Deputat İngiltərə məhkəməsinə təqdim etdiyi sənədləri cəmiyyətə niyə açıqlamır? - HƏQİQƏTƏN DƏ...
Gündəm / Siyasət / Hadisə
Oxunub: 162
4 Kas 2021 | 07:16
Deputat İngiltərə məhkəməsinə təqdim etdiyi sənədləri cəmiyyətə niyə açıqlamır? - HƏQİQƏTƏN DƏ...

capar.info : - Son günlərin ən böyük qalmaqallarından biri Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyevin İngiltərədəki banklarda olan 20 milyon dollardan artıq puluna həbs qoyulması təhlükəsilə bağlıdır.

Həmin məlumata görə, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Azərbaycan parlamentinin üzvü Cavanşir Feyziyevə, onun həyat yoldaşına, oğluna və bir qohumuna məxsus bank hesablarındakı 20,5 milyon dollara (15 milyon funt sterlinq) həbs qoya bilər. Bu barədə məlumatı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) yayıb. Agentlik belə hesab edir ki, sözügedən vəsaitlər “çirkli pullardır” və Azərbaycandan köçürülüb. Bildirilir ki, 15 milyon funt sterlinqin 7,86 milyonu Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevaya, 6,4 milyonu isə oğlu Orxan Cavanşirə məxsusdur. Pərvanə Feyziyeva və oğlu Orxan Cavanşir sözügedən ölkədə yaşamaq imkanını təmin etmək üçün bu pulun bir hissəsini Böyük Britaniyanın investisiya vizası proqramına yatırıblar. Ümumi məbləğin bir milyon funt sterlinqi isə Feyziyevin qohumu Elman Cavanşirə məxsusdur.

Sözügedən məsələ ilə bağlı deputat Cavanşir Feyziyev mətbuata açıqlamasında bildirib ki, 2017- ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya hesabatı layihəsində dərc olunmuş məlum məqalə ilə bağlı belə bir araşdırma başlanılıb və mülki iş açılıb. Deputat özünü arxayın göstərməyə çalışaraq, burada hər hansı qeyri-qanuni məqamın olmadığını və sözügedən vəsaitlərin mənbəyini göstərə biləcəklərini deyib: “Biz İngiltərəyə köçürülmüş pul vəsaitlərinin qanuni mənbəyini təsdiq edən sənədləri araşdırmaya təqdim etmişik və mətbuatda yayılmış xəbərin əsassız olduğunu bildirmişik. Məsələyə İngiltərə məhkəməsində baxılmasını istəmişik və inanırıq ki, məhkəmə hər iki tərəfin arqumentlərini ədalətli şəkildə dəyərləndirəcək. Belə bir məsələnin araşdırılması İngiltərədə qəbul olunmuş yeni qanunvericiliyin tətbiqi ilə bağlıdır. Yeni qanuna görə İngiltərəyə daxil olmuş bütün vəsaitlərin mənbəyi bir daha yoxlanılmalıdır və biz də bunu normal hal kimi qəbul edirik”.

Birincisi, bu vəsaitlərin doğrudan da əvvəlcədən qanuni əsasları, sənədləri vardısa, məhkəmə nədən bu işi araşdırmaq qərarına gəlsin? Deməli, ortada həmin pulların “çirkli” olduğuna dair ciddi şübhələr var.

Digər yandan, göründüyü kimi, C.Feyziyev təkcə İngiltərə banklarında 20 milyon dollardan artıq pulunun olduğunu və xarici agentliyin yayımladığı məlumatın həqiqiliyini təsdiq edir. Üstəgəl, İngiltərənin, xüsusilə Londonun dünyanın ən bahalı ərazilərindən biri olduğunu nəzərə alsaq, deputatın bu ölkədə məskunlaşan ailə üzvlərinin yaşadığı malikanələrin də bir neçə milyon funt-sterlinq dəyərində olduğu şübhə doğurmur. Bunun üzərinə deputatın ailəsinin İngiltərədəki bizneslərini də gəlsək, belə çıxır ki, onun təkcə İngiltərədəki varidatı ən azı bir neçə on milyon dəyərindədir.

Azərbaycana gəldikdə isə, Feyziyevin malikanələrinin, obyektlərinin sayı-hesabı bilinmir. Hətta bir müddət əvvəl onun müğənnilərdən birinin adına 10 milyonluq obyekt alması barədə həmin müğənninin özünün açıqlaması dərc edilmişdi. Təbii ki, bu da onun mal-mülkünün siyahısında heç də əsas və yeganə bənd deyil. Bundan əlavə deputatın Zağulbada 4 hektarlıq ərazidə villaya, Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetrlik 10 milyonluq obyektə, Şəkidə fəaliyyət göstərən dörd ulduzlu "Şəki Saray" hotelinə və s. malik olmasına dair mətbuatda çoxsaylı məlumatlar dərc olunub ki, bunların da heç birini millət vəkili rəsmən təkzib etməyib.

Yaxşı, nə qədər sadəlövh səslənsə də, sual yaranır ki, deputat bu qədər pulu harada qazanıb? Təbii ki, Azərbaycanda. Belə olan təqdirdə, deməli, İngiltərə məhkəməsinə də Azərbaycanın vergi orqanının sənədini təqdim edib (əgər edibsə-red.). Elə isə həmin sənədləri Azərbaycan cəmiyyətinə, məsələn, özünün sosial şəbəkə səhifəsində açıqlaya, paylaşa bilərmi? Məntiqlə öz reputasiyasının, adının qeydinə qalan və bir millət vəkili kimi həm də siyasi fəaliyyətlə məşğul olan şəxs bunu böyük həvəslə etməlidir. O zaman açıqlasın, görək, bu deputat-biznesmen böyük varidatını hansı biznesdən və nə vaxt qazanıb. Ən əsası izə həmin qazancından büdcəyə nə vaxt və nə qədər vergi ödəyib...

C.Feyziyev 2010-cu ildən deputatdır. Bu isə o deməkdir ki, bizneslə məşğul olmayıb (qanunla-red.). Belə olan təqdirdə, özünün də boynuna aldığı kimi, 2017-ci ildə təkcə ingilis banklarında aşkarlanan 20 milyon dollardan artıq pulun gerçək mənbəyi nədir? Bəli, deputat olmazdan əvvəl biznesi olub. Bəs, doğrudanmı məhz həmin dövrdə şəffaf bizneslə bu qədər varidat əldə edib və həmin gəlirə görə də vergi ödəyib? Onu da qeyd edək ki, vergi orqanının reyestrində nə bu şəxsə, nə də onun ailə üzvlərinə aid hər hansı məlumat əldə etmək olmur. Dövlət Vergi Xidmətinin sistemində, məsələn, Feyziyevin oğlu Orxan Cavanşir adına axtarış versəniz, qarşınıza "Bu ada uyğun VÖEN müəyyən edilmədi!" məlumatı çıxacaq. Bəs, belə olan təqdirdə, görəsən Feyziyev İngiltərə məhkəməsinə hansı sənədləri təqdim edib?

Olmazmı ki, İngiltərə məhkəməsi qarşısında “boynu qıldan incə” olan Feyziyev eyni həssasiyyəti Azərbaycan cəmiyyətinə, öz seçicilərinə qarşı da göstərsin. Və miqyası 10 milyonlarla, bəlkə də yüz milyonla ölçülən varidatının mənbəyini, bu varidatı əldəetmə prosesində ödədiyi vergiləri açıqlasın. Əlbəttə ki, olmaz və bunu heç zaman etməz. Azərbaycanda isə İngiltərədən fərqli olaraq, sözügedən deputatı buna məcbur edəcək cəmiyyət, nə məhkəmə, nə hüquq-mühafizə, nə də vergi orqanı var...
“AzPolitika.info”
18-08-2021, 12:02
Deputat bahalı obyektlərini DÖVLƏTƏ İCARƏYƏ VERİR... - Müqviləyə oğlu imza atır...
22-10-2020, 12:31
"Qarabağın məşhur müəllimləri" - Həmidə xanım Cavanşir
16-04-2020, 18:26
99 yaşlı veteran koronavirusla mübarizə üçün səkkiz milyon avro yığdı
12-01-2019, 13:32
Mourinyo 16.6 milyona razılaşdı
26-12-2018, 14:04
“Liverpul”dan rekord müqavilə
11-12-2018, 13:38
"Barsa" 200 milyon funt-sterlinqə ulduz alır
Dün, 15:30
Körpə yeməkdən sonra qusub öldü
Dün, 15:19
Bu peşələr demensiya riskini artırır
Dün, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
Dün, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
Dün, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
Dün, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
Dün, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
Dün, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
Dün, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu