XİN sisteminə SÜPÜRGƏ ÇƏKİLİR? - NƏ BAŞ VERİR?
Gündəm / Siyasət / Hadisə
Oxunub: 266
21 Eyl 2021 | 09:33
XİN sisteminə SÜPÜRGƏ ÇƏKİLİR? - NƏ BAŞ VERİR?

capar.info : - 10 noyabr sənədi imzalandıqdan sonra bəlli idi ki, Azərbaycan mübarizəsini diplomatik müstəvidə aparmalı olacaq. Üstəlik, bu siyasi mübarizə əvvəlkindən ikiqat güclü, peşəkar təşkil edilməlidir. Çünki nəticədən narazı qalan və Ermənistanı dəstəkləyən bəzi beynəlxalq güclərin təzyiqləri, o cümlədən erməni lobbi və diasporasının əl-qolunu sallamayacağı gözlənilən idi. O baxımdan Azərbaycanın bir ildir apardığı diplomatik və informasiya müharibəsində xarici ölkələrdəki səfirlərimizin üzərinə çox böyük iş düşür. Onların fəaliyyətləri ilə bağlı ölkə başçısı zaman-zaman tapşırıqlar verir. Amma yenə də diplomatik nümayəndəliklərimizin fəaliyyəti ürəkaçan deyil.

“Yeni Müsavat” yazır ki, hətta fəaliyyətsizlikləri əsəb pozanlar da kifayət qədərdir. Çünki səfirlərin əksəriyyəti vəzifəli şəxslərin qohum-əqrəbası, övladı, kürəkəni, doğmalarıdır. Onlar tanışlıqla, qohumluq hesabına, vəzifədə olan ağsaqqallarının himayəsi ilə o postlarda əyləşiblər. Bu da diplomatik korpusu yenidən təşkilatlandırmağı, komplektləşdirməyi zəruri edir. Xüsusən Qərb ölkələrində səfirliklərimiz aktiv fəaliyyət göstərməlidirlər. Xarici İşlər Nazirliyinin də kadr dəyişiklikləri həyata keçirməsi labüddür. Artıq günü kabinetdə və işlədiyi ölkədə qurduğu biznesi idarə etməkdə keçən diplomatlarla vidalaşmaq lazımdır. Çünki ermənilər beynəlxalq ictimaiyyəti az qala inandırmağa çalışır ki, 44 günlük müharibədə məzlum tərəfdirlər. Avropa Birliyinin 2.6 milyardlıq yardım nəzərdə tutması da Qərb mərkəzlərinin bu ölkəyə münasibətindən xəbər verir.

Ona görə səfirliklərimizin şablon iş sistemindən kənara çıxmasına, Avropada diplomatik siyasətimizi gücləndirməsinə ehtiyac var. Məsələn, Azərbaycan əleyhinə parlamenti əski parçası olan qətnamə qəbul etmiş ölkələrdən biri olan Niderlandda səfirliyimiz nə iş görüb? Səfir Fikrət Axundov hansı fəaliyyəti ilə fayda verə bilib? Biz Belçika, Fransa, Almaniya və digər ölkələrdə nə edə bilirik? Axı müharibə bitsə də, problemlər tam həll olmayıb və diplomatik korpusun üzərinə böyük məsuliyyət düşür. Ümumiyyətlə, hücum diplomatiyası var gücü ilə işləməlidir. Ona görə meydan peşəkarların olmalıdır, çaxır satanların, restoran işlədənlərin, Xocalı qətliamı günündə həmin ölkənin hansısa qəzetində məqalə çap etdirənlərin deyil...

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, artıq bu sahədə də islahatlar gedir. A.Mollazadə hesab edir ki, böyük dəyişikliklər var. Deputat ümid edir ki, yeni təyin olunan səfirlər Azərbaycanın işini gücləndirəcək. “Bizim buna ehtiyacımız var. Çox yaxşı olardı ki, fəaliyyəti məhdudlaşdırılan səfirliklərin də işi bərpa olunsun. Azərbaycan bu şəbəkəni genişləndirməlidir və dünya ermənilərin törətdiyi cinayətləri bilməlidir. Ona görə yeni təyinatlar olur, xoşagəlməz hallar aradan qaldırılır, nazirlikdə dəyişikliklər var”, - deyə deputat vurğuladı.

AMİP sədri Arzuxan Əlizadə qeyd etdi ki, sabiq nazir Elmar Məmmədyarovun dönəmində vəziyyət bərbad idi: “Nazirliyin və nazirin Azərbaycan düşüncəsində olmadığını, səfirlərin ya həmin ölkələrə, ya da biznes maraqlarına xidmət etdiyini kəskin şəkildə tənqid edirdik. Gözləyirdik ki, ondan sonra fərqli format olacaq. Xüsusən Azərbaycan müharibədə qalib gəlmiş ölkədir və torpaqların əhəmiyyətli hissəsini azad etmişik. Belə olan halda diplomatiyanın üzərinə ciddi iş düşürdü. Əvvəl müdafiə diplomatiyası idisə, indi hücum olmalıydı. Əfsus ki, biz bunu lazımı səviyyədə görmürük”.

AMİP sədri hesab edir ki, səfirlərin, o cümlədən diasporun üzərinə yük düşür: “Onlar daha çox işləməlidirlər, Azərbaycana bu cür basqılar var, həm beynəlxalq təşkilatlardan, həm Qərbdən, o cəhətdən diplomatik korpus daha güclü işləməlidir. Əfsus ki, durğunluq müşahidə olunur. Ölkəmizə qarşı bu qədər qarayaxmalar var, bunun fonunda səfirliklər fəal işləməliydi. Ona görə diplomatik korpusda radikal dəyişikliklərə ehtiyac var”.
“Yeni Müsavat”
9-07-2021, 11:05
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Füzuli və Şuşaya səfəri başlayıb
5-02-2021, 10:04
Diplomatik nümayəndəliklərin rəhbərlərinin görüşü keçiriləcək
12-10-2020, 12:52
Diplomatik korpusun və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədədir
25-07-2020, 15:06
Nazir Ceyhun Bayramov Azərbaycanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə görüşüb
23-07-2020, 13:21
XİN-dən ermənilərin xaricdə törətdiyi təxribatlarla bağlı BƏYANAT
29-06-2020, 16:26
130-dan çox dövlətin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi Azərbaycanın diplomatik qələbəsidir
Bugün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Bugün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Bugün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Bugün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi