DGK-nın rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşlarının işi üzrə şahidlər dindirilib

capar.info : - Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin (DGK) rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşlarının işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət vermək istəyiblər. Hakim bildirib ki, şahidlərin ifadəsindən sonra vəsatətlər verilə bilər.
Prosesdə ifadə verən şahid İlahə Əliyeva bildirib ki, ibtidai istintaqa ifadə verib: "Bakı Baş Gömrük İdarəsinin əməkdaşıyam. Məni ibtidai istintaqa çağırdılar. Məndən bəyannamələr, ƏDV-lərin necə köçürüldüyünü soruşublar. Müvəqqəti idxalla bağlı suallar verilib, cavablandırmışam. Mirzəyev Elmarın hər hansısa rüşvət alması, kimləsə sövdələşməsi barədə məlumatım yoxdur. Mənə istintaqda Ceyhun Şabanov barədə suallar verdilər, tanımadığımı bildirdim".
Prosesdə şahidin ifadəsi elan olunub. İfadədə bildirilir ki, müvəqqəti idxal zamanı bir neçə mal barədə bəyənnamədə məlumat yox idi.
Müdafiə tərəfin suallarına cavab olaraq şahid bildirib ki, o hansı fakt üzrə məhkəməyə çağırıldığını bilmir: "Mənə ancaq malların saxlanması ilə bağlı göstəriş verilib. Mən də o barədə ifadə vermişəm".
Şahid Faiq Allahverdiyev isə bildirib ki, Elmar Mirzəyevin sürücüsü olub: "Elmar Mirzəyev mənə sürücülükdən başqa iş tapşırmayıb. Adıma bank hesabı açmışam, maşın götürmüşdüm. Ora pul köçürürdüm, yığılırdı, maşının pulunu ödəyirdim. Sonradan kartı istifadə etmədiyim üçün Elmar Mirzəyev istədi, verdim. Dedi mən istifadə edəcəyəm. Hesabıma köçürülmə olub-olmadığından xəbərim yoxdur".
Şahid Elçin Cavadov isə deyib ki, istintaqa verdiyi ifadəsini təsdiq edir.
Vəkillər təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qəti imkan tədbirlərinin ev dustaqlığına dəyişdirilməsini istəyib.
Dövlət ittihamçısı vəsatətlərə baxılması barədə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib. Vəkillər bildiriblər ki, vəsatətlər təxirə salınmadan baxılmalıdır.
Proses noyabrın 22-də davam etdiriləcək.
İttihama görə, Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, «İpək Yolu» gömrük postunda inspektor işləyən Mirağa Ağayev, gömrük əməkdaşı Orxan Zöhrabov habelə «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.
Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında adı çəkilən vətəndaşlar şübhəli şəxs qismində tutulublar.
25-10-2021, 12:56
BSU-nun sabiq şöbə müdirinin məhkəməsində TƏLƏBƏLƏR DİNDİRİLİB
14-10-2021, 15:26
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsi təxirə salınıb
16-09-2021, 20:44
Arvadını qətlə yetirən hakimin oğlu məhkəmədə ifadə verməkdən imtina edib
31-08-2021, 14:23
Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib
20-08-2021, 15:07
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər ifadə verib
9-04-2021, 12:09
DSMF-nin rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşlarına hökm oxundu
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...