“Məhkəmədə işi uzatdıqları üçün borclu olduqlarım məni hədələyir” - GİLEY
Gündəm / Hadisə
Oxunub: 183
23 Ağu 2021 | 11:27
“Məhkəmədə işi uzatdıqları üçün borclu olduqlarım məni hədələyir” - GİLEY

capar.info : - 2019-cu ilin martında Sumqayıtda yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən avtomobil ehtiyat hissələri mağazasındakı yanğına görə sığorta ödənişinin verilməsi ilə bağlı məhkəmə çəkişməsi davam edir.

Sahibkar Arzuman Alıyev “Qafqazinfo”ya müraciət edərək bildirib ki, yanğından sonra mağazanı sığortalayan “Atəşgah Sığorta” bir neçə iddia ilə ödəniş etməkdən imtina edib. Onun sözlərinə görə, yanğın zamanı ona 150 minə yaxın zərər dəyib və ödənişi ala bilmədiyi üçün müflis olub, xeyli borclu yaranıb: “Şirkət və məhkəmələr süründürməçiliklə prosesi uzadaraq mənim daha da pis vəziyyətə düşməyimə çalışırlar. Bununla da onların istədiyi ilə razılaşacağımı düşünürlər. Yanğından sonra aldığım malların ödənişini vermək üçün bir neçə şəxsdən külli miqdarda borc almışam. Məhkəmə ödənişlə bağlı yekun qərar vermədiyi üçün borclu olduğum adamlar artıq məni hədələməyə başlayıblar. Nə edəcəyimi, bu vəziyyətdən necə çıxacağımı bilmirəm”.

Sahibkar Bakı Kommersiya Məhkəməsinə müraciət edərək yanğın zamanı dəymiş zərərə görə 148 652 manat sığorta ödənişi və gecikdirilmiş 81 gün üçün 12 040 manat, ümumilikdə, 160 692 manat vəsaitin “Atəşgah Sığorta”dan tutularaq ona ödənilməsini istəyib.

Şirkətin əməkdaşı məhkəmədə çıxış edərək bildirib ki, həmin mağaza 24 saat mühafizə olunmadığı üçün onlara ödəniş verməkdən imtina ediblər. Şirkət həmçinin, mühafizəçi olmamasının yanğının səbəbi ilə bir əlaqəsi olmadığını da bildirib.

Lakin Fövqəladə Hallar Nazirliyi yanğından sonra araşdırma apararaq rəy verib ki, mağazanın yerləşdiyi ərazi gecə gözətçisi ilə və sutkalıq videomüşahidə ilə təmin olunub. Məhkəmədən öncə isə sığorta şirkəti məhv olmuş mallara dair elektron qaimə tələb edərək ödəniş verməyib.

A. Alıyevlə sığorta müqaviləsi imzalayan “Atəşgah Sığorta Şirkəti”nin Sumqayıt ofisinin baş mütəxəssisi Rüstəm Əsədov bildirib ki, sığorta məbləğini 150 153 manat razılaşdırıb və əmtəə mallarının siyahısını A.Alıyevdən götürüb müqavilənin tərkib hissəsi kimi şəhadətnaməyə əlavə edib: “Əmtəə mallarının digər hər hansı bir sənədini istəməmişəm. Gələcəkdə də hadisə zamanı tələb olunduğunu deməmişdim. Əmtəə mallarının sənədi dedikdə yalnız müqaviləyə əlavə edilən mal siyahısını nəzərdə tuturdum. Sahibkardan elektron qaimə tələb ediləcəyi nəzərdə tutulmayıb”.

Məhkəmə araşdırmadan sonra bu qərara gəlib ki, sahibkar sığorta müqaviləsinin əsas şərtlər bölməsində razılaşdırılmış hallar üzrə bütün öhdəlikləri yerinə yetirib: “Sığorta hadisəsi baş verdikdən sonra müvafiq olaraq FHN tərəfindən araşdırma aparılıb və araşdırma nəticəsində sığortalanmış daşınar əmlakların yanğından mühafizəsinin təmin edilməsi, habelə sığorta hadisəsi baş verdiyi zaman iddiaçıya dəymiş zərərin miqdarı müəyyən edilib”.

Qətnamədə qeyd edilib ki, “Atəşgah Sığorta”nın müqavilədə qeyd olunmayan əlavə şərtlər və tələblər qoyularaq sığorta müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi məhkəmə araşdırması zamanı müəyyən edilib: “Məhkəmə araşdırması zamanı şirkət sahibkara müraciət edərək yanğın zamanı obyektə olan daşınar əmlakların elektron qaimələrini tələb edib. Halbuki tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta hadisəsi baş verdiyi zaman bu növ sənədlərin təqdim edilməsi barədə hər-hansı müddəa qeyd edilməyib.

Beləliklə, “Atəşgah Sığorta” tərəfindən sığorta ödənişinin ödənilməməsinə dair səbəblər həm tərəflər arasında bağlanmış sığorta müqaviləsinə, həm də maddi hüquq normasının tələblərinə uyğun deyil”.

Hakim Aytən Əliyeva yekunda qətnamə çıxararaq “Atəşgah Sığorta” şirkətinin yanğına görə sahibkar Arzuman Alıyevə 148 652 manat məbləğində sığorta ödənişi və gecikdirilmiş 81 gün üçün 12 040 manat olmaqla ümumilikdə 160 692 manat məbləğində pul vəsaiti ödəməsinə qərar verib.

Lakin “Atəşgah Sığorta” şirkəti qərardan apellyasiya şikayəti verib və qərarın dəyişdirilərək sahibkara ödəniş verilməməsi haqda qətnamə çıxarılmasını istəyib. İşə bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmmədovun sədrliyi ilə baxılacaq.
3-08-2021, 14:16
Ədliyyə naziri məhkəmə qərarının icrasına mane olur? - NARAZILIQ!
18-06-2021, 10:50
Bakıda Gülüstan Sarayının yaxınlığında yanğın olub
28-12-2020, 10:55
Şəhid vərəsələri və yaralı hərbçilərə 18 milyon 110 min manat sığorta ödənişi olub
23-06-2020, 23:02
Bakı metrosunda onlarla borclu şəxs saxlanıldı
5-08-2019, 15:08
SUMQAYITDA GÜCLÜ YANIĞIN: Şəhəri qara tüstü bürüdü - VİDEO
5-11-2018, 18:42
Bakıda ortada qalan 2 milyon manatlıq sərvət: İki iş adamı üz-üzə (VİDEO)
Dün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Dün, 14:20
Meksikada güclü zəlzələ
Dün, 14:13
Mbappe yekun qərarını verdi
Dün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Dün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Dün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Dün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Dün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Dün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
18-04-2024, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
18-04-2024, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
18-04-2024, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
18-04-2024, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
18-04-2024, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18-04-2024, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
18-04-2024, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
18-04-2024, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
18-04-2024, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
18-04-2024, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır