Bəzi vətəndaşlar 190 manatı niyə ala bilmir? - ARAŞDIRMA
Gündəm / Cəmiyyət
Oxunub: 258
25 Tem 2020 | 15:10
Bəzi vətəndaşlar 190 manatı niyə ala bilmir? - ARAŞDIRMA Son günlərdə sosial şəbəkələrdə və xəbər saytlarında karantin dövründə 190 manatlıq birdəfəlik ödəmə alan şəxslərin kartlarının bloklanması və həmin kartlardan pul vəsaitinin geri çəkilməsi ilə bağlı məlumatlar yayılıb.
Elə Ağdam rayonundan məcburi köçkün düşmüş Allahverdi Quliyev də bu cür problemlə qarşılaşıb.
Onun sözlərinə görə, həyat yoldaşına məxsus kartda olan 190 manat vəsait onun xəbəri olmadan hesabdan silinib.
Müsahibimiz deyir ki, 5 nəfərlik ailədə yalnız həyat yoldaşı, Füzuli rayonunda qeydiyyatda olan Əfsanə Abbasova 190 manat birdəfəlik ödəniş alırmış. Ailəsi ilə birlikdə yataqxanada yaşadığını deyən vətəndaş iki ay bu yardımı alsa da, sonuncu ay yolunu gözlədikləri 190 manat onlara gəlib çatmayıb: “Yoldaşım 2 ay ərzində 190 manatlıq birdəfəlik ödənişi aldı. Amma 3-cü ayın pulunu vermədilər. Dedilər ki, sən hazırda xüsusi karantin rejiminin tətbiq olunmadığı Füzuli rayon qeydiyyatındasan. Ona görə də sizə bu pul düşmür. Amma biz Bakıda, yataqxanada yaşayırıq. Neçə dəfə də müraciət etmişik, deyirlər ki, 190 manatlıq birdəfəlik ödəmə sizə düşmür. Gah dedilər ki, karta pul oturub. Pulu gec çıxardığınıza görə həmin vəsait kartdan geri çəkilib. Kartınız bloklanıb dedilər. İndi də deyirlər ki, Füzuli rayonundan olduğuna görə sizə düşmür”.
Allahverdi Quliyev məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət də edib: “Sosial Müdafiə Fonduna da getmişik. Oradan dedilər ki, məsələ ilə bağlı məşğulluq idarəsinə yaxınlaşın. Bura da gəlmişik, deyirlər ki, bizlik deyil, yəqin ki, Füzuli rayonunun qeydiyyatında olduğuna görə pulu ala bilmirsən. Heç bir söz deyən yoxdur. Yuxarı da buraxmırlar, həyətdə qəbul edirlər. Hazırda Bakıda xüsusi karantin rejimidir. Əgər pandemiyaya görə Bakıya bu pul verilirsə, bizə niyə verilmir bu pul? Biz Bakıda yaşayan adamlarıq”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Əsmər Nəcməddinqızı bildirdi ki, bu cür hallar vətəndaşların şəxsi məlumatlarını sistemə düzgün daxil etməməsi səbəbindən yaranır: “Üçüncü ay üçün, yəni iyul ayı üçün 190 manat məbləğində birdəfəlik ödəmə verilən zaman vətəndaşın karantin zonasında yaşaması və ya karantin zonasında qeydiyyatda olması nəzərə alınırdı. Bəzi vətəndaşlar qeydiyyatdan keçən zaman öz faktiki yaşayış ünvanlarını ya qeyd etməyiblər və ya məlumatları əskik qeyd ediblər. Buna görə də bəzi vətəndaşlar karantin rayonlarında yaşasalar belə, elektron sistem üzərindən onların faktiki yaşayış ünvanları karantin zonasını əhatə etmədiyi üçün iyul ayının ödənişi həmin şəxslərə şamil olunmayıb”.
Məlumat üçün bildirək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, 190 manat almış müəyyən sayda şəxs 1 ay müddətində həmin vəsaitdən istifadə etməyib. Bu, insanlara birdəfəlik yardım üçün verilib və həmin vəsait kartdan çıxarılmayıbsa, deməli, həmin şəxslərin bu vəsaitə ehtiyacları olmayıb. “Əgər insan obyektiv səbəbdən, məsələn, xəstəlikdən o vəsaiti götürə bilməyibsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər” – deyə Prezidentin köməkçisi bildirib.

Həmidağa Məcidov,
Musa Qulammirzəyev
12-07-2020, 15:29
Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi
31-05-2020, 12:37
“190 manat iyunda da verilsin” - TƏKLİF
27-05-2020, 12:27
Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi
3-05-2020, 08:58
41 min şəxsə birdəfəlik ödəmə verilməyib - Səbəb nə olub?
15-04-2020, 23:16
Daha 20 min işsiz şəxs üçün birdəfəlik ödəniş köçürüldü
20-12-2018, 13:24
Aztəminatlı ailələrə birdəfəlik yardım veriləcək - SƏRƏNCAM
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
25-04-2024, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25-04-2024, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
25-04-2024, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
25-04-2024, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı