Şükür Astanov HƏBS OLUNACAQMI? - İLGİNC GƏLİŞMƏ
Gündəm / Siyasət / Hadisə
Oxunub: 227
13 Eyl 2021 | 12:01
Şükür Astanov HƏBS OLUNACAQMI? - İLGİNC GƏLİŞMƏ

capar.info : - Xatırlayırsınızsa, bir neçə ay əvvəl İmişli rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaradılmsı, həmin gölməçələrdən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilməsi, rayonun Ağamalı kənd ərazisində qış otlaq və əkinə yararlı torpaq sahələrində süni şəkildə yaradılmış 7 gölün ərtafının tikanlı məftillərlə və kollektor-drenaj kanallarla mühafizə olunmasından yazaraq, kənd təsərrüfatı ilə məşğul olan insanlar su qıtlığından gileyləndikləri halda, sözügedən göllərin su təhcizatı ilə necə təmin olunmasını sual kimi ortaya qoymuşduq. Göllə bağlı araşdırmalarımızı bir qədər də genişləndirdikdə bəlli olmuşdu ki, süni şəkildə yaradılmış balıq gölünün sahib(i)lərindən (şərikləri) biri İmişli rayonunda “xeyriyyəçi” kimi tanınan, uzun illər “Azəravtoyol” ASC – nin 6 saylı Regional Yol İstismarı İdarəsinin müdiri işləmiş, necə deyərlər, hər şeyin yolu yolağasını yaxşı bilən Şükür Astanov və onun digər ortağı hazırda İmişli rayonunda Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Qasım Qasımovdur.

Apardığımız araşdırmalardan və etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara gòrə, süni yaradılmış göl kənd təsərrüfat təyinatlı (qış otlaq)torpaq sahəsində, heç bir lisenziya (icra hakimiyyətinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və ETSN-nin mûvafiq rəyi olmadan yaradılıb. Bizim müraciətimiz əsasında ƏMDX-nin apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, həmin göllər həqiqətən də Şükür Astanovun icarəsindədir və onun tərəfindən torpaqdan təyinatı üzrə istifadə qaydası pozulub. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə protokol tərtib olunaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə həmin torpaqların balanssaxlayıcısı olan İmişli Rayon İcra Hakimiyyətinə (RİH) göndərilib. Demək, RİH Şükür Astanovla icarə müqaviləsinə xitam verməli, onu təyinatdan kənar istifadə etdiyi torpağın əvvəlki vəziyyətinin bərpasına məcbur etmək üçün məsələ qaldırmalıdır. Lakin RİH-nin bu istiqamətdə gözlədiyimiz addımları ləngiyir, görülməli tədbirlər barədə 20 gündür göndərdiyimiz rəsmi müraciət də başçı tərəfindən hələ ki cavablandırılmayıb.

Paradoksal hal budur ki, eyni zamanda bu müstəvidə araşdırma aparan ETSN – nin bizə ünvanladığı məktub ƏMDX-nin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. ETSN-nin Şirvan 3 saylı Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırmalara görə, guya ki həmin ərazi İmişli RİH başçısınıln sərəncamına əsasən su anbarı yaradılması məqsədilə “Orion – E” MMC-nin icarəsinə verilib və müəssisəyə gələcəkdə balıqçılıqla məşğul olması üçün müvafiq qurumdan icazə alması tövsiyə olunub. Guya orda hər hansı balıqyetişdirmə fəaliyyəti olmayıb. ƏMDX-dən fərqli olaraq ETSN-nin strukturları Şükür Astanovun adını hallandırmağa xəsislik ediblər. Xatırladaq ki, firmanın faktiki sahibi Ş.Astanov olsa da, qabağa verilmiş proxy fiqur müəssisənin icraçı direktoru Qasımov Mürsəl adlı şəxsdir.

Qeyd etməyə dəyər ki, su anbarı heç də ayrı-ayrı sututarlar (dambalar) şəklində olmur. Bizə əvvəllər daxil olmuş məlumata görə 3 saylı Ekoloji təhlükəsizlik İdarəsinin mənsubları sözügedən balıq vətəgələrinin qanunsuz fəaliyyətinə göz yumurlar, yerli icra hakimiyyəti rəhbərliyi isə hətta tamahkar sahibkarları himayə edir. Son məktublaşmalarımızdan həmin məlumatın doğru olduğu qənaətinə gəlirik – bu qurumlar öz əvvəlki maraqlarını qoruyurlar. Başqa sözlə, quyruqlarını daim suda saxlayırlar ki, könülləri balıq istəyəndə yeyə bilsinlər.
13-09-2021, 10:54
Özünü sakinlərdən ağıllı zənn edən bələdiyyə sədri. saxtakarlığa yol verdi: Nələri ifşa olundu? - VİDEO
29-07-2020, 09:32
Su problemi necə həll olunacaq? - İnam Kərimov açıqladı
15-07-2020, 14:26
Azərbaycanda sel gölü dağıtdı: 15 ton balıq tələf olub
31-05-2020, 13:24
Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açıldı
6-05-2020, 09:12
Baş Nazirdən kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı MÜHÜM QƏRAR
16-11-2018, 16:26
On ayda Azərbaycanın ümumi daxili məhsulu 0,8 faiz artıb
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir