"Azərbaycan dövləti Ermənistan ilə həmişə təzyiq və güc dili danışmalıdır" - Başqa yolu YOXDUR!
Gündəm / Siyasət / Hadisə
Oxunub: 297
20 Ekm 2021 | 09:04
"Azərbaycan dövləti Ermənistan ilə həmişə təzyiq və güc dili danışmalıdır" - Başqa yolu YOXDUR!

capar.info : - Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov slovakiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib ki, revanşist yanaşma və əməkdaşlıq seçimi Ermənistan hökuməti və onun xalqından asılıdır. O, Azərbaycanın əməkdaşlığa, tərəfdaşlığa yönəlmiş addımları müsbət cavablandırmağa hazır olduğunu bəyan edib: "Azərbaycana qarşı hər hansı addımlar olarsa, təbii ki, biz buna cavab verəcəyik. Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Bunun üçünsə imzalanmış üçtərəfli bəyanatların müddəalarının icra edilməsi tələb olunur. Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir və yerinə yetirməyə davam edəcək”.

C.Bayramov bildirib ki, Azərbaycan hələ torpaqlarının işğal altında olduğu dövrdə həm regionda, həm də regiondan kənarda bir sıra böyük layihələrin təşəbbüskarı və iştirakçısı olub: “Torpaqlarımızın azad olunması ilə də yeni imkanlar açılıb, Azərbaycan yenə də yeni layihələrə start verir. Azərbaycan tərəfi Ermənistan tərəfindən olan əməkdaşlıqla bağlı müsbət qərarlara qarşılıqlı cavab verməyə hazırdır. Lakin ölkəmizə qarşı hər hansı təhdidlər olarsa da, Azərbaycan onu cavablandıracaq”.

Mövzu ilə bağlı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, erməni xalqı müharibədə məğlub olmuş Paşinyana yenidən etimad göstərməklə müharibə istəmədiyi mesajını hamıya verdi:

"Təbii ki, erməni cəmiyyəti xəstə cəmiyyət olduğu üçün hər verilən mesajı normal təfəkkürlü cəmiyyətin mesajı kimi qəbul etmək olmaz. Çünki onlar tarixən başqa qüvvələrin əlində alət olublar və bu, indi də belə davam edir. Odur ki, erməni cəmiyyəti, xalqı adlanan toplumun günün birində hansısa alçaqlıqlar edə biləcəyi ehtimalını da gözardı etmək olmaz".

A.Qasımov hesab edir ki, Azərbaycan dövləti və xalqı hər zaman erməni toplumunu gələcəkdə də potensial düşmən kimi qəbul etməlidir:

"Azərbaycan onun vədlərinə və sözlərinə bir o qədər də etimad göstərməməli, bir sözlə, ehtiyatlı olmalıdır. Azərbaycan dövləti Ermənistan ilə həmişə təzyiq və güc dili danışmalıdır. Erməni toplumu öz xəstə təfəkküründən qurtulmayınca, bu, belə olmalıdır. Əgər nə vaxtsa hiss olunsa ki, erməni toplumu əsl xalq kimi formalaşıb, real faktları normal cəmiyyət kimi qəbul edir, onda ikitərəfli qarşılıqlı münasibətlər qonşuluq səviyyəsində davam edə bilər. XİN-in fikirlərini də bu kontekstdən dəyərləndirmək olar. Azərbaycan hakimiyyəti də yaxşı bilir ki, indi məğlub olmuş, divara dirənmiş erməni toplumu əsl üzünü gizlədib. Cildini dəyişərək müəyyən dövr üçün yazıq və əzilmiş, müharibə istəməyən görkəm ala bilər. Ona görə də tez-tez "dəmir yumruq" ifadəsini işlədib, əks halda "cavab veriləcək" bəyanatını verirlər".
13-01-2021, 13:22
Ceyhun Bayramov Pakistana gedib - Üçtərəfli görüş keçiriləcək
29-12-2020, 10:14
Ermənistan üçtərəfli razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir - Türkiyə XİN
27-11-2020, 16:20
Ceyhun Bayramov: Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır
6-10-2020, 12:15
Əfqanıstan Azərbaycana dəstəyini bir daha bəyan etdi
31-08-2020, 11:22
Ceyhun Bayramov: "Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək"
11-08-2020, 13:39
"Qarabağ münaqişəsinin həlli yolları bəllidir" - Ceyhun Bayramov
Bugün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Bugün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Bugün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Bugün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Bugün, 18:05
Putinə görüş təklif edib
Bugün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Bugün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Bugün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Bugün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Bugün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir