Pedaqoji Universitetdən şəhid ailəsinə HÖRMƏTSİZLİK: - "Şəhidin bacısından qeyri-qanuni illik ödəniş tələb olunur"
capar.info :- Mövcud qanunvericiliyə uyğun olaraq, Azərbaycanın ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan bir sıra kateqoriyalara aid tələbələr təsdiqedici sənədlər təqdim etdikləri halda onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmin kateqoriyalara daxil olanlardan biri də şəhid ailəsi statusunu almış ailənin üzvlərindən olan tələbələrdir. Qanuna əsasən, şəhidin ailə üzvü subaydırsa və tələbədirsə, bu halda təhsilhaqqı ödənişdən azaddır. Lakin Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov şəhid bacısından yeni dərs ilinin təhsil haqqını tələb edir.
Yenicag.az-a daxil olan şikayətdə bildirilib ki, şəhid ailələrinin üzvləri üçün güzəştin tətbiq edilməsinə rəğmən Pedaqoji Universitetin rəhbərliyi bu qanunu görməzdən gəlib. Nəticədə qardaşı şəhid olan IV kurs qız tələbəsindən illik təhsil haqqı ödənişi tələb edilir.
Universitet rəhbərliyi tərəfindən sıxışdırılacağından narahat olaraq adının qeyd olunmasını istəməyən tələbə qız bildirib ki, ödənişin tələb edilməsi digər tələbələrə də şamil olunub və bu, narazılıq yaradıb:
“Müharibə bitdikdən sonra illik və yarım illik ödənişlər şəhid övladlarına, ailə üzvlərinə geri qaytarılmışdı. Lakin Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov yeni dərs ilinin illiyini tələb edir, bununla kifayətlənməyərək şəhid ailələrinə qaytardıqları yarım illikləri də geri istəyir. Bilmək istəyirik ki, niyə evə təkcə qardaşı çörək gətirən bir bacıdan qaytarılan 600 manat qanunsuz şəkildə geri istənilir?!”.
Tələbənin yaxını saytımıza açıqlamasında qeyd edib ki, tələbənin ailəsi tərəfindən ödənilən təhsil haqqının yarımilliyi sonradan geri tələb olunub. Ailənin sosial vəziyyəti isə heç də ürəkaçan deyil:
“Tələbənin qardaşı ötən il İkinci Qarabağ Savaşında döyüş zamanı şəhid olub. Bundan sonra Pedaqoji Universitet rəhbərliyi tələbənin ödədiyi yarımillik təhsil haqqı olan 600 manatı ailəyə geri qaytarmışdılar. Tələbənin atasının əmək qabiliyyəti yoxdur və ürək xəstəsidir. Oğlu şəhid olandan sonra iş qabiliyyətini tamamilə itirdi. Ailədə işləyən yeganə şəxs şəhidin özü olub. Bir neçə gün öncə universitet rəhbərliyi tərəfindən şəhid bacısına geri qaytarılmış 600 manatın geri qaytarılması istənilib. Halbuki həmin 600 manatı o vaxtı tələbənin anası borc tapıb ödəmişdi. Ümumilikdə 4 il ərzində tələbənin illik təhsil haqqının ödənməsi üçün ailə evin əşyalarını, qızılları satıb və müəyyən məbləğdə borc da alıb. Universitet bu vəziyyəti yaxşı bilir. Hazırda rəhbərlik 600 manatla yanaşı, növbəti ilin təhsil haqqını da tələb edir. Ailə növbəti ilin təhsil haqqını ödəməyə etiraz etmir. Borc olsa da, tapıb ödəcəyini bildirib. Ancaq 600 manatın geri istənilməsi böyük biabırçılıqdır. Tələbə bu məsələ ilə bağlı hüquqşünasla görüşüb. O, bildirib ki, əlavə beş tələbə də rektora şikayət edib və gözlənilən cavabı ala biıməyib. Onu da qeyd edim ki, ailə hazırda kirayədə yaşayır”.
Məsələ ilə bağlı Pedaqoji Universitetlə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı. Bütün hallarda qeyd olunan qanunsuzluğun səbəbi ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
20-04-2021, 09:45
Tələbələr hansı hallarda ali məktəbdən xaric ediləcək? - Yeni qanun layihəsi
24-09-2020, 10:24
Diqqət: Sentyabrın 25-dən...
10-09-2020, 14:47
16 şəhid ailəsi və Qarabağ əlili evlə təmin olunub
3-09-2020, 13:16
Bu gündən 9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başlayır
18-07-2020, 12:44
Tovuzda şəhid olan hərbçi ailələrinin sosial müdafiəsi məqsədilə tədbirlər görülür
13-04-2020, 22:58
Təhsil Nazirliyi: Bu kateqoriyaya aid olan tələbələrin sayı hazırda 20 mindən çoxdur
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...