İranın qlobal qorxusu, İrəvanın qlobal səhvi - TƏHLİL
Gündəm / Siyasət / Hadisə
Oxunub: 28
14 Ekm 2021 | 14:30
İranın qlobal qorxusu, İrəvanın qlobal səhvi - TƏHLİL

Capar.info : - İran tərəfindən Azərbaycana qarşı mehriban qonşuluq və dini həmrəylik meyarları ilə uzlaşmayan qeyri-adekvat, ilk baxışda anlaşılmayan düşmənçilik siyasətinin yürüdülməsi həm də qlobal proseslərlə əlaqədardır. Hazırda Amerika və Böyük Britaniyanın başçılığı ilə qlobal hərbi-siyasi alyans yaradılır. Tehran Londonla Bakının tarixi-strateji münasibətlərinin mövcudluğuna istinad edərək, düşünə bilər ki, Azərbaycan da bu alyansın tərkibində fəal tərəfdaş kimi yer alır.
Tarixi müttəfiqlər olan Amerika ilə Böyük Britaniyanın qurduqları qlobal alyansın həm də hərbi xarakter daşımasını göstərən əsas amil isə bu cütlüyün Avstraliyanı da öz aralarına qoşaraq, AUKUS (Australia, United Kingdom, United States) adlı üçtərəfli ittifaq yaratmaları oldu. Ardınca Avstraliyanın Fransanın “Naval Group” şirkəti ilə dəyəri 66 milyard olan sualtı gəmilərin inşasına dair müqaviləni ləğv etməsi yeni qlobal hərbi alyansada Parisin yer almayacağının göstəricisi idi. Bu həm də, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsinin məntiqi izahı sayıla bilər. Hər şey bir kənara, ancaq Fransa dövlətinin 66 milyardlıq müqavilədən məhrum olması növbəti seçkilərə hazırlaşan Makronun da siyasi ölümünün göstəricisi və tabutuna çalınan sonuncu mismar kimi qiymətləndirilir.

Burada sual yarana bilər ki, əsas məqsədi rəsmi olaraq Hind-Sakit okean regionunda təhlükəsizliyin təmin olunması kimi bəyan edilən yeni alyans İrana qarşı nə kimi təhlükə yarada bilər və bu proseslərin Azərbaycanla hər hansı əlaqəsi varmı?

Əvvəlcə onu qeyd edək ki, AUKUS təkcə Avstraliya, ABŞ və Böyük Britaniyanın ittifaqı deyil, bu üç ölkə hərbi alyansın nüvəsini təşkil edəcəklər. Bu nüvə ətrafında isə ABŞ-ın həmin regionda olan bütün tərəfdaşları cəmləşib.Hind-Sakit okean regionunun Qərbə doğru davamı Pakistandan başlayıb, Əfqanıstanı da qatmaqla, Türkiyəyə qədər uzanan və Azərbaycanın da daxil olduğu coğrafi məkandır. İran ondan narahatdır ki, ABŞ ilə Böyük Britaniya bu regionu nəzarətdə saxlamaq üçün Türkiyə və Pakistanla alyans qura bilər. Hind-Sakit okean regionunda qurulmuş alyansın Çinə qarşı faəliyyət göstərəcəyi ehtimal olunursa, Pakistan və Türkiyə ilə qurulacaq ittifaqın İranı hədəflədiyini ehtimal etmək olar. Əfqanıstandan Türkiyəyə qədər uzanacaq, Orta Asiya və Cənubi Qafqazın da daxil olduğu böyük bir coğrafiyada iqtisadi bağlarla bir-birilə əlaqələndiriləcək ölkələrin həm də hərbi alyans formasında qruplaşma ehtimalı İranın regionda təklənməsi anlamına gələcək.

Odur ki, İran bu ehtimalları hesaba almaya bilməz və bunların nə dərəcədə həqiqətə uyğun olduğunu yoxlamaq üçün bu zəncirdə ən zəif yer hesab olunan Zəngəzur dəhlizindən proseslərə müdaxilə etməyə çalışır ki, düşüncələrinin həqiqətə uyğunluğunu yoxlasın. Tehran regionda hərbi güc nümayiş etdirməklə qlobal güc mərkəzlərinin reaksiyalarına uyğun nəticələrini çıxarmağa çalışır.

İranın yeni xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Rusiya səfəri ilk növbədə yeni baş diplomatın təqdimatı və rusiyalı həmkarı ilə tanışlıq xarakteri daşıyırdısa da, əsas məqsədi Moskvanın mövqeyini öyrənməkdən ibarət idi. Daha dəqiqi isə, Tehran Rusiya ilə olan ənənəvi müttəfiqliyini yeni qurulan birliyə qarşı yönəldilməsinə çalışırdı. Lakin, Abdullahianın Rusiya həmləsi uğursuzluğa düçar oldu və İran gözlədiyi dəstəyi ala bilmədi. Bunun əsas səbəbi Abdullahiandan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfər etməsi və rusiyalı həmkarı Putinlə danışıqlar aparması ilə bağlı ola bilər.

Təbii ki, Rusiyanı da özünün cənub hissəsində hansısa formada ittifaqın yaradılması ehtimalları narahat etməyə bilməz. Lakin Moskvanın İranla birlikdə Suriyada olduğu kimi, bu proseslərə qarşı çıxmamasının altında iki səbəb yata bilər. Birincisi, ola bilər ki, Vaşinqton Rusiya ilə müəyyən məsələlərdə razılığa gəlib (məsələn Ukrayna məsələsi, yaxud “Şimal axını-2” qaz kəmərinin istismarına icazə verilməsi kimi) və bunun müqabilində cənubundakı proseslərə müdaxilə etməməsini istəyib. Bu halda, Ərdoğan Amerika ilə Rusiya arasında əsas vasitəçi rolunu oynamış olur.

İkincisi isə, ehtimal edilə bilər ki, Türkiyə ilə Rusiya hansısa formada ikitərəfli razılığa gəliblər və hər iki dövlətin maraqlarına cavab verən ortaq yol xəritəsi üzrə fəaliyyət göstərirlər. Bu halda, Ərdoğanın BMT sammiti zamanı “Baydenlə işləməyin çətin olduğunu” deməsi sırf Moskvanın etimadını itirməmək məqsədi daşıması ilə bağlı ola bilər. Ancaq ikinci versiya o qədər də inandırıcı səslənmir, cünki Ankara və Moskvanın Vaşinqtonun iradəsinin ziddinə getmələri inandırıcı deyil.

Digər tərəfdən, birinci versiya demokratların xarici siyasətlərinin ruhuna daha çox uyğun gəlir. 2015-ci ildə də, Baydenin sələfi Obama İranla nüvə sazişi imzalamaqla Tehranın neytrallaşmasına nail olmuş və Moskvaya qarşı sərt siyasətə start vermişdi. Lakin bu siyasətin effektsiz olduğu ortaya çıxınca, mümkündür ki, amerikalılar bu dəfə eyni siyasəti əksinə - Rusiyanı neytrallaşdırmaqla İrana qarşı sərtləşdirməyi qərara alıblar.

Ermənistana gəlincə, Nikol Paşinyan anlayır ki, Fransaya “stavka” etməklə səhvə yol verib, çünki Paris artıq proseslərə müdaxilə etmək gücündə deyil. İrəvan üçün Azərbaycanla sülh imzalayıb, Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa çıxış yolu qalmayıb. İran və mövqeyi qeyri-müəyyən olan Fransa ilə avantürist ittifaqa daxil olub, Amerika-Britaniya alyansına qarşı çıxmaq Ermənistana həqiqətən baha başa gələ bilər. Digər tərəfdən, İran və Fransanın anti-Zəngəzur mövqeləri kəskinləşdikçə Yerevanın buna müqavimət göstərmək gücü də zəifləyir. Çünki İran və Fransanın Ermənistana təsir etmək üçün ciddi siyasi-iqtisadi rıçaqları mövcuddur.
19-08-2021, 09:57
Etibar Pirverdiyev həbs oluna bilər - Dövlət Bayraq Meydanına görə
17-06-2021, 10:16
SpaceX ABŞ Hərbi Hava Qüvvələri üçün yeni GPS peykini orbitə buraxacaq
26-04-2021, 10:13
Bu siyasət Amerika dəyərlərinə olan inamı sarsıdır - Deputat
5-08-2020, 12:12
Şok: Dünya iflasa uğrayır - 2021-ci ilin sonu...
5-05-2020, 12:59
Sahibə Qafarova: Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır
23-01-2019, 15:01
Fatih Birol: Bu il qlobal neft tələbatı sutkada ən azı 1 milyon barrel artacaq
Dün, 16:06
Ziyəddin Əliyev oğluna 660 kvadratlıq bağ evi tikdirib - NİYƏ DƏ YOX?
Dün, 16:01
Niyazi Bayramov GƏNCƏNİ SATIŞA ÇIXARIB... - ŞIDIRĞI ALVER GEDİR...
Dün, 15:57
Şəmkirdə 51 yaşlı kişi özünə bıçaq xəsarəti yetirib
Dün, 15:51
Şəkidə rayon rəhbərliyi vətəndaşın BAŞINA OYUN AÇIBLAR... - ŞOK İTTİHAMLAR
Dün, 15:47
"DİN-ə taksi sürücüləri ilə bağlı çoxsaylı şikayətlər daxil olur" - Ehsan Zahidov
Dün, 15:42
Uşaq bağçasına dönən ordu: - Papikyan kütləvi ixtisarlara hazırlaşır
Dün, 15:35
“Ermənilərin Ermənistana qaytarılması prosesi uğursuzluğa düçar oldu” - Baş komissar Sinanyan
Dün, 15:30
İsmayıllıda sakinləri İNCİDƏN KİMDİR? - NARAZILIQ!
Dün, 15:27
Fazil Məmmədovdan 1 MİLYARDIN HESABI SORULACAQMI? - İLGİNC GƏLİŞMƏ
Dün, 15:22
Ermənistan bizi hərbi gücdən istifadəyə məcbur edir - FAKT BUDUR!
Dün, 15:18
İrəvan danışıqlardan niyə imtina etdi? - Paşinyanın parlamentdə gərgin müzakirələri
Dün, 15:10
İcra hakimiyyətlərinin səlahiyyəti bələdiyyələrə verilsə, xalq “ağ gün“ə çıxacaq? - Partiya sədri
Dün, 15:06
Arabir güclənən cənub-qərb küləyi əsəcək - Belə deyirlər...
Dün, 15:04
Qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dün, 06:36
Satan da narazı, alan da: Ortada qazanan alverçilərdir - Deputat danışır...
Dün, 06:33
30 qəpiklik alışqana görə arvadına 15 bıçaq vurdu - Azərbaycanda dəhşətli QƏTL
Dün, 06:19
TV-də verilişə çıxmağa hazırlaşan xanəndənin halı pisləşdi - AÇIQLAMA
Dün, 06:17
Sülhməramlılar buna niyə göz yumur? - ETİRAZ
Dün, 06:15
Blinkenlə görüş öncəsi atəş: İrəvanın hədəfi nədir? - İNCƏLƏMƏ...
Dün, 06:13
“10 noyabr üçtərəfli bəyanatında kommunikasiyaların deyil, məhz dəhlizin açılmasından söhbət gedir”
3-12-2021, 12:25
Natiq Cəfərli ilə Tofiq Yaqublu arasında yenidən gərginlik - QALMAQAL
3-12-2021, 12:04
Kəmaləddin Heydərovun şirkəti müqavilə öhdəliyini POZUB
3-12-2021, 12:01
Zaur Əliyev özünə 200 min manatlıq xidməti avtomobil aldı (FO
3-12-2021, 11:55
"Bank Respublika"nın SİRLİ YÜKSƏLİŞİ... - İLGİNC İDDİALAR...
3-12-2021, 11:53
Baş bankir Avni Dəmirçini SEZƏ BİLMƏYİB? - İcazə verin, şübhələnək...
3-12-2021, 11:48
"Millət ac qalsa da olar, təki məmur tox olsun"... - VİDEO
3-12-2021, 11:39
ETSN-nin ƏRKÖYÜN İŞÇİSİ... - İşdən çıxarılsa da, yenə də İŞ BAŞINDADIR...
3-12-2021, 11:26
“Xəstəxanada elektroşok olsaydı, 16 yaşlı qız sağ qalardı” - GİLEY
3-12-2021, 11:23
Qırmızı Bazardakı atışmanın səbəbi BƏLLİ OLDU - Əsgərlərimiz ermənilərə hansı dərsi verib?
3-12-2021, 11:18
Seysmoloji Xidmət Mərkəzində ŞÜBHƏLİ MƏNZƏRƏ - Bunu bir araşdıran olsa...
3-12-2021, 11:12
Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
3-12-2021, 11:07
“Əcəb eləyir rəqs edir, normal insandır...” - Şeyx Əbdül yeni nazir müavinini müdafiə etdi...
3-12-2021, 11:04
“Təkbətək görüşdə Əliyev Paşinyanı başa salacaq” – Rəsul Quliyev
3-12-2021, 11:01
İcra hakimiyyətləri LƏĞV OLUNURMU? - Reaksiyalar...
3-12-2021, 10:53
Vaksin olmayanların uşaqları dərsə buraxılmır, indi də arayış tələbi… - Nazir milləti zülmə salıb...
3-12-2021, 10:46
SOCAR-ın əməkdaşı Xəzərdə İTKİN DÜŞÜB
3-12-2021, 10:41
Azərbaycan Rusiya texnikasından imtina etməlidir? - AKTUAL
3-12-2021, 10:39
"İron İnşaat" MMC dövlətə olan yarım milyon borcunu niyə ödəmir? - MÜƏMMA
3-12-2021, 10:36
Paşinyan tərfdarları ilə gecə yarıyadək iclas keçirdi... - Nələr müzakirə olundu?..