52 rayon və şəhərin pulu kəsildi: Özlərini necə dolandıracaqlar? - HƏQİQƏTƏN DƏ...
Gündəm / Siyasət / Hadisə
Oxunub: 246
28 Ekm 2021 | 17:03
52 rayon və şəhərin pulu kəsildi: Özlərini necə dolandıracaqlar? - HƏQİQƏTƏN DƏ...

capar.info : - “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin predmetləri açıqlanıb.

Ötən illə müqayisədə yeni ilin dövlət büdcəsində bir sıra dəyişikliklər öz əksini tapıb. Yeni büdcədə öz əksini tapan amillərdən biri də bölgələrin maliyyələşdirilməsi ilə bağlıdır. Büdcə layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq.

52 rayon və şəhər gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. Qeyd edək ki, layihəyə əsasən, Ağdam (dövlət büdcəsindən 4 milyon 980 min manat ayrılacaq), Balakən (1 milyon 612 min manat), Cəbrayıl (2 milyon 874 min manat), Goranboy (2 milyon 156 min manat), Xocalı (1 milyon 527 min manat), Xocavənd (1 milyon 540 min manat), Kəlbəcər (3 milyon 528 min manat), Qax (5 miyon 476 min manat), Laçın (2 milyon 416 min manat), Lerik (2 milyon 434 min manat), Oğuz (2 milyon 484 min manat), Yardımlı (2 milyon 103 min manat), Zəngilan (1 milyon 409 min manat) və Zərdab (2 milyon 917 min manat) vəsait alacaq.

Ümumiyyətlə, yeni dövlət büdcəsi sosialyönümlüdürmü, bundan başqa vəsait almayan rayon və şəhərlər özünümaliyyələşdirmə prinsipi ilə işləyə biləcəkmi?

Bununla bağlı millət vəkili Vüqar Bayramov bildirib ki, dövlət büdcəsindən rayonlara gələn il cəmi 37 milyon 456 min manat vəsait ayrılacaq və gələn il büdcədən vəsait alacaq 14 rayonun tən yarısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir:

“Qalanları isə respublikanın digər bölgələrindədir. İşğaldan azad olunun şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı “özünü dolandıra” biləcək. Həmin rayonlarımıza mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb. Özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır. Bu, dövlət büdcəsindən asılılığın aradan qaldırılmasına imkan yaradır. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir”.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, 2022-ci ilin dövlət büdcəsi ilə bağlı ilkin paramertlər, xərclər və gəlirlər hissəsi açıqlandı və ilkin nəzərə çarpan odur ki, hər il olduğu kimi bu il də dövlət büdcəsində həm gəlir, həm xərc hissəsində müəyyən artım müşahidə olunur:

“Ancaq büdcənin kəsiri ötən ilə nisbətən daha az olacaq. Çünki neftin qiymətlərinin yüksək olması, büdcə kəsirinin maliyyələşdirilməsində mühüm rol oynayır və bu da müsbət faktorlardan biridir. Büdcənin böyük bir hissəsi hər zaman olduğu kimi təmir-tikinti, sosial xərclərə, maaşlara, təqaüdlərə, infrastruktur layihələrə, təhlükəsizliyə ayrılır. Gələnilki büdcədə sosial xərclər ümumi büdcənin 40 faizini təşkil edəcək, bu da az deyil. Sadəcə burada problem bu xərclərin daha ünvanlı xərclənməsidir. Xərc istiqamətləri daha şəffaf, daha ünvanlı xərclənməlidir ki, vətəndaşa xeyir verə bilsin. Şəffaflıqla bağlı problem öz həllini tapmalıdır ki, ayrılan xərclər daha effektiv olsun”.

Regionların özünü maliyyələşdirməsinə gəldikdə isə ekspert deyir ki, burada ciddi problem var:

“Hələ də Azərbaycan hökuməti elan etməyib ki, özünü maliyyələşdirən rayon nə deməkdir. Axı bizdə mərkəzləşdirilmiş büdcə sistemi var. Mərkəzləşdirilmiş vergi sistemi var, rayonların ayrıca vergi toplamaq imkanları yoxdur. Ona görə də dövlət orqanları ilk növbədə özünü maliyyələşdirən rayon anlayışına açıqlama gətirməlidir. Regionların özlərinin vergi toplamaq və büdcə formalaşdırmaq kimi bir səlahiyyətləri yoxdur. Maksimum bələdiyyələrin büdcəsi olur ki, torpaq, əmlak kimi vergi növlərindən büdcələrinə müxtəlif daxilolmalar olur və bu da cüzidir. İndi qaydalarda bələdiyyələr nəzərdə tutulmur. Məhz rayonların icra orqanları nəzərdə tutulur ki, onların da ayrıca vergilərin, gəlirlərin daxil olduğu büdcəsi yoxdur. Ona görə də ilk növbədə buna aydınlıq gətirilməldir. Əgər söhbət həmin rayonlarda qeydiyyatdan keçmiş hüququ şəxslərin ödədiyi vergilərin həcmindən gedirsə, bu vergilər mərkəzləşdirilmiş büdcəyə ötürülür. Ona görə də bu məsələyə dəqiq aydınlıq gətirilməsə, bununla bağlı fikir bildirmək də çətindir. Çünki mexanizm elan edilməyib, yəni hansı mexanizmlə özünü maliyyələşdirən rayon sayılır, bununla bağlı məlumatlar yoxdur”.

Həmsöhbətimiz çıxış yolunu belə düşünür:

"Rayonların özünü dolandırması üçün bələdiyyə institutu güclənməli, icra hakimiyyəti ləğv edilməli, bələdiyyələrin müstəqil büdcəsinin formalaşdırılması qaydaları müəyyən edilməli, istənilən bələdiyyə ərazisindən toplanan vergilərin bir hissəsi onlarda qalmalıdır. Məsələn, ƏDV 18%-dir, hər hansı bir bələdiyyə ərazisindən toplanan ƏDV-nin 3%-i həmin bələdiyyənin büdcəsinə gedir, mənfəət vergisinin 3%-i yenə bələdiyyənin büdcəsinə daxil olur və s.

Belə bir sistem qurulmadan, "rayon özünü dolandırlr" fikri mifdir, baş aldatmaqdlr, söz və rəqəm oyunudur..."
0
27-10-2021, 09:23
Gələn il Azərbaycanın dövlət büdcəsi 30 milyard manata yaxın olacaq
4-08-2021, 15:42
Prezident Təhsil Nazirliyinə 7 milyon manat ayırdı (SƏRƏNCAM)
24-05-2021, 14:27
Azərbaycanın ötənilki HƏRBİ XƏRCLƏRİ bu qədər olub
21-12-2020, 12:41
Gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb
14-12-2018, 13:14
Neftçalaya 18,2 milyon manat ayırdı
4-12-2018, 14:28
Prezident yol tikintisinə 5,6 milyon manat ayırdı
Dün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Dün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Dün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Dün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Dün, 18:05
Putinə görüş təklif edib
Dün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Dün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Dün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Dün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Dün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir