"Xocavənd, Xocalı, Şuşanın kəndləri də separatçılardan təmizlənəcək" - Başqa yolu YOXDUR!
Gündəm / Siyasət / Hadisə
Oxunub: 190
27 Eyl 2021 | 11:07
"Xocavənd, Xocalı, Şuşanın kəndləri də separatçılardan təmizlənəcək" - Başqa yolu YOXDUR!

capar.info : - “Azərbaycan və müttəfiqlərinin təzyiqi artıq nəticə verməyə başlayıb. Bəyənatın şərtlərinə əməl edilir. Ağdərə istiqamətində erməni mövqelərinin boşaldılması prosesi digər ərazilərdə də davam edəcək”.

Bunu Ağdərə istiqamətində ermənilərin mövqelərindən çıxarılması, həmin yerlərə Rusiya sülhməramlılarının yerləşdirilməsi və bu prosesin digər istiqamətlərdə də aparılmasını şərh edən hərbi ekspret Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov öncə İranın davranışı və ona Azərbaycanın cavabına münasibət bildirərək, bunları deyib:

“Azərbaycan İran tərəfinə yük maşınlarının Qarabağa qeyri-qanuni keçməsi ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq, İran öz ampulasında qalırdı. Bundan sonra Azərbaycan tərəfi Qubadlıda, Eyvazlı kəndində post qurdu və yoxlamalara başladı. Maraqlıdır ki, buna nə Rusiya, nə də Ermənistan ciddi müqavimət göstərmədi. İran tərəfi buna çox ciddi müqavimət göstərdi və Azərbaycanın üzərinə gəldi, məcbur etməyə çalışdı ki, Azərbaycan öz mövqeyindən geri çəkilsin, əvvəl olduğu kimi maşınları buraxsın. Azərbaycan geri addım atmadı. Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələri “Üç Qardaş” adı altında planlaşdırılmış təlimlərə başladı. Buna cavab olaraq, İran da Azərbaycan sərhəddinə yaxın hərbi təlimlərə keçirdi. Budan dərhal sonra artıq planlaşdırılmamış Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycanın Naxçıvanda birgə təlimləri başladı. İranın ötən əsrin 70-ci illərindən qalmış texnikasına qarşı Naxçıvanda Azərbaycan və Türkiyənin müasir hərbi texnikası nümayiş etdirildi. Hazırkı müharibələr müasir texnologiyalarla aparılır. Azərbaycan və Türkiyənin birgə təlimləri İrana göstərdi ki, bu onun baş açacağı iş deyil. Bundan sonra dərhal İranın yumuşaldığını və geriyə çəkildiyinin şahidi olduq. Bəzi müşahidəçilərin fikrincə, Rusiyanın dəstəyi ilə İran Azərbaycanın üzərinə gəlirdi. Bu fikirdə deyiləm. İranın cığallığı ondan ibarət idi ki, məlum Zəngəzur dəhlizi açılmasın, əvvəl olduğu kimi yenə İran ərazisindən nəqliyyat dəhlizi keçsin. Məlum olduğu kimi Çin, İngiltərə, Rusiya və Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır”.

Rusiya sülhməramlılarının uzun zaman sonra erməni tərəfini tutduğu mövqelərdən çıxarmasını isə hərbi ekspret belə şərh edib:

“Hazırda baş verən proses ötən ilin məlum üçtərəfli bəyanatdan bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, yerinə yetirilmirdi. İstər müxalifət, istər hakimiyyəti tənqid edənlər tərəfindən daim gündəmdə saxlanılırdı ki, bu bəyanatın şərtləri niyə yerinə yetirilmir? Görünən odur ki, Azərbaycan tərəfi dayanmayıb, diplomatik, siyasi təzyiqlər edib və indi nəticəsini görürük. İranla olan məsələdə Pakistan da mövqeyini ortaya qoydu. Rüstəm Muradovun yerinə gələn general 10 gün sonra dəyişdirildi. Kosobokov Sülhməramlılara komandan təyin ediləndən dərhal sonra Ermənistana gedib, erməni siyasi və hərbi rəhbərliyi ilə görüş keçirmişdi. Təbii ki, Azərbaycan buna səssiz qala bilməzdi. Onun vəzifədən getməsinin səbəbi Azərbaycanın təzyiqinin nəticəsi idi. Bu Azərbaycan tərəfinin böyük uğurudur. Ötən ilki savaşdan sonra nəinki məğlub tərəf, qalib gələn tərəfin də arsenalında boşalmalar olub, müəyyən texinakalar sıradan çıxıb. Azərbaycan öz arsenalını yeniləmək üçün Türkiyədən və İsraildən silahlar almağa başladı. Bir il müddətində silahlanmamızda məxsusi yeri olan Rusiyadan bir mərmi belə almadıq. Bu özü də, Rusiya tərəfinə Azərbaycanın bir etiraz mesajı idi. Bildiyimiz kimi, Rusiya dövlətinin ayaqda qalması üçün silah sənayesi çox önəmlidir. Azərbaycan uzun illərdir ki, Rusiyadan silah alır və çox yaxşı bir alıcıdır. Bir neçə gün öncə prezident İlham Əliyev İqor Korotçenkoya müsahibəsində Rusiyadan silah almaq üçün danışıqlar aparıldığını açıqladı. Bu da onun nəticəsində baş verir ki, Azərbaycan tərəfi Rusiyadan silah almadı, müttəfiqləri ilə birgə təzyiqlər etdi. Çox güman ki, Ağdərə və digər yerlərdə erməni silahlıları çıxarıldıqdan sonra qaçqınların geri qaytarılması şansı yaranır və tezliklə biz bunun şahidi olacağıq. O ərazilərdə də minalardan təmizləmə və yolların çəkilməsi baş verəcək. Təkcə Ağdərə yox, Xocavənd, Xocalı, Şuşa ətrafında da ermənilərin postları ləğv ediləcək.

Azərbaycan Rusiya ilə nə müttəfiq, nə də düşmən deyil. Rusiyanın adalandırdığı kimi strateji müttəfiqik. Rusiyaya kəskin etiraz edib, müharibə şəraiti yaratmaq Azərbaycanın xeyrinə olmaz. Müharibədən təzə çıxmışıq. O məsələləri ki, diplomatik, ticarət və pulla həll etmək olar, Azərbaycan bunu etməlidir. Nə qədər təzyiq mümkündürsə, o qədər etmək lazımdır. Təzyiqi həddən artıq edərsənsə, nəticəsi ağır olar.

Bəli Azərbaycanın çox güclü müttəfiqləri var. Ancaq müttəfiqlərə güvənib, ərazisini müharibə meydanına, poliqona çevirməli deyil. Azərbaycana inkişaf, qaçqınları öz torpaqlarına qaytarmaq lazımdır. Müharibə yolu ilə nə lazımdırsa edildi, indi yol diplomatlarındır”.

Bütün bu uğurlu nəticələrlə yanaşı neqativ halların da mövcud olduğunu deyən Tərlan Eyvazov qeyd edib ki, bəzi məmurları ölkədə qarışıqlıq yaratmaq niyyətindədir:

“Əlillərin çox ciddi problemi yaranıb. Hazırda elə vəziyyət mövcutdur ki, şikayət ediləcək qurum belə yoxdur. Qurumlar problemi öz üstündən atmaqla məşğuldur. Zabitə əlil olması ilə bağlı sənəd verilib, ƏƏSMN bunu qəbul etmir, zabit o zaman sağlamlıq haqqında kağız istəyir ki, gedib xidmət etsin, onu belə vermirlər. Çox absurd durumla qarşı-qarşıyayıq. Ölkədə çox ciddi bahalaşma dalğası var. Ancaq bunun qarşısının alınması üçün heç bir addım atılmır. Düşünürəm ki, bu digər uğurlara kölgə salır. İnsanlar qələbəyə ürəkdən sevinə bilmir”.
22-09-2021, 09:46
“Azərbaycanın səbr kasasını daşırmaq lazım deyil” - Partiya sədri
21-09-2021, 10:10
İran dayanmır: indi də bu yolla Ermənistana yük daşınır - VİDEO
14-09-2021, 20:52
“Tehran ondan narahat olsun ki...”
13-09-2021, 15:32
İran TIR-ları YENƏ DƏ Qarabağda... - "Azərbaycanın İrana nota verməsinə baxmayaraq..."
15-04-2020, 23:23
Azərbaycan hökuməti İran tərəfinə narahatlığını çatdırdı
5-11-2018, 18:28
İran prezidenti: “Sanksiyalara baxmayaraq neft satacağıq”
Dün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Dün, 14:20
Meksikada güclü zəlzələ
Dün, 14:13
Mbappe yekun qərarını verdi
Dün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Dün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Dün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Dün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Dün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Dün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
18-04-2024, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
18-04-2024, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
18-04-2024, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
18-04-2024, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
18-04-2024, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18-04-2024, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
18-04-2024, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
18-04-2024, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
18-04-2024, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
18-04-2024, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır