“Qənimətlər Parkını bağlatdırmaq onlara qismət olmayacaq” - Fazil Mustafa
Gündəm / Siyasət / Hadisə
Oxunub: 293
9 Ekm 2021 | 11:38
“Qənimətlər Parkını bağlatdırmaq onlara qismət olmayacaq” - Fazil Mustafa

capar.info : - Ermənistan BMT-nin Beynəlxalq Məhkəməsinə ilk dəfə iddia edir. Bu işlə bağlı BMT məhkəməsində Ermənistanın maraqlarını təmsil edəcək Ermənistanın AİHM-dəki nümayəndəsi Yeqişe Kirakosyan Ermənistan mətbuatına verdiyi müsahibədə belə deyib.
14-15 oktyabr tarixlərində Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı təcili tədbirlər görməsi tələbi ilə bağlı dinləmələr keçiriləcək. Ermənistan məhkəmədən Azərbaycana qarşı bir sıra təcili tədbirlər görməsini, o cümlədən hərbi əsirlərin və saxlanılan mülki şəxslərin geri qaytarılmasını, "Qənimətlər parkının" bağlanmasını tələb edir. Onun sözlərinə görə, bu iddia bəyanatı Ermənistanın görünməmiş bir addımıdır.

Məsələ ilə bağlı Bizimyol.info saytına danışan Milli Məclisin deputatı, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa bildirib ki, bu günə kimi Azərbaycan xalqına qarşı göstərilmiş erməni vəhşiliyi, vandalizmlə bağlı heç bir tədbir göstərməyən beynəlxalq təşkilatlar Azərbaycana təzyiq edə bilməyəcək.

“Əslində, Ermənistanın özünə qarşı yetərincə faktlar var. Azərbaycan şəhərlərinə, silahsız insanlara qarşı törədilmiş hərbi cinayətləri sübut eləmək elə də çətin deyil. Azərbaycan hökuməti bütün faktları toplayaraq, beynəlxalq instansiyaların diqqətinə çatdırmalıdır. Ən əsası, Azərbaycan öz torpaqlarında, işğalçılara qarşı döyüşüb”, - deyə deputat bildirib.

O qeyd edib ki, dünyanın bir çox yerində müharibə muzeyləri, qənimət sərgiləri var və Bakıdakı “Qənimətlər Parkı”nda da insanlığa qarşı, beynəlxalq hüquqlara qarşı hər hansı bir əlamət yoxdur.

“Onlar törətdikləri vəhşiliklər haqqında kitablar yazanda, sənədli filmlər çəkəndə, faşist və terrorçuları milli qəhrəman elandə onlara heç nə deyən olmadı. İndi bizə nə deyəcəklər? Müharibədə biabırçı şəkildə məğlub olan Ermənistan indi həm dünyada, həm də xalqı qarşısında nəyəsə çalışırmış kimi görünməyə çalışır. Bu, sadəcə bir təzyiq vasitəsidir. Qənimətlər Parkını bağlatdırmaq onlara qismət olmayacaq”, - deyə F.Mustafa vurğulayıb.
14-04-2021, 10:30
Hərbi Qənimətlər Parkı: Ermənistanın rəzalət simvolu
2-11-2020, 14:38
Milli Məclisə xarici ölkələrin parlamentlərindən Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir
27-10-2020, 10:15
Milli Məclisə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən təcavüzü pisləyən məktublar gəlməkdə davam edir
30-09-2020, 10:02
Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb
9-09-2020, 10:43
Avropa Məhkəməsi Ermənistanın Ramil Səfərovla bağlı iddiasını rədd etdi
27-05-2020, 12:08
Adil Əliyev: Ermənistanın heç bir mənəvi haqqı yoxdur
Bugün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Bugün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Bugün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Bugün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Bugün, 18:05
Putinə görüş təklif edib
Bugün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Bugün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Bugün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Bugün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Bugün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir