Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının direktoru həbs edilib
Gündəm / Hadisə
Oxunub: 473
15 Ara 2020 | 12:52
Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının direktoru həbs edilib “Ağcabədi Mərkəzi Rayon Xəstəxanası” Publik hüquqi şəxsin direktoru və digər vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir.
Belə tədbirlərdən biri kimi “Ağcabədi Mərkəzi Rayon Xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində işləyən Tahirov Fövzi Tahir oğlunun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Fövzi Tahirovun qeyd olunan vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən xəstəxananın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla 2020-ci ilin əvvəllərindən 30 noyabr 2020-ci il tarixədək olan müddət ərzində əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə həmin xəstələrin sənədlərinin aidiyyəti qurumlara göndərilməsi müqabilində ayrı-ayrı şəxslərdən sözügedən müəssisədə Ailə-Sağlamlıq şöbəsinin müdiri vəzifəsində işləyən Bəşirova Məhbubə Mübariz qızı vasitəsilə xəstəxananın inzibati binasındakı xidməti otağında ümumilikdə 10 min manat, xəstəxananın baş mühasibi Abbasov Nizami Əşrəf oğlu vasitəsilə ümumilikdə 5 min 300 manat, habelə qeydiyyatçı vəzifəsində işləyən Ağayeva Fatma Cahid qızı vasitəsilə ümumilikdə xeyli məbləğdə pul vəsaitini rüşvət qismində alaraq həmin pulu qabaqcadan əlbir olduğu şəxslərlə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd edilənlərlə əlaqədar, Baş İdarənin əməkdaşları tərəfindən Fövzi Tahirovun xidməti otağına və avtomobilinə baxış keçirilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən sosial kartlar, pul vəsaitləri və müxtəlif əlyazma qeydlər aparılmış bloknotlar aşkar edilərək sübut qismində götürülmüşdür.
Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda təqsirləndirilən şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqavilələrinin bağlanılması və ya müddətinin uzadılması müqabilində ayrı-ayrı şəxslərdən rüşvət alması, xəstəxanaya ayrılmış dərman vasitələrini mənimsəməsi hallarına dair əsaslı şübhələrin araşdırılması, habelə cinayətin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
18-11-2020, 15:35
Azərbaycanda vəzifəli şəxslər rüşvət alarkən YAXALANDI
28-08-2020, 11:54
Azərbaycanda baş həkimə cinayət işi açıldı - Tibb bacılarını qanunsuz olaraq...
24-08-2020, 16:43
Elmar Vəliyevin işçilərinin nəyə görə həbs edildiyi açıqlandı
13-08-2020, 14:17
DSMF-in vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair cinayət işi məhkəməyə göndərilib
7-05-2020, 13:45
Daha bir vəzifəli şəxs HƏBS EDİLDİ - RƏSMİ
12-01-2019, 13:28
Məşğulluq Mərkəzinin direktoru və baş məsləhətçisi tutulub
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır