"Sosial şəbəkələrin statusunu dəqiq müəyyən etməliyik" - deputat
Gündəm / Siyasət / Hadisə
Oxunub: 143
22 Eyl 2021 | 09:08
"Sosial şəbəkələrin statusunu dəqiq müəyyən etməliyik" - deputat

capar.info : - Milli Məclisdə medianın və sosial şəbəkələrin mövcud durumu müzakirə olunacaq. Bu məsələ parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib. Qeyd edilib ki, sessiya müddətində Ombudsman və Medianın İnkişafı Agentliyinin iştirakı ilə ölkədə medianın, o cümlədən sosial şəbəkələrin mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələrin təşkili, diffamasiya ilə bağlı məsələlərin müzakirəsi həyata keçiriləcək. Eyni zamanda komitədə sessiya müddətində diffamasiya haqda qanunvericilik sahəsində dinləmələrin keçirilməsi də nəzərdə tutulub. Məlumat üçün bildirək ki, sosial şəbəkələrin tənzimlənməsi üçün dünyanın əksər ölkələrində çoxsaylı təkliflər irəli sürülüb, modellər təqdim edilib. Lakin modern dünya üçün uyğun olacaq vahid model formalaşmayıb.

Ayrı-ayrı ölkələrdə, xüsusilə Çin, İran və digərlərində tətbiq edilən modellər sosial şəbəkələrin tənzimlənməsindən daha çox, onların fəaliyyətlərinin məhdudlaşdırılmasına yönəlib. Bu da mütərəqqi dünya tərəfindən məqbul sayılmayıb. Tənzimləməni demokratik prinsiplər çərçivəsində ehtiva edən təşəbbüslər isə Almaniyadan gəlib. Amma “alman modelinin” özü də yarımçıq qalıb və sosial şəbəkələr üçün xarakterik olan problemləri tam əhatə etməyib. Struktur, yayım çevrəsi, məsuliyyət standartları barədə tam təsəvvür formalaşdırmayıb. Türkiyədə 2020-ci ildə qəbul edilən qanun daha əhatəli və mütərəqqi sayılır. Türk modeli sosial şəbəkələrin məhdudlaşdırılmasına deyil, standartların müəyyənləşdirilməsinə yönəlib. Lakin bu model də ideal hesab olunmur. Güman edilir ki, Azərbaycanda da yaxın dönəmdə dünya təcrübəsindən yararlanaraq, sosial şəbəkələrlə bağlı bütün məqamları əhatə edən yeni qanunvericilik təşəbbüsü ortaya çıxacaq.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Şərq”ə vurğulayıb ki, sosial şəbəkələr müasir informasiya kommunikasiyası dünyasında öncül yerdədir. Deputatın sözlərinə görə, feysbuk, tvitter və s. tipli platformalar yutubla müqayisədə bir qədər geri qalsa da, istər idarəetmə, istər siyasi və sosial həyatda gündəlik ünsiyyət platforması kimi alternativsizdir:

“Dünya miqyasında bu fenomenlə rəqabət aparmaq faktiki olaraq qeyri-mümkündür. Sosial şəbəkələrin bəşəriyyətin həyatına daxil olması yalnız əlaqələri asanlaşdırmayıb, imkanları genişləndirməyib. Eyni zamanda idarəetmələr üzərində çox böyük təzyiqlər, ictimai təsirlər də yaradıb. Müxtəlif xarici dairələr çox asanlıqla istənilən ölkənin informasiya mühitinə düşür, orada hökmranlıq edə bilirlər. Bu vasitə ilə dövlətlərin içərisində arzuladıqları şəraiti formalaşdırırlar. Vətəndaş cəmiyyətlərini ayağa qaldırırlar, etnik-milli separatizmə səbəb olurlar və s. Bunlar reallıqdır, hansısa sovet yanaşması deyil. Digər məqam isə etik dəyərlərin kütləvi olaraq pozulmasına cəhd edilməsidir. Şəbəkə içərisində elə mühit formalaşıb ki, orada milli ənənələr, cəmiyyətləri ayaqda saxlayan mənəvi prinsiplər qoruna bilmir. Əksinə, bu dəyərləri devolvasiyaya uğradacaq siyasət yürüdülür. Ona görə də Avropa ölkələrində bir sıra tənzimləyici addımlar atıblar”. Z.Oruc qeyd edib ki, Qərb ölkələrində cəmiyyətlərin keçdiyi yol, inkişaf səviyyəsi elə bir durum formalaşdırıb ki, orada siyasiləşmiş sosial şəbəkə mühiti bizdən çox fərqlidir: “Bu, əsla hamının üzərinə total nəzarət qoymaq, buxovlama tədbirləri həyata keçirmək anlamına gəlmir. Sosial şəbəkələrin statusunu dəqiq müəyyən etməliyik. KİV, media quruluşu olub-olmamasını aydınlaşdırmalıyıq. Media qurumlarının fəaliyyətləri hüquqi platformaya dayanır. Sosial şəbəkə isə hələ də tənzimlənməmiş qalmaqdadır. Bizə Komitə üzvlərindən, kənar ictimai-siyasi fəallardan, şəbəkə istifadəçilərindən müraciətlər edilir. Hesab edilir ki, baxışları vahidləşdirməyə, bir-biri ilə uzlaşdırmağa, daha düzgün, obyektiv yekuna gəlməyə ehtiyac var. Bu yöndə səriştəli müzakirələr reallığı dəqiq görməyə imkan verəcək. Həm də müvafiq addımların atılmasını əsaslandıracaq”.

Milli Məclis üzvü bildirib ki, media sahəsində bütün strukturların sosial şəbəkə hesabları var və onlar fikir, söz azadlığının ayrılmaz tərkib hissəsinə çevrilib:

“Normal, hüquqi cəmiyyət qurmaq üçün bütün qüvvələrin üzərinə öhdəliklər düşür. Kimsə özünü kənarda qoymamalıdır. Həmin fəaliyyət sahəsi müxalifətin, mərkəzçi qüvvələrin, dindar kəsimin, o cümlədən ateistlərin də maraqlarını bu və ya digər formada əhatə edir. O baxımdan bu sferanı müəyyən qədər diqqət mərkəzində saxlamaq lazımdır. Məsələnin Komitədə müzakirəsinə qərar verərkən məhz bu amilləri nəzərə almışıq. Əminik ki, kimsə süngüsünü götürüb parlament üzvlərinin üzərinə hücum çəkməyəcək. Çünki burada qəti şəkildə hansısa senzuradan, basqıdan, şəbəkələrin cilovlanmasından söhbət getmir. Sadəcə olaraq dünya praktikasına uyğun tənzimləyici addımlar atılmalıdır”.
6-01-2021, 10:44
KİVDF-nin fəaliyyəti dayandırılır?
26-09-2020, 11:31
YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib
9-09-2020, 11:39
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək
2-07-2020, 11:55
Ərdoğanın sosial şəbəkə ilə bağlı açıqlaması gündəm oldu
1-06-2020, 14:52
Deputatlardan sosial şəbəkələrlə bağlı TƏKLİFLƏR
27-01-2019, 14:24
YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib
Dün, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
Dün, 15:04
Harri Kasparov həbs olundu
Dün, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
Dün, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
Dün, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
Dün, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
Dün, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
Dün, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
Dün, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
Dün, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir