Laçının 35 kilometr ərazisi xəritələrdən niyə “itib”? - HƏQİQƏTƏN DƏ...
capar.info : - Laçın rayonu işğal olunmazdan əvvəl bütün mənbələrdə ərazisi 1835 kv.km göstərilib. Amma işğaldan sonra bu rəqəm rəsmi olaraq 1800 kv.km göstərilir. Bildirilir ki, Rusiya mənbələri ilə yanaşı, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında da rayonun ərazisi əvvəlki rəsmi göstəricilərdən 35 kvadrat kilometr kiçildilərək 1835 kvadrat kilometr əvəzinə, 1800 kvadrat kilometr göstərilib və bu günədək həmin yanlışlıq düzəldilməyib. Narahatlıq doğuran məqam budur ki, Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan “Laçın dəhlizi”nin ərazisi təxmini hesablamalara görə, məhz 35 kv.km-dir. Bu da o rəyi yarada bilər ki, sözügedən 35 kv.km ərazi ya Ermənistanın hüquqi tabeçiliyinə, yaxud nə vaxtsa ATƏT-in, Avropa İttifaqının, ABŞ-ın və s. dəstəyi ilə Qarabağın “statusu” “dirildiləcəyi” halda həmin separatçı qurumun “yurisdiksiyasına” verilsin.
Laçın alayının sabiq komandiri Arif Paşa “Yeni Müsavat”a bildirdi ki, nəinki 35 kvadrat kilometr, hətta 1 kvadrat metr vətən torpağı da qorunmalıdır və kənarda qoyulmamalıdır. Laçın rayonunun ərazisi rəsmən 1835 kvadrat kilometrdir. Ola bilsin Müdafiə Nazirliyində aidiyyəti adamların diqqətsizliyindən nazirliyin saytındakı xəritədə rəqəm düzəlişi edilməyib. Nazirlik yaxşı olar ki, bu uyğunsuzluğun səbəbini ictimaiyyətə açıqlasın və Laçın rayonunun ərazisi rəsmi saytda düzgün qeyd edilsin: “Ermənistanla Qarabağı birləşdirən Laçın dəhlizinin 7 kilometri Laçın rayonunun ərazisinə düşür. 10 noyabr üçtərəfli bəyanatında dəhlizin 5 kilometr enində olması nəzərdə tutulur. Onda belə çıxır ki, Laçının ərazisinin 35 kvadrat kilometrinin ”yoxa çıxması" məhz həmin dəhlizə görədir, dəhlizi sanki Laçın ərazisi saymırlar. Əgər belədirsə, deməli, 35 kvadrat kilometrin rəsmi saytda göstərilməməsinin arxasında xoş olmayan məqsədlər var. Bəlkə həmin ərazini Azərbaycandan qoparıb Ermənistanın hüquqi istifadəsinə birdəfəlik verməyi kimlərsə planlaşdırıb? Bəlkə Qarabağdakı separatçılara verilir? Bax bu cür suallar istər-istəməz meydana gəlir. Ona görə də Müdafiə Nazirliyi və digər müvafiq rəsmi qurumlarımız bu məsələyə bir aydınlıq gətirməlidir. İnşallah, ağlımıza gələn mənfi ehtimallar doğrulmaz, sadəcə, diqqətsizlikdən yaranmış texniki səhv olduğu versiyası rəsmi təsdiqlənər".
28-10-2021, 16:33
Sərhəd məsələsində hansı xəritədən istifadə olunacaq? – Bakı susur
12-10-2021, 17:27
Ermənistanda hərbi hissənin ərazisi satılıb
24-08-2021, 14:19
Laçınlı polkovnik Laçın dəhlizinin BAĞLANMASINI TƏLƏB ETDİ - Rusiya və Ermənistan bütün razılaşmaları pozur...
26-04-2021, 10:26
Laçın koridoru da bizim nızarətimizdə olmalıdır
26-10-2020, 10:30
Azərbaycan Ordusu Laçın rayonuna daxil olub
23-07-2020, 14:41
Ağdamın işğalından 27 il ötür
Dün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Dün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Dün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Dün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Dün, 18:05
Putinə görüş təklif edib
Dün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Dün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Dün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Dün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Dün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir