - RƏSMİ
Dün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Dün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Dün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Dün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Dün, 18:05
Putinə görüş təklif edib
Dün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Dün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Dün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Dün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Dün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir