Toylara icazə varsa, hüzr mərasimləri niyə qadağandır - HƏQİQƏTƏN DƏ...
capar.info : - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva son açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı məhdudiyyətlər var: “Kütləviliyi ilə seçilən, sosial məsafənin təmin edilməsi az qala qeyri-mümkün olan yas mərasimləri virusun daha çox insan arasında yayılması ehtimalı baxımından böyük təhlükə yarada bilər.
Bu gerçəkliyi nəzərə alaraq, özünü və cəmiyyəti qorumaq məqsədilə hər bir vətəndaşın Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əməl etməsi zəruridir. Hazırda Azərbaycanda bir çox hallarda yas mərasimlərinin təşkili müşahidə olunur. Lakin pandemiya səbəbindən yas mərasimlərinin keçirilməsinə qoyulan məhdudiyyətlər bu gün də qüvvədədir”.
Maraqlıdır, toyların məhdud sayda qonaqla keçirilməsinə icazə verilirsə, nəyə görə hüzr mərasimləri üçün də eyni qaydalar tətbiq olunmur?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, yas mərasimlərinin kütləvi keçirilməsinin tərəfdarı deyil: "İstərdim ki, ölkədə “Mərasimlər haqqında” qanun qəbul edilsin. Mən hələ parlamentdə olarkən bu təklifi irəli sürmüşdüm. İsrafçılıq həddən artıq çoxdur. Hər şey ifrat dərəcədədir. Mərasimlər keçirilərkən kasıb və varlı arasında fərqlər qoyulur. Məsələn, “Təzəpir” məscidində mərasimlərin keçirilməsi üçün qiymətlər fərqlidir. Sual verirlər ki, 10, 15, ya 20 AZN-lik olsun? Bu, biabırçılıqdır. Müsəlmanlıqdan söhbət gedirsə, heç bir dini qurumun rəhbərliyi imkan verməməlidir ki, onun tabeliyində olan məkanlarda qiymət fərqi olsun. İnsanların hətta ölüsünü də varlıya, kasıba bölürlər. Bu, toy mərasimləri üçün də keçərlidir. Yeri gəlmişkən, istərdim ki, toylarda maksimum 150 nəfərin iştirak etməsi ilə bağlı qayda hər zaman keçərli olsun. İnsanların toyda iştirak etmək imkanı yoxdur. Toy və yas mərasimləri keçirilən məkanların sahibləri insanları soymaqla məşğuldur. Eyni zamanda toyların keçirilməsinə icazə verilən kimi yoluxma halları artdı. Yas mərasimlərində qaydalar pozulur. Qayda-qanun hamı üçün olmalıdır. Həmçinin məscidlərin bağlanmasını böyük problem kimi qəbul etmək lazım deyil. İnsan namazını evdə də qıla bilər. Yas mərasimləri zatən müəyyən məhdudiyyətlərlə keçirilir. 300-500 nəfərlik yas mərasimlərinə ehtiyac varmı? Bəzi insanlar ölüsündən də şöhrət üçün istifadə edirlər. Mərasim zallarında kütləvi mərasimlərin qarşısının alınması düzgün addımdır".
Ç.Qənizadənin fikrincə, hüzr mərasimlərinin keçirilməsinin tərəfdarları bilavasitə bu işdə maddi marağı olanlardır: “Bu məsələni qabardanlar mərasim evlərinin sahibləridir. Pandemiya dövründə gəlirdən məhrum olublar. Bəzi mərasim evlərində 4-5 zal var. Bu, külli miqdarda gəlir demək idi. Buna görə də ictimai rəyə təsir etmək istəyirlər”.
Sosioloq, “Sağlam Cəmiyyət Hərəkatı”nın sədri Lalə Mehralı “Yeni Müsavat”a bildirdi ki, adətən 3,7, 40, 52 mərasimləri izdihamlı keçirilir. Onun sözlərinə görə, yas mərasimlərinin də toy mərasimləri kimi məhdud sayda qonaqla keçirilməsi daha yaxşı olar: “Müəyyən məhdudiyyətlərin tətbiq olunması ilə yas mərasimlərindəki israfçılığa bəlkə də son qoyula bilər. Bir neçə il əvvələ qədər yas mərasimləri təmtərağı ilə toylardan heç də geri qalmırdı. Süfrəyə hər cür təam qoyulurdu. Dövlət qurumlarının dəstəyi və medianın təsir gücü ilə bunun qarşısını qismən də olsa, ala bildik. Ümumiyyətlə, müxtəlif mərasimlərin müəyyən çərçivədə keçirilməsinin vaxtı çoxdan yetişmişdi. Təbii ki, pandemiyanın da təsiri oldu. Yas mərasimlərinin izdihamlı keçirilməsi tamamilə yanlışdır. Kiminsə əzizi rəhmətə gedəndə yanına gedib, başsağlığı vermək, dərdinə şərik olmaq lazımdır. Saatlarla mərasim evində oturmaq vacib deyil. Məsələ təkcə koronavirusla bağlı deyil. Başqa yoluxucu xəstəliklər də var. Maskadan istifadəyə də o qədər də riayət olunmur. Bunun nəticəsində də vəziyyət günü-gündən qəlizləşir. Düzdür, Operativ Qərargah toylarla bağlı nisbətən humanist qərar verdi. Düşünürəm ki, həm şənlikləri, həm də hüzr mərasimlərini müəyyən çərçivədə keçirmək vacibdir. Digər bir məqam qərar qəbul edilərkən tətbiqetmə mexanizminin natamam həyata keçirilməsidir. İctimai nəqliyyatda sıxlıq göz önündədir”.
29-10-2021, 10:40
Toylara icazə varsa, hüzr mərasimləri niyə qadağandır - HƏQİQƏTƏN DƏ...
31-08-2021, 17:08
DİN sentyabrın 1-dən şənlik mərasimlərinin keçirilməsi ilə bağlı açıqlama verib - Diqqət!
1-07-2021, 09:25
Bu gündən toylara icazə verilir
29-08-2020, 12:10
Prezidentin köməkçisi: “Virusa yoluxmada kəskin azalma müşahidə olunur”
9-04-2020, 17:42
SMS kodlarından sui-istifadə hallarına yol verilir - XƏBƏRDARLIQ
7-04-2020, 19:45
Jurnalistlər xüsusi karantin rejimində hansı sənədlə hərəkət edə bilərlər? - AÇIQLAMA
Dün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Dün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Dün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Dün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Dün, 18:05
Putinə görüş təklif edib
Dün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Dün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Dün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Dün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Dün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir