Ermənistan hakimiyyətində NƏ BAŞ VERİR? - Ekspert danışır
Gündəm / Siyasət / Hadisə
Oxunub: 294
16 Kas 2021 | 11:06
Ermənistan hakimiyyətində NƏ BAŞ VERİR? - Ekspert danışır
capar.info : - “Arşak Karapetyanın yerinə müdafiə naziri postuna Suren Papikyanın təyin edilməsi olduqca maraqlıdır. Əvvəla, ona görə ki, Papikyanın heç bir hərbi təcrübəsi yoxdur. Ordu daxilində də heç bir nüfuzu olmayan Papikyanın tərcümeyi-halına baxdıqda onun İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirib, 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında təhsil alıb, 2018-ci ildə Ermənistanın ərazi-idarəetmə və infrastruktur naziri təyin olunduğunu görmək olar.

Bundan başqa Papikyan 2021-ci ilin avqustun 2-də Baş nazir Nikol Paşinyanın müavini postuna yiyələnib. Papikyanın ordu daxilindəki tək uğuru 2016-cı ildə Ermənistan Müdafiə Nazirliyinin "Qaregin Njde" ordeni ilə təltif olunmasıdır”.

Bu fikirləri isə “Şərq”ə açıqlamasında politoloq Turan Rzayev deyib. Analitik qeyd edib ki, Paşinyan Papikyanı müdafiə naziri təyin edərək əslində bir yox, bir neçə şeyə nail oldu:

“Birincisi, o bu yolla ən mühüm hədəfinə, hakimiyyətinə real təhlükə olan orduya öz kadrını gətirdi. Aydın məsələdir ki, Ermənistan ordusu daxilində Qarabağ klanına və onun havadarı Kremlə mənsub kifayət qədər hərbçi, yüksək rütbəli zabit var. Yəni Arşak Karapetyanın yerinə daha təcrübəli bir şəxs təyin edilə bilərdi, lakin gələn şəxsin Qarabağ klanına dolayı yolla, həm də Rusiyaya bağlı olmayacağına təminat yox idi. Papikyan isə Paşinyanın öz kadrıdır və görünür, Nikol ondan təhlükə gözləmir. Hər halda Papikyanın müdafiə naziri kimi uğurlu olub-olmayacağı mübahisəli olsa da Paşinyanın ordudan, gələcək təhlükədən arxayın olmaq istədiyi bəllidir. İkincisi, Paşinyanın belə bir təyinat etməsinin digər bir səbəbi də Azərbaycan hərbçilərinin Ermənistanla sərhəddə qazandıqları üstünlüklə bağlıdır. Son günlər sərhədçilərimizin strateji yüksəkliklərə yiyələnməsi və bu prosesin hələ də davam etdirilməsi Ermənistan daxilində Qarabağ klanında propoqandası ilə narazılıqları artırıb. Paşinyan Arşak Karapetyanı istefaya göndərərək onu faktiki olaraq baş verən hadisələrin günahkarı elən etdi. Düzdür, Papikyanın təyinatı Azərbaycan sərhədçilərinin strateji yüksəklikləri ələ keçirməsini dayandırmasa da, hər halda ona müəyyən vaxt qazandıracaq.

Üçüncüsü, erməni mənbələrinin verdiyi məlumata görə, Suren Papikyan Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş mətbuat katibi Mane Gevorkyanı müdafiə nazirinin mətbuat katibi olaraq təyin edib.

Aydın məsələdir ki, Suren Papikyanın müdafiə naziri təyin edilməsi kimi Mane Gevorkyanı müdafiə nazirinin mətbuat katibi olaraq təyin edilməsi də Nikol Paşinyanın qərarıdır. Məsələ ondadır ki, Mane Gevorkyan Sorosun kadrı hesab olunur və onun indiki halda müdafiə nazirinin mətbuat katibi olaraq təyin edilməsi sonrakı etapda ordu daxilində Sorosa sadiq qüvvələrin sayının artmasına və beləcə Qarabağ klanı və təbii ki, Kremlin təsirinin azaldılmasından xəbər verir”.
15-11-2021, 13:35
Nazirlikdən yüksək vəzifəyə təyinatla bağlı AÇIQLAMA
10-11-2021, 11:48
Nazir agentliyin rəisini işdən çıxardı – Yeni rəis təyin etdi
6-10-2021, 09:49
Nazir Şirzad Abdullayevə yeni vəzifə verdi - Onu isə direktor təyin etdi
20-08-2021, 09:51
Ermənistan KTMT-dən çıxa bilər - Ekspert danışır
11-08-2021, 16:37
Mustafa Abasbəylinin vəzifə karyerasında şübhəli məqamlar – O, dövlət postuna necə təyinat alıb?
19-12-2018, 14:25
Azərbaycan müdafiə nazirinin müavini Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
Dün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Dün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Dün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Dün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Dün, 18:05
Putinə görüş təklif edib
Dün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Dün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Dün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Dün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Dün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir