Şəhid ailələri və qazilər evlərinə KUPÇA İSTƏYİR... - Deputat danışır...
Gündəm / Sosial
Oxunub: 239
6 Ağu 2021 | 13:03
Şəhid ailələri və qazilər evlərinə KUPÇA İSTƏYİR... - Deputat danışır...

Çapar.info: - Birinci Qarabağ müharibəsindən sonra şəhid ailələri və əlillərin evlə təminatı proqramı başlayıb.

44 günlük Vətən müharibəsindən sonra isə bu sahədə işlər daha da sürətləndirilib. Dövlət başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.

Ölkə başçısı bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı bildirib ki, indiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Dövlət tərəfindən şəhid ailələri və qazilərin mənzil təminatının həyata keçirilməsi müsbət dəyərləndirilsə də bu istiqamətdə problem hələ qalmaqdadır. Belə ki, şəhid ailələri və Qarabağ əlillərinə verilən mənzillərə çıxarışların verilməməsi uzun müddətdir müzakirə mövzusudur. Şəhid ailələri və Qarabağ əlillərinə verilən mənzillər “kupça”sız olduğundan tam mülkiyyət sahibi hesab olunmurlar. Bu səbəbdən də özlərini sanki həmin evlərdə müvəqqəti yaşadıqlarını düşünürlər.

Problem bir neçə gündəmə gəlsə də, həll olunmamış qalır.

Millət vəkili Fazil Mustafa “Cümhuriyət” qəzetinə bildirib ki, həmin evlər yaşamaq məqsədilə istifadə verildiyi, yəni konkret şəhid ailəsi və Qarabağ əlilinin yaşaması üçün nəzərdə tutulduğuna görə bu sənəd verilmir:

“Bunun izahını hər hansı müvafiq qurumlar verməlidir. Bəlkə əsaslandırılmış nəsə var ki, ona görə vermirlər. Çünki ola bilsin ki, əvvəllər verilmiş bəzi evlər dərhal satıldığına görə bunu indi etmirlər. Yaxud hər hansı motiv varsa, bunun izahı verilməlidir. Desəm ki, niyə verilmir, bu, bir qədər fərqli qarşılana bilər. Dəqiqləşdirmədən bunu söyləmək çətin olar. Hər halda, dövlət qurumları bu evi verirlərsə, hansısa bir məsələ, narahatlıq var ki, “kupça” vermədən hələlik insanları yerləşdirirlər. Bunu hər halda aydınlaşdırmaq lazımdır. Ancaq mənim fikrimcə, çıxarış verilməsi daha doğrudur. Hər bir şey mülkiyyətlə bağlıdır. Əgər bir yeri verirsənsə, orada kirayənişin kimi qala bilməz. Mütləq oranın sahibi olmalıdır. Ola bilsin ki, o evin yaxın 10 ildə satılmasına qadağa qoyular. Yaxud hansısa bir şəkildə başqa tələblər qoyula bilər. Ancaq mülkiyyət kağızı mütləq verilməlidir”.

“Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu da bildirib ki, bu istiqamətdə mövcud problem hələ də qalır və insanları narahat edir:

“Problem 2009-cu ildən, Mənzil Məcəlləsi qəbul ediləndən sonra başlayıb. “Qarabağ qaziləri” İctimai Birliyi məsələni dəfələrlə müvafiq qurumların qarşısında qaldırıb. Bildiyimizə görə, məsələnin həll edilməsi üçün bir sıra hüquqi addımlar atılıb. Problemin həll edilməsinə söz veriblər. Həmin problemin ötən il həll ediləcəyini gözləyirdik. Ancaq nədənsə məsələ uzandı. Əldə etdiyimiz məlumata görə, məsələnin artıq dövlət başçısına çatdırılması istiqamətində iş gedir. Yəni problemin həlli üçün Prezidentin qərarı gözlənilir”.

Qeyd edək ki, bir müddət öncə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev şəhid ailələrinə və Qarabağ əlillərinə dövlət tərəfindən təqdim edilən mənzillərin “çıxarış”-larının olmamasını qanunun dəyişdirilməsi ilə izah etmişdi. Onun sözlərinə görə, 1990-cı illərin sonuı - 2000-ci illərin əvvəllərində şəhid ailələrinə və Qarabağ əlillərinə mənzillərin verilməsi təcrübəsi var:

“Mənzil alan ailələrə “kupça”-lar verildi, evlər özəlləşdirildi. Amma bir çox şəhid ailələri, Qarabağ qaziləri həmin evləri satdılar, yenidən evsiz qalanda dövlətə müraciət etdilər. Ona görə bu məsələyə gələcəkdə baxmaq mümkündür. Lakin həmin ailələr onsuz da mənzildə daimi yaşayırlar, “kupça” onların nəyinə lazımdır? Dövlətin verdiyi mənzillər satıldıqda bəzən ailə üzvləri arasında da mübahisə düşür. Onlar da bilirlər ki, dövlət bir dəfə bu mənzili bağışlayıb. Amma şəhid ailəsi mənzili satıbsa, harada yaşamalıdır? Xüsusi təyinatlı mənzil fonduna aid olan mənzillərin özəlləşdirilməsinə icazə verilmir. Həmin evlərin “kupça”-sı var, amma mənzilin sahibi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sayılır. 2009-cu ilə qədər belə təcrübə olub, hədiyyə edilən mənzillər özəlləşdirilib, sonradan ailələr bu mənzilləri satıblar. Beləliklə, yenidən problem yaranmaması üçün Mənzil Məcəlləsinə dəyişiklik edilib. Amma mənzildə yaşayan ailələr istədikləri adamı mənzilə qeydiyyata ala, yaşaya bilərlər. Bu məntiq doğrudur. Dövlət mənzili şəhid ailəsinə verib, başqasına verməyib”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi bildirib ki, qanunvericilikdə sosial və xüsusi təyinatlı yaşayış sahələrinin özəlləşdirilməsi nəzərdə tutulmayıb:

“Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun bu Məcəllə qüvvəyə mindikdən sonrakı dövrdə vətəndaşlara verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir”.

Beləliklə, fakt odur ki, hələ də şəhid ailələri və Qarabağ qaziləri onlara verilən mənzillərə “kupça” ala bilmir və bu da onların tam mülkiyyət sahibi olmadığını göstərir. Mənzil sahibləri isə məsələnin onların xeyrinə həll olunacağına ümid edirlər.
1-03-2021, 10:01
5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzil veriləcək - Nazir
26-01-2021, 12:34
Ölkə başçısının imzaladığı Sərəncamla Vətən müharibəsi əlilləri və şəhid ailələri 5 il ərzində mərhələlərlə mənzillə təmin olunması nəzərdə tutulub
11-01-2021, 10:22
2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib
10-09-2020, 14:47
16 şəhid ailəsi və Qarabağ əlili evlə təmin olunub
30-05-2020, 11:02
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
24-12-2018, 13:37
Lökbatan qəsəbəsində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər təqdim edilib
Dün, 21:26
Slovakiyanın baş nazirinə sui-qəsd: 2003-cü ildən bəri Avropada ilk HADİSƏDİR
Dün, 21:25
Xarkov məscidinin imamı da döyüşdə həlak oldu
Dün, 21:23
İsmayıllıda narkotik çəkən sürücü cərimələndi
Dün, 21:18
“Qarabağ”ın qapıçısı Moskvanın bu komandasına keçə bilər
Dün, 21:09
Səhnədə gənc müğənninin üst geyimi açıldı
Dün, 21:03
Bu şəxslərin Qazaxıstana girişi QADAĞAN EDİLİR
Dün, 20:57
MMA döyüşçüsü GÜLLƏLƏNDİ
Dün, 20:48
Basketbol ulduzları Kim Kardaşyanın seksual kampaniyasına qoşuldular
Dün, 20:43
Siyəzəndə İNTİHAR: Kişi özünü görün harada asdı
Dün, 20:39
SON DƏQİQƏ: Bakıda 15 yaşlı qız özünü binadan atdı
15-05-2024, 16:28
"Real" 37 il sonra rekordunu yenilədi
15-05-2024, 16:23
Küçədə çılpaq kişini cinsi orqanından güllələdilər
15-05-2024, 16:16
Kiçik yataq otağını necə rahat formaya salmaq olar?
15-05-2024, 16:14
Kişi nikahı qadağan olunan 16 yaşlı qızın başını kəsdi
15-05-2024, 16:05
"Mançester Siti" "Tottenhem"ə QALİB GƏLDİ
15-05-2024, 16:01
"Real Madrid" Luka Modriçlə yollarını ayırır
15-05-2024, 15:57
Süd satan qadın xəyanət edən ərini öldürdü
15-05-2024, 15:46
Buzlu qəhvəni cəmi 3 dəqiqəyə HAZIRLAMAĞIN YOLU
15-05-2024, 15:44
"Torqovı"da ofisiantlar bıçaqlandı
14-05-2024, 19:40
Arkadi Qukasyanın həbs müddəti uzadıldı
14-05-2024, 19:37
Dünyanın ən çətin dilləri: İlk 5-lik
14-05-2024, 19:34
“Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq
14-05-2024, 19:32
"Mançester Yunayted"dən getməyə hazırdır
14-05-2024, 19:26
"Milan"da baş məşqçi postuna YENİ NAMİZƏD
14-05-2024, 19:22
Daha çox yaşamağa kömək edən QİDALAR
14-05-2024, 19:19
İtlərin stressdə olduğunu göstərən əlamətlər
14-05-2024, 19:15
Serxio Ramos tezliklə ABŞ klubuna keçə bilər
14-05-2024, 18:52
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
13-05-2024, 16:44
“Bozbash Pictures”in Şirini “Şirin” serialı ilə gəlir
13-05-2024, 16:42
Dieqo Simeone La Liqanın rekordçusu oldu
13-05-2024, 16:38
Mbappenin "Real"dakı maaşı bəlli oldu
13-05-2024, 16:32
Rusiyada güclü zəlzələ
13-05-2024, 16:24
İlqar Məmmədovdan AXCP üzvünə MARAQLI CAVAB
13-05-2024, 16:19
Bakıda boğazını kəsən 37 yaşlı kişi öldü
13-05-2024, 16:15
Məşhur dənizkənarı istirahət yeri ən təhlükəli ZONA SEÇİLDİ
13-05-2024, 16:12
Coratda 10 aylıq uşaq yatdığı yerdə boğuldu
13-05-2024, 16:10
Xiyar bitkisinin kifdən təmizlənməsi ÜSULLARI
13-05-2024, 16:03
Dörd bürc üçün möcüzələr və sevinc həftəsi başladı
12-05-2024, 20:52
Daşqınlar nəticəsində 311 nəfər öldü