Səhiyyəmizin günü - Ölməyə razıyıq, xəstəxanaya düşməyə yox
capar.info : - 2 gün öncə TƏBİB rəhbəri Ramin Bayramlının istefa verməsi xəbərini sadə vətəndaşlar sosial şəbəkələrdə az qala zəfər bayramı kimi qeyd etdilər. Sanki İşğal altına düşmüş səhiyyəmiz işğaldan azad edildi. Əslində dəyişən heç nə yoxdu. Ramin Bayramlı getdi, onunla bərabər səhiyyəmizdəki bütün səhvlər getmədi ki. Oqtay Şirəliev gedəndən sonra guya hər şey güllük -gülüstanlıq olmuşdu? Bu gün problem ayrı ayrı rəhbərlərdə yox, ümumilikdə korrupsiyalaşmış səhiyyə sistemimizdədir. Nə fərqi var kim gedib, kim gəlir. Hamısı əllərindəki var olan proqramla , öncədən açılmış cığırla irəliləyəcəklər.
Problem yalnızca səhiyyə sistemimizlə bitmir. Bir qurumun idarəçiliyini iki və bəzən daha çox idarələrə tapşıranda məsələ içindən çıxılmaz qəliz hal alır, dönüb olur ikibaşlı əjdaha. Hansısa məmur öz əzizinə vəzifə təşkil eləmək istəyən kimi mühüm bir dövlət qurumuna paralel yaradır, əlavə gərəksiz şöbələr açır, qoçların başı bir qazana sığmayanda sistem iflic olur.
Təhsil Nazirliyi Sovet dönəmində bir dənə idi, işini də öz çapında yerinə yetirirdi. İndi İmtahan Mərkəzi ayrı, Tələbə Qəbulu Mərkəzi ayrı, nazirlik ayrı,məktəbəqədər təhsil müəssisələri ayrı, Bakı şəhər təhsil idarəsi ayrı. Mütləq şəkildə hər il ali məktəblərə qəbul imtahanlarında bir yenilik edilir. Heç kim əmin deyil ki, bu ilki qaydalar gələn il işləyəcək.
Və ya maliyyə sistemimizdə. 2017- ci ildə Maliyyə Bazarına Nəzarət Palatası yaradıldı. Bank sektorunu,maliyyə bazarını sağlamlaşdırmaq məqsədilə .Ara yerdə bank bazarı zəiflədildi, axırda palata özü yarasız elan edilidi, səlahiyyəti yenidən qaytarıldı Mərkəzi Banka. Bu bir qədər spesifik sahədir deyə hamını narahat etməyə bilər, amma səhiyyə və təhsil birbaşa hər vətəndaşa aid olan sahədir.
Bu gün istənilən vətəndaşa İTS ilə bağlı sual versən çətin razılıq bildirər. Hər ay maaşımızdan kəsilən vəsait var. Amma almalı olduğumuz xidmət yoxdur. İcbari Tibbi Sığortanın( İTS) xidmət hüquqları özəl xəstəxanalara da verilməlidir. Hər ay sığorta pulunu vaxtı vaxtında boğazından kəsib verən vətəndaşa “ bu xidmət yoxdur, o aparat bizdə yoxdur, bu paketə daxil deyil” kimi min bir bəhanə ilə tibb şousu göstərilməməlidir. Bayramlı getdi , abyram olası deyil , bütün səhvlər getmədi ki, Oqtay Şirəliev gedəndən sonra guya hər şey güllük gülüstanlıq olmuşdu?
Söhbət dövlət xəstəxanalarında olmalı olan texniki təchizat və mütəxəssislərdən, xidmətin keyfiyyətindən gedir. Yaradılmış boşluqdan alverçi düşüncəli həkimlər və idarəçilər öz istədikləri kimi yararlanırlar. İTS sisteminin Azərbaycanda hələ layihəsi hazırlanarkən araşdırılmalıydı, bu paketə nələr daxil ediləcək, xəstənin müalicə və müayinəsi üçün lazım olan avadanlığın hamısı dövlət xəstəxanalarında varmı, kənar ödənişlər olacaqmı? Bu gün təkcə rəhbərlikdə yox, sistemdə nasazlıq var. Həkimin maaşı xəstədən çıxırsa onun pulsuz müalicə edəcəyini nə dərəcədə tələb eləmək olar və o nə qədər bu vəziyyətə dözər? Kovid çarpayılarını, kovid pasportlarının satılması nə ilkdir, nə sonuncu, əksinə indiki şəraitin uzadılmasında maraqlı olan həkimlərimiz var. Ara yerdə kimlərsə qurban edilir, dəyirman bildiyi kimi fırlanır yenə. Əslində bütün resurslar var, sadəcə biz haqqımız olanı kollektiv şəkildə tələb etməyi bacarmırıq hələ. Ramin Bayramlı getdi , həm də özünə ən rahat şəkildə getdi. Yığdığını yığdı, etdiyini etdi, ( daha doğrusu etməli olduqlarını etmədi) gedib indi rahatca xımır-xımır işləmədiyini dişləyəcək. TƏBİB-lə Səhiyyə Nazirliyi arasında qalan yenə bizik. Hərə arabanı öz bildiyi tərəfə dartacaq.
Bu qədər suallar, problemlər varkən aidiyyəti qurumlar susur. Sanki vəzifəyə elə susmaq, kar, kor, lal olmaq üçün təyin olunurlar.
Bu gün səhiyyəmiz elə gündədir ki, insanlar ölməyə razıdırlar, xəstələnməyə yox. Bu qiymət vermək üçün yetərli deyilmi?
13-09-2021, 12:17
Nadir məmurlardan danışdı: - “Bu bədbəxt milləti rahat buraxsınlar”
13-09-2021, 11:00
Ramin Bayramlının müşaviri də İSTEFA VERDİ - FOTO
31-08-2021, 11:05
Ramil Bayramlının fəaliyyəti RƏSMƏN YARITMAZ ELAN OLUNDU - Paytaxt TƏBİB-dən alındı...
30-08-2021, 12:31
Tibb bacıları TƏBİB-dən əlavə ödəniş istəyir, TƏBİB-i isə Ramin Bayramlının villası maraqlandırır - NƏ BAŞ VERİR? Tarix: Bu gün, 12:05 | Çap et | Redaktə et
15-08-2020, 13:22
Aşura günü məscidlərdə qanvermə aksiyaları keçirilməyəcək - TƏBİB
24-04-2020, 20:46
Ramin Bayramlı: Modul tipli xəstəxanaların quraşdırılması ikinci dalğa təhlükəsi ilə bağlıdır
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...