İlham Əliyevin SON İSMARICLARI MİLLƏTİMİZİN İRADƏSİDİR... - Başqa yolu YOXDUR!
Gündəm / Siyasət / Hadisə
Oxunub: 270
6 Ekm 2021 | 09:44
İlham Əliyevin SON İSMARICLARI MİLLƏTİMİZİN İRADƏSİDİR... - Başqa yolu YOXDUR!

capar.info : - “Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada - Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”. İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə belə deyib.

Dövlətimizin başçısı deyib ki, biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik: “Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

Prezident daha sonra deyib ki, hansı ölkə ilə hansı səviyyədə münasibətlər qurmaq dövlətimizin öz işidir: “Biz axı Ermənistanla sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq. Görün, Ermənistanın nə qədər havadarı var. İkinci Qarabağ müharibəsi bunu göstərdi və bu gün, görün, Ermənistanı dəstəkləyən nə qədər ölkə var. Yəni biz bu ölkələrlə düşmən olaq? Yox. Bu, ölkələrin suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir. Bəli, haradasa daxili aləmimizdə bundan narahat ola bilərik, bizi incidə bilər, xüsusilə yaxın olan ölkələr Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq edəndə. Amma biz bunu heç vaxt dilə gətirmirik”.

Prezident deyib ki, biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq. Tələb edirik ki, bizim suveren hüquqlarımıza da hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin: “Belə cəhdlər əvvəllər də olub, onların hamısı uğursuz olub. Bir daha demək istəyirəm, rəsmi qaydada bizə qarşı səsləndirilən ittihamlar sübuta yetirilməlidir. Gəlsinlər tapsınlar, bir xarici vətəndaş var bu bölgədə?”

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Prezident Cəbrayıl rayonunda yerli sakinlərlə görüşən zaman bir sıra aktual məsələlərə toxunaraq bununla bağlı Azərbaycanın rəsmi mövqeyini bir daha bəyan etmiş oldu: “Hər şeydən öncə Prezident Azərbaycanın yaratdığı yeni reallığa diqqət çəkərək qeyd etdi ki, bu reallıq hər kəs tərəfindən qəbul edilməlidir və hazırkı mərhələdə regionumuzun cazibə mərkəzinə çevrilməsi bəzi ölkələri narahat edir. Bu narahatlıqlarını müxtəlif formada büruzə verirlər. Son günlər İran rəsmilərinin Azərbaycana qarşı səsləndirdikləri əsassız ittihamlar da bununla bağlıdır. Yeni reallıq isə ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və regionda əməkdaşlığın, sülhün davamlı olması üçün yeni perspektivlər yaradıb. Bu isə Azərbaycanın güclənməsi və regionun gələcək geostrateji mənzərəsini təyin etməsi deməkdir. Qonşu İran rəsmilərinin səsləndirdiyi fikirlər isə həm də bu reallığın təhrif olunmasıdır. Eyni zamanda İsrail-Azərbaycan münasibətlərini önə çəkərək məhz bu münasibətlər üzərindən Azərbaycanı ittiham etməsi həm də siyasi manipulyasiyadır. Çünki İranla Azərbaycanın tarixən dostluq münasibətləri olub. Hazırda İranın demoqrafik strukturu və sosioloji göstəriciləri imkan vermir ki, bəzi İran rəsmiləri öz ambisiyalarını Azərbaycana qarşı birbaşa səsləndirsinlər. Çünki bu, İran xalqı tərəfindən də qəbul edilməz. Ona görə də İsraili, ”sionizmi" bəhanə edərək bunun üzərindən Azərbaycana ittihamlar irəli sürürlər. Bu, tamamilə əsassızdır. Azərbaycan Prezidenti qətiyyətlə bunu rədd etdi və dedi ki, biz sübutlar tələb edirik. Hər kəsə aydındır ki, belə sübutlar yoxdur".

Deputat vurğuladı ki, Prezident regionun gələcəyi ilə bağlı çox mühüm bir məsələyə toxunub: “Prezident qeyd etdi ki, biz ilkin mərhələdə qardaş Türkiyənin 3+3 formatında əməkdaşlıq platforması təklifinə dərhal dəstək verdik və region dövlətlərini bu əməkdaşlıq platformasına qoşulmağa çağırdıq, ancaq hazırda vəziyyət elədir ki, kim buraya qoşulacaqsa qoşulsun, qoşulmayacaqsa, özü bilər, əsas məsələ ondan ibarətdir ki, regionumuzda sülhün təminatçısı qismində Rusiya-Türkiyə münasibətləri dayanır, Azərbaycan-Ermənistan-Rusiya-Türkiyə dördətərfli əməkdaşlıq platforması regionun əslində gələcəyini təyin edəcək. Ermənistan bu platformaya qoşulmalıdır. Çünki onun başqa çarəsi yoxdur. Regional reallıq bundan ibarətdir və yaxşı olar ki, regionun digər aktyorları bu gerçəkliyi qəbul etsinlər”.

Politoloq Qabil Hüseynli isə bildirdi ki, Prezident Cəbrayılda olarkən İranın hay-küyünə, Azərbaycana qarşı yönələn ittihamlara çox diplomatik və siyasi etika çərçivəsində tutarlı cavab verib. Prezident İlham Əliyev İranın ali lideri Əli Xamneyinin, eləcə də yeni xarici işlər nazirinin “sionist rejimi” iddialarının əsassız olduğunu məhz İranla sərhəd bölgəmizdə diplomatik formada ortaya qoymuş oldu: “Prezident eyni zamanda haqlı olaraq tələb elədi ki, əllərində sübut varsa təqdim etsinlər. Ona görə belə arxayın tələb edir ki, İranın ortaya qoyacağı sübut yoxdur. Prezident çox yaxşı qeyd etdi ki, İranla sərhəddə yerləşən işğaldan azad edilən bu ərazilər Ermənistan tərəfindən tamamilə dağıdılıb, bir dənə də olsun tikili qalmayıb, boz səhradır, burada ”sionist rejimi"nin hər hansı əlamətini görən varsa, gəlsin sübut eləsin. Gün kimi aydındır ki, İran tərəfi irəli sürdüyü iddiaları sübut edə bilməzlər. Onların sübutsuz iddiaları, sadəcə olaraq, İran siyasətinin “palçıq at, izi qalsın” taktikasıdır. İran Azərbaycanın qazandığı qələbədən, ərazi bütövlüyünü təmin etməsindən çox narahatdır. İran Azərbaycanın güclənib bölgənin gücünə çevrilməsindən narahatdır. Sionist rejimi söhbəti, sadəcə, əsası olmayan bəhanədir. Bütün dünya görəcək ki, İranın rəhbərliyi yalan, uydurma ittihamlar irəli sürməklə məşğuldur. Bu isə İranın dünyada olan-qalan nüfuzuna zərbə olacaq, onların qeyri-ciddi imicini formalaşdıracaq. İran 44 günlük müharibədə Azərbaycanın Suriyadan 2 min terrorçu gətirdiyini iddia edir. Bu da tamamilə böhtandır, heç bir dəlilə əsaslanmayan uydurmadan başqa bir şey deyil. Bu iddialarını da isbat edə bilməzlər. Çünki sübutları yoxdur".

Politoloq qeyd etdi ki, Azərbaycan Prezidentinin “Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Biz axı Ermənistanla sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq” bəyanatı İrana verilən daha bir qətiyyətli cavab sayıla bilər: “İran məscidləri dağıdan, məsciddə donuz saxlayan Ermənistanla sıx əlaqələr qurur. Eləcə də digər çoxsaylı ölkələr müharibə dövründə və sonra Ermənistanı müdafiə edirdilər. Azərbaycan rəsmi səviyyədə heç zaman həmin ölkələrə qarşı üsyan bayrağını qaldırmayıb. Çünki diplomatik qaydalara riayət edir. İran isə Azərbaycanın hansısa ölkələrlə əlaqələr qurmasına faktiki olaraq qarışır, üsyan edir. Bununla da diplomatik normaları pozur. Azərbaycan Prezidenti bunu diplomatik dildə İrana sübut etdi. Eyni zamanda faktiki olaraq Tehrana daxili işlərimizə qarışmamaq çağırışını etdi. İran hakimiyyəti Azərbaycanla bağlı davranışlarında bütün bunları nəzərə almalıdır, reallığı qəbul etməlidir”.
“Yeni Müsavat”
6-10-2021, 10:04
İran-Azərbaycan gərginliyi: hərbi qarşıdurma olacaqmı? - TƏHLİL
6-10-2021, 10:01
Qərbin Azərbaycana qərəzli münasibəti niyə dəyişmir - HƏQİQƏTƏN DƏ...
24-11-2020, 11:43
Prezident İlham Əliyev: Müharibənin bütün sirlərini açmaq hələ tezdir
20-08-2020, 12:59
Kürdəmirin icra başçısına qarşı irəli sürülən ittihamlar məlum olub
29-01-2020, 13:09
Tağıyev qəsəbəsinin sakinləri: “Biz harada yaşayaq?” - VİDEO
27-12-2018, 13:42
“Lotu Quli” ilə bağlı Ədliyyə Nazirliyindən AÇIQLAMA
Bugün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Bugün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Bugün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Bugün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Bugün, 18:05
Putinə görüş təklif edib
Bugün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Bugün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Bugün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Bugün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Bugün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir