Tərtər rayonunda yerli sahibkarlar üçün maarifləndirici tədbir keçirilib - FOTO
Gündəm / Siyasət / Hadisə
Oxunub: 247
20 Ekm 2021 | 11:11
Tərtər rayonunda yerli sahibkarlar üçün maarifləndirici tədbir keçirilib - FOTO

capar.info : - Oktyabrın 19-da Tərtər rayonunda pandemiya şəraitinin tələblərinə uyğun olaraq “Qarabağ sahibkarlarına maarifçilik dəstəyi: Tərtərlə başlanan yol” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yerli sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə reallaşdırılıb. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyublar.

DİA.AZ xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi dövründə Tərtər rayonun dəymiş ziyan və rayonun işğaldan azad edilmiş əraziləri haqqında məlumat verib. Görüşdə, həmçinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi, müşavir Elçin Məmmədov, AMEA -nın İqtisadiyyat İnstitutunun direktoru, i.e.d. professor Nazim Müzəffərli, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi Baş İdarəsinin rəisi Elçin Bəylərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Tərtər rayonu üzrə nümayəndəsi Sənan Əhmədzadə çıxış ediblər. Bildirilib ki, Vətən müharibəsində beynəlxalq hüquq normalarını kobud şəkildə pozan düşmən dinc yaşayış məntəqələrimizi, o cümlədən döyüş bölgəsinə yaxın ərazidə yerləşən Tərtər rayonunu qadağan olunmuş silahlarla intensiv atəşə məruz qoyub. Nəticədə rayon ərazisində xeyli sayda yaşayış evləri, sahibkarlıq və sosial obyektlər, nəqliyyat vasitələri, heyvandarlıq və kənd təsərrüfatı sahələri ciddi ziyan çəkib. Qeyd olunub ki, hazırda Qarabağın işğaldan azad edilmiş ərazilərində planlı şəkildə geniş bərpa-quruculuq işləri aparılır, düşmənin yerlə yeksan
, məhv etdiyi şəhər və kəndlərimiz ən müasir tələblər səviyyəsində yenidən yaradılır. Tərtər rayonu da öz inkişafını davam etdirərək ölkə həyatına reinteqrasiya olunur.

Tədbirdə Tərtər rayonunda fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti subyektləri üçün iqtisadi və hüquqi biliklər, o cümlədən işğaldan azad edilmiş ərazilərdə dövlətin həyata keçirdiyi vergi və investisiya siyasəti mövzularında maarifləndirmə xarakterli məruzələr də yer alıb. AMEA İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri Akif Musayev “Post-konflikt ərazilərdə sahibkarlıq imkanları”, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin şöbə rəisi Nazim Əliyev “Silahlı münaqişələr zamanı dinc mülki əhaliyə vurulmuş zərərin ödənilməsinin hüquqi əsasları”, Tədris Mərkəzinin əməkdaşı Şahzadə Mədətova “Post-konflikt ərazilərdə qadın sahibkarlığının inkişafında effektiv dövlət-özəl əməkdaşlığı” mövzusunda təqdimatlarla çıxış ediblər.

“Dəyirmi masa” yerli sahibkarların çıxışları və müzakirələrlə davam etdirilib.

Sonra qonaqlar Tərtər rayonunun işğaldan azad olunmuş Talış və Suqovuşan kəndlərinə səfər ediblər, Tərtər şəhərinin mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən rayona müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb.
Tərtər rayonunda yerli sahibkarlar üçün maarifləndirici tədbir keçirilib - FOTO
Tərtər rayonunda yerli sahibkarlar üçün maarifləndirici tədbir keçirilib - FOTO
Tərtər rayonunda yerli sahibkarlar üçün maarifləndirici tədbir keçirilib - FOTO
20-10-2021, 11:11
Tərtər rayonunda yerli sahibkarlar üçün maarifləndirici tədbir keçirilib - FOTO
3-08-2021, 11:06
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Bərdədə keçirilib
6-05-2021, 13:30
Dövlət Vergi Xidmətinə rəis təyin olundu - SƏRƏNCAM
4-10-2020, 10:17
"Tərtər, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndləri işğaldan azad edilib" - Prezident
21-07-2020, 14:26
Bu şəxslərin icazələrinin məhdudlaşdırılması nəzərdə tutulur
29-11-2018, 14:32
Tərtərdə hərbi hissədə şəxsi heyətlə görüş keçirilib
Bugün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Bugün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Bugün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Bugün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Bugün, 18:05
Putinə görüş təklif edib
Bugün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Bugün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Bugün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Bugün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Bugün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir