Bu yükdaşıma xidmətləri əsəblərinizi sınağa çəkir
Gündəm / Sosial / Cəmiyyət / Çapar Tv
Oxunub: 295
2 Ağu 2021 | 16:26
Bu yükdaşıma xidmətləri əsəblərinizi sınağa çəkir

capar.info: - "DogruXeber.az" informasiya agentliyi həmişə vətəndaşların şikayət və gileylərini, məlumatlarını, başlarına gələnləri, yaxud gətirilənləri yazır.

Bu dəfə isə sizlərə öz başımıza gələnləri, daha doğrusu gətirilənləri danışacağıq.

Demək, İyul ayının 27-də ofisə gələcək bir məişət əşyası üçün "166 yükdaşıma xidməti"nə zəng etdik. Qısa yol üçün təklif etdikləri yüksək qiymət bizi qane etmədiyi üçün razılaşmadıq və sağollaşdıq.

Səhəri gün, yəni iyul ayının 28-də xidmətin əməkdaşı olan bir xanım yenidən bizə zəng etdi. Xidmətdən niyə imtina etdiyimizi soruşdu.
Cavab verdik ki: - "qiymət bizi qane etmədi".

Bu zaman xanım bildirdi ki: - "Adınızı müştəri olaraq qeyd edirik, bundan sonra lazım olanda zəng edin sizə endirim edək".

Bura qədər hər şey yaxşıdır.

Onun da səhəri gün, yəni iyulun 29-da yenidən bizə yük maşını lazım oldu. Biz yenidən sözügedən yükdaşıma xidməti ilə əlaqə saxladıq.

Amma, yenə də dedikləri qiymət "ulduzlara yaxın" idi.

Nə etmək olar?!...

Razılaşdıq.

Fəhlə qüvvəsi ilə birlikdə gəlmələrini istədik.

Dedilər: - "bir saat gözləməli olacaqsınız".

Axşam saatları olduğundan biz razılaşmadıq. İş qaldı səhərə.

Ertəsi gün - İyul ayının 30-da təqribən saat 12:00-13:00 radələrində təkrar xidmətlə əlaqə saxlayıb fəhlə və maşın göndərmələrini xahiş etdik.

Sürücünün bizimlə əlaqə saxlayacağını bildirdilər.

Aradan biraz vaxt keçdikdən sonra şirkətin sürücüsü zəng edib biraz gözləməli olduğumuzu bildirdi.

Bu biraz oldu saat 15:00.

Biz yenidən əlaqə saxladıq.

Sürücü dedi: - "mən hələ adam gözləyirəm. Gözləyin."

Biraz da gözlədik.

Yenidən zəng etdikdə sürücü telefonu açıb bizə sual verdi ki: -"operator sizinlə danışmadı?"

"Yox"- dedik.

Sürücü əsəbi halda: -"Hələ dedim müəllimə zəng elə". -deyib telefonu söndürdü.

Biz artıq səbrimiz və əsəblərimiz pik nöqtəsində olduğu üçün operatora zəng edib, bizi məsul şəxslə əlaqələndirməsini istədik.

Operator məsul şəxsin özü bizimlə əlaqə saxlayacağını bildirdi.

Aradan qısa zaman keçdikdən sonra özünü "bizimlə danışan operatorun şöbə müdiri Günel xanım" kimi təqdim edən bir xanım bizimlə əlaqə saxladı.

Göstərdikləri xidmətin çox aşağı səviyyədə olması, bizi iki gün gözlədərək zamanımızı aldıqları, əsəblərimizi oyatdıqları, bizə iki gün yaşatdıqları stress, eyni zamanda iki gün görəcəyimiz bütün işlərimizdən etdikləri üçün irad bildirdik.

Operator kimi şöbə müdiri də yaranmış vəziyyətə görə üzr istədi.

Lakin, maraqlısı budur ki, sadəcə üzr istəyirlər.

Mövcud problemi aradan qaldırmaq isə ya hələ də ağıllarına gəlmirdi, ya da buna qadir deyillər.

Baxın!

İki gün zamanımızı sözün əsl mənasında oğurlayan "166 yükdaşıma xidməti" ikinci günün başa çatmaqda olduğu halda, üzr istəyir və yenə də gözləməmizi xahiş edir.

Əsəbləşib xidmətdən imtina etdik.

Daha sonra "188 yükdaşıma xidməti"nə zəng etdik.

Onların da dedikləri qiymətlə əvvəl razılaşdıq. Lakin, sonra nədənsə operator xanım bizi 2-3 dəqiqə xətdə gözlədib, yanında olan kiminləsə, nəysə danışdı və təzədən bizimlə danışmağa davam edərək gözləməli olduğumuzu bildirdi.

Operator xanımın müştəridə qıcıq yaradan bu hərəkətinə irad bildirdik. Həmçinin bütün bunlar haqda mətbuatda məlumat dərc edəcəyimiz barəsində xəbərdarlıq etdik.

Operator xanım isə yəqin ki, rəhbərliyindən aldığı "ürəklə" "antireklam özü də bir reklamdır" deyə bizə kinayəli bir "naz da satdı".

Yəqin, əvvəllər daşınma zamanı əşyalarını qıraraq, yararsız hala salmaqla, 4.000 manat məbləğində ziyan vurduqları, heç ziyanını da ödəmədikləri müştərinin sosial mediada yayımlanan şikayəti, həmçinin avans verib işə aldıqdan sonra aylarla aldadaraq işlədib, maaşlarını vermədikləri sürücülərin mətbuatda yayımlanan şikayətləri onlar üçün "yaxşıca reklam" olub deyə, "ağızlarında şirə qalıb".

Dəyərli oxucularımız, dəyərli xalqımız, düşünürük ki, bu cür şirkətlərin, qurumların elə bu cür harınlamasına şəraiti yaradan xalq olaraq biz özümüzük.

Onların 1-2 belə səhvindən sonra xidmətlərindən imtina etsək, müştəri azlığını onlara yaşatsaq bizə hörmət etməyi öyrətmiş olarıq.

Onlar o qədər sözün əsl mənasında harınlayıb ki, artıq müştəri olan bütün vətəndaşları özlərindən çox-çox aşağıda görürlər.

Yazıda adı keçən hər iki şirkətin bir məmura məxsus olması, bir masaya "vurulan yumruğa sitayiş etməsi" onların eyni ölçüdə "şişməsi"nə şərait yaradıb.

Nədənsə, bəzi qurumların ən adi işçilərində belə onların "toxunulmaz" olduqları kimi absurd bir hiss var.

Səbəb isə "başlarında duran böyükləri"nin hər hansı bir məmur olmasıdır.

Amma, bir şeyi unudurlar ki, hüquqi dövlətdə "toxunulmaz" deyə bir vəzifə sahibi yoxdur. İstənilən halda hər kəsə toxunmağın bir yolu var.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
5-02-2021, 14:47
Binəqədi Rayon İcra Hakmiyyətində nələr baş verir?
21-12-2020, 13:07
“Xəstəxanada vəfat edən ərimin telefonu bizə qaytarılmır”
16-12-2020, 12:13
Elman nişanlı idi, təəssüf ki, toyunu görmək bizə qismət olmadı - Şəhid qardaşı
25-07-2020, 15:10
Bəzi vətəndaşlar 190 manatı niyə ala bilmir? - ARAŞDIRMA
14-06-2020, 12:07
Operativ Qərargah daha bir məlumat yaydı : Bu nömrələrə zəng edin
20-04-2020, 19:39
Ruhani İlham Əliyevə zəng etdi
Dün, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
Dün, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
Dün, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
Dün, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
Dün, 15:25
Şuşada mina partladı, xəsarət alan var
Dün, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
Dün, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var