Bu qış “əyləncəli” keçəcək: pul verməsəniz, soyuqdan donacaqsınız - FAKT BUDUR!
Gündəm / Siyasət / Hadisə
Oxunub: 215
23 Kas 2021 | 09:26
Bu qış “əyləncəli” keçəcək: pul verməsəniz, soyuqdan donacaqsınız - FAKT BUDUR!

capar.info : - İstilik mövsümünün başlanğıcı ənənəvi olaraq noyabrın ortalarında olur, baxmayaraq ki, oktyabrı da isti ay adlandırmaq çətindir. İstilik xidmətlərinin istifadəçiləri noyabrın 15-ni gözləyərək, demək olar ki, bütün payızı soyuq radiatorlarla keçirirlər. Ancaq bu əziz tarixdən sonra da hərarət bütün evlərə gəlmir.

Bundan əvvəl “Azəristiliktəchizat” ASC-dən bildirilib ki, Bakıda və Azərbaycanın bir sıra rayonlarında yaşayış binalarına, eləcə də aidiyyəti dövlət qurumlarına istilik verilməsinə başlanılıb. Bununla belə, paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi (Nizami İsmayılov küç.), Nizami (Bəhruzə Nuriyev küç.) və Xətai (“Həzi Aslanov” m. ərazisi, İlqar Zülfiqarov küç.) rayonlarının sakinləri neçə gündür ki, istilik sisteminin işləməməsindən şikayətçidirlər.

AYNA problemə aydınlıq gətirməyə çalışıb.

Qaraçuxur qəsəbə sakini Mirzə Niftəliyevin dediyinə görə, “Azəristiliktəchizat”ın Zəng Mərkəzinə düşmək mümkünsüzdür.

ASC-nin Abonent və müştəri xidmətləri şöbəsinin müdiri Rafiq Əliyev isə bildirib ki, hazırda bütün qazanxanalara qaz verilib: “İndi əməkdaşlarımız sakinlərin şikayət etdiyi ərazilərdə yoxlamalar aparır. Vəziyyət araşdırıldıqdan sonra məlumat veriləcək. Zəng Mərkəzi öz işini adi qaydada davam etdirir, səhər saatlarında “qaynar xətt”imizə zənglər daxil olur”.

Soyuq batareyalarla bağlı problemlər hər il istilik mövsümünün başlaması ilə özünü hiss etdirir. Adətən, ASC-nin qazanxana və sistemlərin soyuğa hazır olması ilə bağlı verdiyi zəmanətlərə baxmayaraq, paytaxtın müxtəlif yerlərində “Azəristiliktəchizat”ın abonentləri evlərində radiatorların soyuq olmasından şikayətlənməyə başlayırlar.

Bakının Nərimanov rayon sakini Nərmin Ağayevanın sözlərinə görə, onun mənzilində isitmə mövsümünün başlanğıcı ümumiyyətlə hiss olunmur: “Borular və radiatorlar soyuqdur. Keçən il bizə vaxtında istilik verilsə də, payız boyu və noyabrın 15-dən sonra kondisionerdən istifadə etməli oluruq. Ancaq bu, bahadır, ayın sonunda elektrik enerjisi haqqının limiti nə qədər “aşacağını” düşünmək belə, qorxuncdur”.

Digər həmsöhbətimiz Zülfiyyə Orucova isə kombi istilik sistemi çəkdirmək fikrində olduqlarını deyib - baxmayaraq ki, bu, ailə büdcəsinin standartlarını aşır: “Düşünürük ki, bu problemi birdəfəlik həll edək. Təbii ki, kombi sistemi çəkdirmək baha başa gəlir. Orta hesabla bizim hesablamalarımıza görə, 1500 manata başa gələcək. Amma soyuqda oturub kommunal xidmətlərimizin mərhəmətini gözləmək adamın özü üçün daha baha başa gəlir”.

Vətəndaşların problemli operatordan xilas olmaq istəyi başadüşüləndir – bu, həm istilik mövsümünün gec başlaması, həm də noyabrın 15-dən sonra yaranan problemlərlə əlaqədardır. Çox vaxt “Azəristiliktəchizat” ASC binanın istilik sistemlərində yaranan nasazlıq nəticəsində yaranan istiliklə bağlı məsuliyyəti öz üzərinə götürmür və yalnız öz infrastrukturuna cavabdeh olduğunu bəyan edir.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov ortada ikitərəfli münasibətlərin hüquqi rəsmiləşdirilməsinin pozulduğunu söyləyib: “Eyni zamanda, məhz istehlakçı ilə xidmətlərin göstərilməsi üçün müqavilənin olmaması da əsas pozuntu halıdır. Biz bundan başlamalıyıq. Yalnız qanunda nəzərdə tutulmuş mülki hüquqlar bərpa olunduqdan və xidmətlərin vəzifələri hüquqi cəhətdən möhkəmləndikdən sonra kommunal xidmət orqanlarının vəzifəli şəxsləri öz öhdəliklərini yerinə yetirməyə hazır olduqları barədə sərbəst şəkildə hesabat verməyə keçə bilərlər”.

AİB sədri soyuq batareyalarla bağlı şikayətlərin tez-tez olduğunu vurğulayıb: “Daxili istilik sisteminin istismara yararlılığına kimin və ya nəyin cavabdeh olması məsələsinə gəldikdə, əvvəllər buna mənzil idarələrinin, bu gün isə çoxmənzilli yaşayış binalarını idarə edən strukturlar cavabdehdir. Problemin bir hissəsi yeni yaradılmış kondominimumların səlahiyyətlərinə aydın yanaşmanın olmamasından qaynaqlanır”.

Daha bir anlaşılmaz məqam ASC-nin xidmətləri üçün sabit ödənişdir. Mütəxəssislər dəfələrlə bu praktikadan uzaqlaşmağın vacibliyini bildiriblər və müraciət etməkdə davam edirlər. İndi istehlakçılar hər halda, hətta soyuq batareyalar üçün də pul ödəməlidirlər və bu, anormal haldır. Bundan əlavə, bu il istilik sektorunun köhnə "yaraları" daha böyük problemə çevrilmək riski altındadır. Ötən həftə “Azəriqaz” İstehsalat Birliyi “Azəristiliktəchizat” ASC-ni qazın verilişində fasilələrlə hədələyib.

“Biz “Azəristiliktəchizat” ASC-yə qaz borcunu ödəmək üçün bir həftə vaxt verdik. Artıq müəyyən məbləğ ödəyiblər”, - deyə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev bildirib.

İstilik təchizatı üzrə milli operator “Azəristiliktəchizat” ASC-nin Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nə 20 milyon dollardan çox borcu var. Eyni zamanda, Əliyevin sözlərinə görə, “Azəriqaz” “Azəristiliktəchizat”a dekabrın 15-dək müddət verib və həmin vaxta qədər ödəniş edilməsə, borclu abonentin qaz təchizatı dayandırılacaq.

SOCAR-ın borcunu niyə yayda yox, indi - soyuq havaların başlaması ilə yadına salması bəlli deyil. Bir sözlə, bu, istilik mövsümünün “əyləncəli” keçəcəyini vəd edir, amma ümid edək ki, bu təsərrüfatın xidmətlərindən istifadə edənlərin istiliyi kəsilməyəcək.
15-11-2021, 14:16
İstilik mövsümü başlasa da, bəzi məktəblərdə sinif otaqları buz kimidir
12-11-2021, 18:44
Buz bağlamış məktəblər, ofislər... – Vətəndaşlar noyabrın 15-ni “iplə çəkir”
4-11-2021, 07:02
Uşaqlar işıqsız, istiliksiz otaqlarda dərs keçməyə məcbur qalıb - İki rayon bir məktəbi “bölə bilmir”...
26-10-2021, 16:16
Şişirdilmiş xərc, qalmaqallı tender, qeyri-şəffaflıq: - “Dövlət qurumları hesabatlarda bunları gizlədir”
11-08-2021, 14:33
Sabah hava necə olacaq?
5-08-2021, 08:42
Bakıda rayonlardan biri LƏĞV OLUNUR... - İDDİA
Dün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Dün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Dün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Dün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Dün, 18:05
Putinə görüş təklif edib
Dün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Dün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Dün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Dün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Dün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir