Eldar Əzizova iki şərt: Ya sökülməsinə göstəriş verin, ya da…/Prezidentə müraciət
Gündəm / Siyasət
Oxunub: 554
11 Ağu 2021 | 14:53
Eldar Əzizova iki şərt: Ya sökülməsinə göstəriş verin, ya da…/Prezidentə müraciət

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 117, mənzil 83-də yaşayan Bəşirova Azadə Qinyaz qızı tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Həyat yoldaşı birinci Qarabağ müharibəsi iştirakçısı olan xanım 15 ildir Nizami rayon Bələdiyyəsindən 49 illiyə icarəyə götürdükləri torpaq sahəsində kiçik bir iaşə obyektini aça bilməmələrindən ölkə başçısına şikayət etməyə məcbur qalıb.

capar.info: - Azadə Bəşirova müraciətində yazır ki, 2005-ci ildə Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 55/57 saylı binanın qarşısında 375 kv.m boş torpaq sahəsini Nizami Bələdiyyəsindən 49 illiyinə icarəyə götürmüşük. Bu sahədə bir sıra ağaclar əkib xüsusi qulluq göstərməklə abadlaşdırmışıq. Həyat yoldaşım Bəşirov Elxan Bəşir oğlu birinci Qarabağ müharibəsində iştirak etməklə 4 il Azərbaycan ordusunda xidmətdə olub. Müharibə dövründə sağlamlığını müəyyən qədər itirdiyinə görə, vaxtaşırı dərmanlara ehtiyacımız olur. İki övladımız var, mən isə işsizəm. Ailəmizin düşdüyü çətin durumdan çıxmaq üçün yerli bələdiyyədən icarəyə götürdüyümüz torpaq sahəsində bir Azərbaycan vətəndaşı olaraq iaşə obyekti yaradaraq kiçik bizneslə məşğul olmaq qərarına gəldik. Lakin düşdüyümüz bürökratiya və süründürməçilik əlindən uzun illərdir bizə icazə verilmir.

Ən son müraciətimizə cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən bizə ünvanlanan 07 may 2021-ci il tarixli məktubda yazırlar ki, “Bildiririk ki, dünyada, o cümlədən Azərbaycanda da mövcud olan COVİD-19 pandemiyasının davam etdiyi müddətdə ictimai-iaşə fəaliyyəti ilə məşğul olmağınız üçün sizə yer ayrılması məqsədəuyğun hesab edilmir.”

Eldar Əzizova iki şərt: Ya sökülməsinə göstəriş verin, ya da…/Prezidentə müraciət


Vətəndaşın müraciətindən də göründüyü kimi, onlara yer yox, iaşə obyektinin tikintintisinə icazə lazımdır. Amma Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin sektor müdiri Pərviz Məmmədov sanki qlobal miqyaslı bir problemin qarşısını almağa çalışırmış kimi, dünyada baş alıb gedən pandemiyanı da ortaya soxaraq verdiyi formal cavabla əslində BŞİH rəsmilərinin çirkin əməllərinin iç üzünü açmış olub.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən vətəndaşa verilmiş bu cavabın araşdırılması və qanun çərçivəsində tədbirlər görülməsi üçün Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazır Əli Əsədova, Prezident Adminstrasiyasının rəhbəri Samir Nuriyevə, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, Ombudsman Aparıtanı və bir neçə səlahiyyətli dövlət orqanlarına rəsmi müraciət ünvanlamışıq. Müraciətdə sözügedən dövlət orqanlarının rəhbərlərindən xahiş etmişik ki, araşdırılsın görək, pandemiya dövründə ictimai-iaşə ilə məşğul olmaq üçün tikintiyə icazə istəmək bir vətəndaşa qadağındırsa, digər bir vətəndaş küçənin ortasında obyekt tikib icarəyə verə bilərmi?

Əgər pandemiyaya görə Bəhruz Nuriyev küçəsi 55/57 ünvanda Qarabağ qazisinə iaşə obyekti açmaq məqsədəuyğun deyilsə, bəs onda başqa birisinə, Dubayda və yaxud da Çikaqoda yox, elə Bəhruz Nuriyev küçəsində, yolun demək olar ki, ortasında, kommunikasiya xəttlərinin üstündə obyektin tikintintisini kim məqsədəuyğun hesab edib?

Eldar Əzizova iki şərt: Ya sökülməsinə göstəriş verin, ya da…/Prezidentə müraciət


Qeyd edək ki, bu formal cavabdan sonra vətəndaş Azadə Bəşirova Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinə 03 iyul tarixdə təkrar müraciət etmişdir. Bundan sonra onlardan rəsmən sənədlərin əsli istənilmişdir. Sənədlərin əslini təqdim etdikdən sonra Departamentin sədri İntiqam Məmmədov şikayətçinin məsələsini işçisi Sadiqə həvalə etmişdir. Üç gün əvvəl yerə baxış keçirən Sadiq ərazinin yaşıllıq olduğunu və onlara aidiyyatı olmadığını bildirib. Şəkildə gördüyünüz yeni tikilən obyekt də birinci Qarabağ müharibəsi iştirakçısı olan şikayətçinin qonşuluğunda, Nizami rayonunda, Bəhruz Nuriyev küçəsində yerləşir. Obyekt səkidə, kommunikasiya xəttlərinin üstündə tikilib, piyada zolağını da özbaşına ləğv ediblər. Heç bir sənədi yoxdu və bir gecənin içində tikintisi başa çatdırılıb. Sahibinin şəriki isə Bakı şəhər Ticarət və Xidmət Departamentində lap çoxdan işləyən Sadiq adlı bir nəfərdir.

Bəs əlində Nizami Bələdiyyəsindən 49 illiyinə icarə sənədi olan birinci Qarabağ müharibəsi iştirakçısına dolayısı yollar göstərən Sadiq kimdir? Deyilənə görə özü Hacıbala Abutalıbovun yaxın qohumudur, Ordubad rayonundandır. O vaxtlar keçmiş başçı olan qohumu onu Bakıda çörəkpulu qazanmağa gətizdiribmiş. 19 il əvvəl borc aldığı 8 “şirvanla” təyyarəyə bilet alıb özünü Bakıya, Hacıbala müəllimin qəbuluna çatdırmış Sadiqin bu gün Bakının hər rayonunda mülkiyyətinə daxil saysız-hesabsız obyektləri var. Bu adam özündən başqa heç bir Qarabağ əlilinə və ya digər kateqoriyadan olan şəxslərə imkan vermir ki, kimsə gedib pulsuz bir su butkası tikə bilsin. Dərhal bəhanə gətirir ki, nəzərdə tutulan yer yaşıllaşdırmaya aiddir və s. boş-boş fərziyələr. Ozünün isə təkcə Nizami rayonunda yerləşən bizə məlum obyektləri bunlardır. Naxçıvanski 84-də, Bəhruz Nuriyev 10A-da, 8-km bazarının yanında bir böyük kafe, Rüstəm Rüstəmov 84-də binanın altı, Naxçıvanski 51-in yanında da bir möhtəşəm obyekti var. Bu sadalananlar Bakı şəhər Ticarət və Xidmət Departamentinin sıravi bir işçisinə məxsusdur və təkcə Nizami rayonunda olanlardır. İndi təsəvvür edin Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinin nə qədər belə obyektləri var.

Bu obyektlər təkcə Hacıbala Abutalıbovun dövründə tikilməyib. Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra söylədiklərinin hamısının bir görüntü olduğu ortaya çıxmaqdadır. Bu gün Bakı şəhərinin bütün rayonlarında satılan boş torpaq sahələri məhz Eldar Əzizovun adamları tərəfindən rəsmiləşdirilir. Şəhərsalama və arxitektura qaydalarına da heç bir əməl edilmədən. İndi orta məktəb şagirdinə də yaxşı məlumdur ki, paytaxt ərazisində fərdi yaşayış evlərinin, ticarət və iaşə obyektlərinin tikintisinə razılıq almaq pulsuz deyil, hətta Hacıbala Abutalıbovun dövründə olan qiymətlərdən qat-qat bahadır. Kiçik, 10-15 kvadratmetrlik bir yerə nə az, nə də çox, 30-40 min manat. Bunu biz özümüzdən çıxarmırıq. Bu Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qeyri-leqal qoyulmuş bir rusümdür və ödəməyən kimsəyə icazə verilə bilməz. Bunu paytaxtın Nizami rayonu ərazisində, Bəhruz Nuriyev küçəsində iaşə obyekti açmağa icazə istəyən Qarabağ müharibəsi iştirakçısına Ticarət və Xidmət Departamentin sədri İntiqam Məmmədov deyib. Razılaşma olmadığına görə işçisi Sadiq də min cür fərziyyələr uydurub.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə deməsin ki, bütün bunlardan xəbəri yoxdur. Xəbəri yoxdusa bir mətbuat orqanı olaraq biz məlumatlandırdıq. Təkcə Bakı şəhər İcra Hakimiyyətini deyil, bir çox dövlət orqanlarını da. Əgər yaxın bir-iki günə Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki səkidə qanunsuz tikilmiş, şəkildə gördüyünüz obyektin sökülməsinə göstəriş, Qarabağ qazisinə isə icazə verilərsə, onda Eldar Əzizovun bütün bunlardan xəbəri olmadığına inanacaq və üzr istəyəcəyik. Yox, əgər obyekt sökülməsə, onda Bakı şəhərində, hər tində, bir-iki gecəyə, qanunsuz aparılan tikinti işlərinin başında birbaşa Eldar Əzizovun durduğunu geniş ictimaiyyətə bir daha çatıracağıq.(aktualinfo.org)
11-08-2021, 11:31
İsmayıllıda Şəhid Ailəsi ÇƏTİN DURUMDA... - Prezidentə müraciət olundu
12-07-2021, 10:25
UNEC-də Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi yaradılıb
26-01-2021, 13:09
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlayacaq
7-01-2021, 10:32
Prezident İlham Əliyevin Nizami Gəncəvi irsinin təbliği ilə bağlı təşəbbüsü bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir - Xorvatiyanın sabiq prezidenti
18-08-2020, 11:37
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri G20 liderlərinə müraciət ediblər
23-01-2019, 11:35
Bakıda vəzifəli şəxsin həyat yoldaşı QƏZAYA DÜŞDÜ
17-05-2024, 15:13
Artıq “Tiktok”da bir saatlıq videolar yüklənə biləcək
17-05-2024, 15:10
Boşanmaya səbəb olan QADIN VƏRDİŞLƏRİ
17-05-2024, 15:03
Xavi "Barselona"dan göndərildi: Qərar verildi
17-05-2024, 15:00
Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır
17-05-2024, 14:58
Gəncədə kişi qazdan boğulub öldü
17-05-2024, 14:56
İlin ən çox qazanan futbolçusu bəlli oldu
17-05-2024, 14:53
İlham Əliyev Lukaşenko ilə Şuşaya gedib
17-05-2024, 14:49
Xiyar toxumlarını isladın - Məhsulunuz 30 faiz artacaq
17-05-2024, 14:47
Bakıda 2 il əvvəl yoxa çıxan kişi TAPILDI
17-05-2024, 14:46
Müğənnini sevgilisi döyüb öldürdü
17-05-2024, 14:42
Kişi arvadının sevgilisinin qulağını dişlədi
16-05-2024, 21:26
Slovakiyanın baş nazirinə sui-qəsd: 2003-cü ildən bəri Avropada ilk HADİSƏDİR
16-05-2024, 21:25
Xarkov məscidinin imamı da döyüşdə həlak oldu
16-05-2024, 21:23
İsmayıllıda narkotik çəkən sürücü cərimələndi
16-05-2024, 21:18
“Qarabağ”ın qapıçısı Moskvanın bu komandasına keçə bilər
16-05-2024, 21:09
Səhnədə gənc müğənninin üst geyimi açıldı
16-05-2024, 21:03
Bu şəxslərin Qazaxıstana girişi QADAĞAN EDİLİR
16-05-2024, 20:57
MMA döyüşçüsü GÜLLƏLƏNDİ
16-05-2024, 20:48
Basketbol ulduzları Kim Kardaşyanın seksual kampaniyasına qoşuldular
16-05-2024, 20:43
Siyəzəndə İNTİHAR: Kişi özünü görün harada asdı
16-05-2024, 20:39
SON DƏQİQƏ: Bakıda 15 yaşlı qız özünü binadan atdı
15-05-2024, 16:28
"Real" 37 il sonra rekordunu yenilədi
15-05-2024, 16:23
Küçədə çılpaq kişini cinsi orqanından güllələdilər
15-05-2024, 16:16
Kiçik yataq otağını necə rahat formaya salmaq olar?
15-05-2024, 16:14
Kişi nikahı qadağan olunan 16 yaşlı qızın başını kəsdi
15-05-2024, 16:05
"Mançester Siti" "Tottenhem"ə QALİB GƏLDİ
15-05-2024, 16:01
"Real Madrid" Luka Modriçlə yollarını ayırır
15-05-2024, 15:57
Süd satan qadın xəyanət edən ərini öldürdü
15-05-2024, 15:46
Buzlu qəhvəni cəmi 3 dəqiqəyə HAZIRLAMAĞIN YOLU
15-05-2024, 15:44
"Torqovı"da ofisiantlar bıçaqlandı
14-05-2024, 19:40
Arkadi Qukasyanın həbs müddəti uzadıldı
14-05-2024, 19:37
Dünyanın ən çətin dilləri: İlk 5-lik
14-05-2024, 19:34
“Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq
14-05-2024, 19:32
"Mançester Yunayted"dən getməyə hazırdır
14-05-2024, 19:26
"Milan"da baş məşqçi postuna YENİ NAMİZƏD
14-05-2024, 19:22
Daha çox yaşamağa kömək edən QİDALAR
14-05-2024, 19:19
İtlərin stressdə olduğunu göstərən əlamətlər
14-05-2024, 19:15
Serxio Ramos tezliklə ABŞ klubuna keçə bilər
14-05-2024, 18:52
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı