Ramin Hacılının anasından I vitse-prezidentə ürəkağrıdan müraciət - "Ramin tutulan gün bizə xəbər göndərmişdi ki..."
capar.info : - Azərbaycan Avropa Hərəkatının həbsdə olan sədri Ramin Hacılının anası Hürü Hacıyeva I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, eyni məzmunlu müraciət Prezidentin Hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərova və Baş prokuror Kamran Əliyevə də göndərilib.
Hürü Hacıyevanın müraciətini təqdim edirik:
"Çox Mehriban xanım!
Mən Ramin Hacılının anasıyam. Oğlum hazırda həbsdədir. Onu nəyin üstündə həbs ediblər, bilmirəm. Ancaq onu bilirəm ki, Ramin heç vaxt dövlətinə, insanlara və vətəninə zərər verəcək iş tutmaz. Buna adım kimi əminəm.
Ramin uşaq olanda biz Füzuli rayonundan qaçqın düşdük. Həmin əzablı illərdə mən və atası ağır xəstəlik keçirdik. Mən asma xəstəsi, atası xərçəng oldu. Həmin vaxt 11 yaşı olan Ramin biz və özündən 2 yaş balaca qardaşına baxmaq üçün işləməyə başladı. Eyni vaxtda dərslərini də yaxşı oxuyurdu. Oğlum vaqonda böyüyüb, doyunca uşaqlıq yaşamayıb. Bu azmış kimi 10 ildən çox yataq xəstəsi olan atası dünyasını dəyişəndə Ramin çox böyük sarsıntı keçirdi. Həmin vaxt əmisini, 9 yaşlı bibisi oğlunu, nənəsini itirən övladlarım nə acılar yaşadı, bunu sözlə ifadə etmək imkansızdır. Həyatı həmişə əzablar içində olan övladımın nə evi, nə maşını, nə mülkü var. 2014-cü ildə ailə həyatı qursa da, hələ də kirayələrdə yaşayır.
Ramin ailəsinə baxmaq üçün bütün günü işləyirdi. 2018-ci ildə işləri birdən pisləşdi və həbs olundu. 2017-ci ildə verilmiş məhkəmə cəzası və təzyiqlər nəticəsində onun çoxlu borcu yaranmışdı. Cənab Prezidentimizin göstərişi ilə 2019-cu ildə azadlığa çıxdı. Qardaşının, dostlarının, qohumlarının, yaxşı insanların sayəsində borcunun bir hissəsini qaytardı. Bütün günü işləyirdi. Arada yazığım gəldiyindən "bir az dincəl” deyirdim. Həmişə cavab verirdi ki, "ana dövlət mənə şans verib, özümü doğrultmalıyam”. Beləcə borclarını tam ödəyib qurtarmaq üzrə idi ki, onu yenə köhnə işə görə və müxtəlif bəhanələrlə həbs etdilər. İşi ilə tanış olan vəkilinin sözlərinə əsaslanaraq "müxtəlif bəhanələr” deyirəm. Ancaq 5-6 il əvvəlki işə görə Raminin yenidən, üçüncü dəfə istintaqa cəlb edilməsinə heç bir ad verə bilmirəm.
Əziz Mehriban xanım!
Raminin çox yaxşı tanıdığıma görə əminliklə deyirəm ki, Ramin heç vaxt dövlətinə və insanlara məqsədli şəkildə ziyan vurmaz, onu çox yaxşı tanıyıram. Bəlkə 10 dəfə o kimisə evə gətirib ki, "ana bu uşaq evsizdir, kirayə tapana qədər səninlə qalsın”. Onun dostları, tanışları mənə Raminin etdiyi o qədər yaxşılığı danışıblar, danışırlar ki, elə bilirəm, oğlum vəfat edib. Bir ana kimi məni başa düşəcəyinizə əmin olduğum üçün sizə bu müraciəti edirəm. Siz də anasınız, övladlarınız da xeyirxahdır, özünüz də. Ramin tutulan gün bizə xəbər göndərmişdi ki, "pişikləri həyətə buraxmışam, onları evə salın, yaxşı da baxın”. O balaca pişiklərin anasını maşın vurmuşdu, Ramin də balalarını gətirib evdə saxlayırdı. Necə ki, Sizin də övladlarınız humanist və xeyirxahdır, buna görə də onlarla fəxr edirsiniz, istərdim Raminlə də fəxr edəsiniz. Axı analar bütün balalarına qarşı rəhmli olur, onları qorumağa çalışır. Siz qazilərimizlə görüşdə doluxsunmuşdunuz. Şəhid ailələrinə, köməyə ehtiyacı olanlara necə qayğı göstərdiyinizi hər kəs bilir. Bunu bildiyim üçün sizdən xahiş edirəm, mənə kömək edin. Raminin gözləri çox zəifdir. Həkimi axırıncı dəfə demişdi ki, göz kanalları tutulur, dərman da yazmışdı. İndi dörd divar arasında gözləri çox zəifləyəcək deyə çox narahatam. Sizdən xahiş edirəm, mənim həbsxana yollarında qalmağıma, Raminin məhv olmasına imkan verməyin. Bir ana kimi mənə köməklik edəcəyinizə əminəm”.
Dərin hörmətlə
Hacıyeva Hürü Yavər qızı
Ünvan: Bakı şəh. Nizami rayonu E.Süleymanov 139 (Vaqon-ev)
28-09-2021, 16:15
Səhiyyə Naziri postu uğrunda SAVAŞ... - KİMLƏR MEYDANDADIR?
14-09-2021, 20:40
“O, pandemiya dövründə 62 milyon manat pul mənimsəyib” – Hafiz Hacıyevdən ŞOK İDDİA
13-09-2021, 12:56
Ramin Hacılı həbsxanada 8 gündür aclıq edir: - “Vəziyyəti ağırdı”
13-09-2021, 12:17
Nadir məmurlardan danışdı: - “Bu bədbəxt milləti rahat buraxsınlar”
13-09-2021, 11:00
Ramin Bayramlının müşaviri də İSTEFA VERDİ - FOTO
24-04-2020, 20:46
Ramin Bayramlı: Modul tipli xəstəxanaların quraşdırılması ikinci dalğa təhlükəsi ilə bağlıdır
Dün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Dün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Dün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Dün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Dün, 18:05
Putinə görüş təklif edib
Dün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Dün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Dün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Dün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Dün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir