"Bəzən elə olur ki, 40 qəpiklik makaron alıb qaynada bilmirəm evdə" - İmişlidə gənc ana FACİƏLİ DURUMDA
capar.info : - "15 yaşımda dedilər ki, bu gündən evli qadınsan, ona görə davran, razılaşdım. 16 yaşımda körpəmi qucağıma verəndə "artıq anasan”, - dedilər, etiraz etmədim. Həyatım gətirmədi, ayrıldım. Bu dəfə də dedilər: "Bir uşaqla tək qadın olmaz, ərə get”. Onu da etdim. Nəticədə, təhsilsiz, işsiz, 2 uşaqla küçələrdəyəm. İndi isə heç bir məsləhət verən yoxdur, səslər kəsilib və mən tənhayam”.
28 yaşlı İmişli sakini Nərminə Hüseynovanın sözləridir.
Nərminə Hüseynova erkən ailə qurub və bunun öz istəyi ilə olmadığını bildirir. Deməsinə görə, ilk evliliyindən olan 11 yaşlı qızının əqli geriliyi var, müalicə lazımdır, ancaq imkanı yoxdur. İkinci evliliyindən olan 2 yaşlı oğlunun isə beyindaxili təzyiqi var. Nərminə onu həkimə aparmağa da pul tapmır.
Deyir: "Aldığım 165 manat sosial müavinətdir. O da heç nəyə çatmır”.
İkinci evliliyi də yarımçıq qalan Nərminə indi təkdir və işləmir, əlavə gəliri yoxdur. Odur ki, nə uşaqlarının, nə də özünün həyatını təmin edə bilir. Hətta bir ay öncəyə qədər qalmağa yeri olmayan Nərminəyə bu gün bir ailə sığınacaq verib. "Çox yox, ayda 50 manat ödəsən”, - bəsdir deyiblər. Ancaq Nərminənin o 50 manatı verməyə də gücü çatmır:
"Küçədəydik, Allah razı olsun, sığınacaq verdilər. Qış gəlirdi, nə edərdim? İstədikləri də böyük məbləğ deyil. Ancaq bir aydır onu da toplayıb verə bilməmişəm”.
Nərminə Hüseynova deyir ki, özünün də sağlıq problemləri var. Epilepsiyadan əziyyət çəkir. Odur ki, iş tapıb çalışa da bilmir: "Həm də lap deyək tapdım, getdim süpürgəçilik etdim. 2 yaşlı uşağa kim baxacaq? Onu kimin yanına qoyacam? Çox çarəsiz, çıxılmaz vəziyyətdəyəm. İki ay əvvəl vəziyyətim çox pisləşdi və sosial müavinət kartımı sələmçiyə verib 500 manat götürdüm. Özümün, uşaqlarımın dərmanlarını aldım. İndi vəziyyət daha da pisləşib. Dərman atmaq üçün də yemək yemək lazımdır axı. İki aydır evə bir qəpik də girmir”.
Nərminənin əli hər yerdən üzülüb. Deyir ki, artıq gələcəklə bağlı plan qurmur: "Qızımı nə çətinliklərlə, borcla-xərclə, boğazımdan kəsib məktəbə göndərirəm ki, mənim kimi olmasın. Yazsın, oxusun, gələcəkdə normal işi, həyatı olsun. Ancaq başına dərs girmir. Oxuya, yaza bilmir. Hətta nitqində də problem var. Yeni dil açmış uşaq kimi çətinliklə danışır. Amma yenə də məktəbdən saxlamıram. Düşünürəm heç olmazsa, adını yaza bilsin, hərf tanısın. Artıq böyük xəyallar qurmamağı öyrənmişəm”.
Nərminə qızının probleminin nədən qaynaqlandığını bilmir. Həkimlər erkən yaşda hamiləlikdən də ola biləcəyini söyləyiblər: "Hər bir halda yaxşı həkim və müalicə lazımdır, ancaq mənim buna gücüm çatmır. Uşaqların da, özümün də yaşayışımıza baxsanız, görərsiniz. Geyim yox, ayaqyalın, yarıac yaşayırıq. Bəzən elə olur ki, 40 qəpiklik makaron alıb qaynada bilmirəm evdə”.
Nərminə Hüseynova Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyir: "Var-dövlət istəmirəm, səhiyyə xərclərim qarşılansın, aldığım sosial müavinətin vaxtı uzadılsın (dekabrda bitir), bir də mümkünsə, illik kirayə haqqım qarşılansın, yaxud uşaqlarımla birlikdə sığınacağa yerləşdirilim”.
Nərminə Hüseynova deyir ki, Qarabağı sıfırdan inşa edən neft ölkəsi üçün bu dedikləri heç nədir: "Həkimə gedirəm, müxtəlif aparatlara göndərir, pulum olmur. Nəticədə dərdimizin nə olduğu bəlli olmur. Dərman yazırlar, ala bilmirik. Bizə bunlarda yardım göstərə bilərsinizmi? 165 manat sosial yardım alıram. Ondan başqa gəlirim yoxdur. Dekabrda təyin olunan müavinətin vaxtı bitir. Onu uzada bilərsinizmi? İldə heç 2 min manata çatmır. Buna imkanınız çatarmı? Mənə bir baxın, 28 yaşım var, ağzımda dişim yox, uşaqlarım xəstə. Bunun bir səbəbi var yəqin. Yaxşı yemirik, vitaminsizik, Allahın ümidinə yaşayırıq. Bir də yatmağa yer olsa, başqa heç nə istəmirəm”.
Nərminə Hüseynova deyir ki, Prezidentə qədər yerli orqanlara müraciət edib. Bu, son ümididir: "İmişli Rayon İcra Hakimiyyətinə bir neçə dəfə müraciət etmişəm. Bələdiyyəyə getmişəm. Heç üzümə qapı açan olmayıb. Bu, son çarədir ki, mən prezidenti, onun xanımını narahat edirəm. Cənab Prezident, xəstəyik, uşaqlarım acdır, qalmağa yerimiz yoxdur, bizə kömək edin”.
İmişli Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən bildirilib ki, adətən rəsmi olan heç bir müraciət cavabsız qalmır: "Sadəcə mərhələli şəkildə araşdırılır. Həmin xanım əgər müraciət edibsə, baxılacaq və icra hakimiyyətinin kömək edə biləcəyi bir məsələdirsə, mütləq yardım ediləcək”.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2019-cu ildə Azərbaycanda 4.8 faiz əhali yoxsul olub. 2021-ci ilin əvvəlində bu rəqəm 6.2 faizə yüksəlib. Bu, 630 min yoxsul şəxs deməkdir.
Müstəqil ekspertlər isə adətən bununla razılaşmır. DSK-nın rəqəmləri yumşaltdığını düşünürlər.
Dünya Bankının 2019-cu ildə yayımladığı hesabatda Azərbaycanda yoxsulluq göstəricisinin hökumətin açıqladığı rəqəmdən təxminən beş dəfə çox - 24 faiz olduğunu açıqlamışdı.
Həmin hesabatda Bakı şəhərində yoxsulluq göstəricisinin 16 faiz, digər bölgələrdə isə, əsasən, 20-30 faiz arasında olduğu vurğulanırdı. Bankın bu il yayımladığı digər bir hesabatda isə qeyd edilirdi ki, ölkədə yoxsul əhalinin 60 faizindən çoxu kəndlərdə yaşayır.
Kənd yerlərində yaşayan bütün sakinlərin 57 faizi yoxsulluq riski daşıyır. Yəni həmin əhali qrupu hazırda yoxsul sayılmasa da, gözlənilmədən üzləşəcəkləri iqtisadi və ya səhiyyə problemləri onları asanlıqla yoxsul əhali qrupuna sala bilər. //Meydan TV//
29-09-2021, 12:34
İndi bu ailə NECƏ DOLANMALIDIR, CƏNAB NAZİR? - GİLEY
24-09-2021, 15:42
"Dedim etdiyim ödənişlər batsın, telefonu istəmirəm..." - "Kontakt Home”dan daha bir ŞİKAYƏT
20-08-2021, 10:41
Bərdədə bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18-08-2021, 10:47
Özünüməşğulluq proqramı deyil, biabırçılıqdır... - NARAZILIQ!
19-08-2020, 11:27
Razi Nurullayevin İmişlidə seçicilərlə görüşləri davam edi
20-12-2018, 13:48
Sumqayıtda FACİƏ: Evdə 20 yaşlı qızın meyiti tapıldı
Dün, 19:05
Rusiya Ukraynanın PUA mərkəzini vurdu
Dün, 19:03
Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
Dün, 18:59
İran uranı zənginləşdirməkdən çəkilir
Dün, 18:57
Keçmiş vəkil hakim qarşısında
Dün, 18:54
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
Dün, 18:45
Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq