Azərbaycan yenidən qapanmaya gedir? - Daha bir AÇIQLAMA
Gündəm / Siyasət / Hadisə
Oxunub: 211
29 Ekm 2021 | 10:37
Azərbaycan yenidən qapanmaya gedir? - Daha bir AÇIQLAMA

capar.info : - Operativ Qərargahın şənbə günü yenidən toplaşacağı ilə bağlı xəbərlər yayılıb. Məlumatlara görə, yoluxma sayının artması ilə əlaqədar sərt qərarların qəbulu gözlənilir.

Bu sıraya açıq havada maskasız gəzməyin ləğvi və toy məclislərinin keçirilməsinə məhdudiyyətlərin qoyulması daxildir. Hətta təhsil müəssisələrinin qapadılması ilə bağlı məsələ də müzakirə oluna bilər.

Maraqlıdır, bu xəbərlər nə dərəcə doğrudur?

Azərbaycan koronavirus qadağalarını yenidən bərpa oluna bilərmi?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Yenisabah.az-a açıqlamasında hazırda vəziyyətin acınacaqlı olmadığını deyib:

“İnsanların böyük əksəriyyəti düşünürdü ki, bu problem arxada qaldı. Artıq pandemiya dövrü qurtarır, postpandemiya mərhələsinə keçirik. Lakin bu gün Rusiyada, Gürcüstanda vəziyyət bir qədər gərgindir. Proseslərin təhlili onu göstərir ki, bir sıra ölkələrdə yoluxma sayında artım var. Həm də söhbət çox ciddi artımdan gedir.

Azərbaycana gəldikdə isə bizdə vaksinasiya proses sürətlə getdi, müəyyən qaydalar tətbiq olundu. Biz hazırda acınacaqlı vəziyyətdə deyilik. Amma prosesin təhlili onu göstəririk qabaqlayıcı tədbirlər görülməsə, bizdə də sürətli artım müşahidə oluna bilər”.

Deputatın sözlərinə görə, məktəblərin bağlanmasına hələ ki zərurət yoxdur:

“Qərarları Operativ Qərargah qəbul edir. Hələ ki orta və ali məktəblərin hamısının bağlanmasına ehtiyac yoxdur. Azərbaycanda yoluxma o həddə deyil ki, bütün orta və ali məktəblər qapansın. Hansısa məktəbdə kütləvi hal olarsa, o zaman bu məsələyə baxılacaq və müvafiq qərar qəbul olunacaq.

Maska məsələsi müzakirə olunanda mən hətta açıq havada da məcburi olmaması barədə qərarın qəbul edilməsinin əleyhinə idim. Mən o vaxtda müsahibə verəndə bu məsələni vurğuladım ki, tələsməyək. Hələ də müəyyən mənada ehtiyatlı olmalıyıq. Proseslərin hansı məcrada inkişaf edəəcyi vəziyyətdən asılıdır”.

C.Məmmədov qeyd edib ki, yoluxma artarsa, kəskin qərarlar qəbul edilə bilər:

“Mənim qənaətimcə, bizdə hazırda vəziyyət ağır deyil. Lakin bir müddətdən sonra ola bilər ki, ağırlaşma olsun. Və ona uyğun da qərarlar qəbul edilsin. Hesab edirəm ki, dövlətlə yanaşı ən çox məsuliyyət vətəndaşların üzərinə düşür. Metroda, avtobusda, ictimai yerlərdə, bəzi toplantılarda insanlarımız bu norma və qaydaları qorumalıdırlar. Arxayınlaşmaq olmaz ki, yoluxma arxada qaldı. Görünən odur ki, arxada qalmayıb. Bizim hələ də müəyyən problemlərimiz var. Ehtiyatı əldən verməməliyik.

Əgər gələcəkdə yoluxma həddindən artıq çox olarsa, onda kəskin qərarların qəbul edilməsi məsələsinə baxıla bilər. Bu gün qarşımızda duran əsas məsələ prosesi idarə etməkdir. Nəqliyyatı, iş yerlərini qapatmaq olmaz. Bunun iqtisadi tərəfləri də var. Şirkətlər üçün müəyyən problemlər yaradır. Ağırlaşmadan aslı olaraq məsələyə baxıla və qərarlar qəbul edilə bilər. Ona görə də vətəndaşlarımız çox diqqətli olmalıdırlar ki, yoluxma artmasın”.
20-08-2021, 10:10
Azərbaycan sərt qapanmaya gedir? - Operativ Qərargah təcili toplaşır
5-08-2021, 17:07
Payızda karantin sərtləşə bilərmi? – AÇIQLAMA
24-05-2021, 14:52
Toyların keçirilməsinə hansı qaydada icazə verilə bilər? - AÇIQLAMA
11-03-2021, 17:17
Koronavirus artmaqda davam etsə, yenidən çətin vəziyyətlə üz-üzə qala bilərik - AÇIQLAMA
16-10-2020, 10:41
Azərbaycan çempionatı dayandırılır? - AÇIQLAMA
22-09-2020, 11:12
Məktəblər yenidən bağlanır? - Təhsil Nazirliyindən AÇIQLAMA
Dün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Dün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Dün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Dün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Dün, 18:05
Putinə görüş təklif edib
Dün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Dün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Dün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Dün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Dün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir