Daha bir azyaşlı əməliyyatdan sonra öldü: - Babanın ürəyi partladı
Gündəm / Siyasət / Hadisə
Oxunub: 318
11 Ekm 2021 | 16:34
Daha bir azyaşlı əməliyyatdan sonra öldü: - Babanın ürəyi partladı

capar.info : - Oktyabrın 8-də ''Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq Ürək Cərrahiyyəsi Mərkəzi''nin rəhbəri Elnur Həsənovun əməliyyat etdiyi 1 yaş 9 aylıq körpənin ölümü barədə məlumat vermişdik.

Sözügedən yazıdan sonra daha bir valideyn Lent.az-a həmin həkimlə bağlı müraciət edib.

Minar Bayramov Lent.az-a bildirib ki, övladı, 1 yaşlı Səyyad Bayramlı da E.Həsənovun əməliyyatdan sonra ölüb:

“Övladımı sentyabrın 17-də cari həkim yoxlanışına aparmışdıq və məlum oldu ki, ürəyinin klapanında ciddi qüsur var. Buna qədər uşaqda heç bir problem olmadığı üçün xəstəlikdən xəbərsiz idik. Bunu biləndən sonra səhəri gün ayrı-ayrı iki xəstəxanada uşağı yoxlatdırdıq. Hər iki müayinə nəticəsində bəlli oldu ki, əməliyyatı olunmalıdır.

Bundan sonra bir neçə özəl xəstəxanada çalışan həkimlərə üz tutduq. Əməliyyat xərcinə imkanımız çatmadığı üçün bizə dövlət sığortası ilə əməliyyat etməyimizi tövsiyə etdilər. Ağstafa rayonunun səhiyyə qurumuna müraciət etdik və onlar sığorta ilə əməliyyatı ancaq sözügedən klinikaya və şəxsən Elnur həkimə göndərə biləcəklərini dedilər.

Sözün düzü, həkimin yanına gedəndə əməliyyatdan imtina etməsini və özəl xəstəxanaya yönəltməkdə yardımçı olması üçün getmişdik. E.Həsənov bizi əməliyyatın uğurlu keçəcəyinə inandırdı və dedi ki, özəl klinikalarda həkimlər ancaq pul düşünürlər. Sonra əlavə etdi ki, uşağınız 100 % sağ-salamat əməliyyatdan çıxacaq. Bizi inandırdı və yoxlanış etdiyi günün səhəri əməliyyat olunmasını istədi. Halbuki digər klinikalarda ən azı bir həftə müalicə olduqdan sonra əməliyyata ala bilərik demişdilər.

Əməliyyatdan qabaq sığorta bunu qarşılamır və 5 300 manat verməlisiniz dedi. Oğlumun əməliyyatı oldu və həkim dedi ki, uğurlu alınıb. Əməliyyatdan bir gün yarım keçməmişdi ki, uşağı oksigendən ayırıb palataya göndərdi. Uşaq palataya gələndə isə həddindən artıq qızdırma içində olub və nəfəs almaqda çətinlik çəkib. Bunu görən anam təcili uşağın reanimasiyaya qaytarılmasını istəyib. Həkimlə mübahisələrdən sonra uşaq reanimasiyaya yerləşdirilib. Uşağı aparanda yoldaşım oğlumun gözlərini yumduğunu, gec-gec nəfəs aldığını görüb qışqırmağa başlayıb. Ona isə hər şey qaydasındadır deyilib. Biz düşünürük ki, oğlumuz elə onda ölüb. Amma hadisədən 12 saat sonra – gecə saat 23:20 radələrində bizə deyildi ki, uşaq ölüb. Təcili xəstəxanaya getsək də, həkimi tapa bilmədik. Nə qədər zəng etdik, amma bizə cavab verilmədi. Sonra hamımızın nömrəsini blok etdi. Polis çağırdıq və polis də zəng etdi, amma yenə cavab vermədi. Bir xəstədən məsul olan şəxs niyə belə bir şey etsin?.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermişdim və hazırda prokurorluq bununla bağlı araşdırma aparır. İndi ekspertiza nəticələrini gözləməkdəyik. Ümid edirəm ki, ekspertizanın nəticələrinə görə, həkimin məsuliyyətsizliyi səbəbindən ölümün baş verdiyi aşkara çıxacaq.

Mən bir ata olaraq bu məsələnin sonuna qədər gedəcəm və növbəti balaları bunlar kimi cəlladlardan qorumaq üçün əlimdən gələni edəcəm”.

Oğlu ilə bərabər eyni gündə atasını da itirən valideyn bildirir ki, sözügedən xəstəxanada həkim məsuliyyətsizliyi səbəbindən atasını da itirib:

“Xəstəxanada oğlumun ölüm xəbərindən sarsılan atam İbadət Bayramov bütün bu məsələlərin gərginliyi arasında ağır infarkt keçirdi. Xəstəxanadan ürək tutmasına görə, nə qədər kömək istəsək belə səsimizə səs verən yarım saat sonra tapıldı. Biabırçılıq orasındadır ki, həmin xəstəxanaya təcili yardım çağırmalı olduq. Daha sonra yuxudan ayılan xəstəxananın həkim kardioloqu gəldi və dedi ki, xəstədə heç nə yoxdur, ona hava lazımdır.

İnfarkt keçirtdiyini bilmədik, ancaq hər ehtimal Respublika Klinik Xəstəxanasına maşın ilə getdik. Yoxlanış nəticəsində həkim bildirdi ki, atam ağır infarkt keçirib və bu xəbərdən 10 dəqiqə sonra onu da itirdik. Bir gündə etinasızlıq, vəzifələrini doğru yerinə yetirməyən həkimlər ucbatından ailəmin 2 üzvünü itirdim.

Elnur Həsənovla bağlı Səhiyyə Nazirliyinə, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanıma bu günlərdə müraciətimizi ünvanlayacağıq. Günahkarın yaxın zamanda cəzalanacağına ümid edirik”.

''Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq Ürək Cərrahiyyəsi Mərkəzi''nin rəhbəri Elnur Həsənov Lent.az-a açıqlamasında ittihamları qəbul etməyib.

O bildirib ki, 1 yaşlı Səyyad Bayramlının xəstəliyi Volf-Parkinson-Uayt (WPW) sindromu idi və onun əsas kriteriyası bundan ibarətdir ki, istənilən an tam rahat ölüm baş verə bilər:

“Əməliyyatdan bir gün sonra, 5 gün sonra, bir il sonra - hər an uşaq ölə bilər. Bu həkimdən asılı olan məsələ deyil.

Valideynlər bunu əməliyyatdan əvvəl bilir və imza atır. Heç bir həkim bunu izah etmədən, əməliyyat edə bilməz. Mən 100 % sağaldacam deməmişəm. Əməliyyat uğurlu oldu, amma VFV sindromu rahat olsaydı, bu qədər ölümlər olmazdı”.

E.Həsənov valideynin hüquq-mühafizə orqanlarına şikayətinə də münasibət bildirib:

“Şikayət edirlər, qoy etsinlər. Lap əla. Ən azı onların iftiraları ortaya çıxacaq. Həmçinin sığorta məsələsi də araşdırılacaq”.

Daha bir azyaşlı əməliyyatdan sonra öldü: - Babanın ürəyi partladı
8-10-2021, 11:09
Körpəsini qonşuya atıb gedən ana da tapıldı
19-08-2020, 13:55
Azərbaycanda uşaq nəhəng şişlə doğuldu
4-02-2020, 10:24
Günay İbrahimli: “Oğlanlar qızlardan daha çox plastik əməliyyat etdirirlər” - ÖZƏL
1-02-2020, 22:15
Qız uşaqlarını 18+ filmə çəkənlər həbs edildi - Əməliyyatdan ŞOK VİDEO
14-01-2019, 14:18
ATV-nin aparıcısı İlqar Mikayıloğlu əməliyyat olunub.
26-11-2018, 12:49
"MedEra Hospital"dan növbəti şikayət: "Dodaqlarım əyridir, burnumdan qan gəlir" (VİDEO)
Dün, 19:05
Rusiya Ukraynanın PUA mərkəzini vurdu
Dün, 19:03
Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
Dün, 18:59
İran uranı zənginləşdirməkdən çəkilir
Dün, 18:57
Keçmiş vəkil hakim qarşısında
Dün, 18:54
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
Dün, 18:45
Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq