“AzGold” MMC-nin rəhbəri həbs edilib
Gündəm / Hadisə
Oxunub: 369
24 Eyl 2020 | 10:43
“AzGold” MMC-nin rəhbəri həbs edilib Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salan bəzi sahibkarlıq subyektlərinin öz vəzifələrinin icrası zamanı yol verdikləri qanunsuz hallara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, həyata keçirilən tədbirlərin davamı kimi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaş müraciəti əsasında toplanmış materiallarla "AzGold” MMC-nin faktiki rəhbəri Muxtarov Müşfiq Rəhman oğlunun 2012-2014-cü illər ərzində özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən sui-istifadə etməklə maliyyə vəziyyətinə dair bilə-bilə yalan məlumatlar təqdim etdiyi "AccessBank” QSC-nin "Göyçay” filialı ilə aralarında bağlanmış kredit müqavilələri əsasında ümumilikdə 700 min ABŞ dolları məbləğində qanunsuz kredit vəsaitini götürərək, "AccessBank” QSC-yə külli miqdarda ziyan vurmasına, kredit vəsaiti üzrə həmin dövrün məzənnəsi ilə cəmi 572 min 377 manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə, "AccessBank” QSC-nin normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Araşdırmalarla, həmçinin Müşfiq Muxtarovun özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin iyulunda bir neçə vətəndaşı qızıl külçələrinin ölkə ərazisinə gətirilib-satılması biznesinə sərmayə yatırıb qazanc əldə etmək adı ilə aldatmaqla 3 şəxsə məxsus cəmi 2 milyon 19 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətlərə görə Müşfiq Muxtarov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə), 195.2-ci (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.
Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyənləşdirilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcək.
10-09-2020, 15:02
Küllli miqdarda dələduzluq edən şirkət rəhbəri həbs edildi
2-09-2020, 11:58
BŞİH-nin vəzifəli şəxsi barəsindəki cinayət işi məhkəməyə göndərilib
28-08-2020, 11:54
Azərbaycanda baş həkimə cinayət işi açıldı - Tibb bacılarını qanunsuz olaraq...
24-08-2020, 16:43
Elmar Vəliyevin işçilərinin nəyə görə həbs edildiyi açıqlandı
3-06-2020, 13:03
Tikinti şirkətinin vəzifəli şəxsləri barədə cinayət işi - Baş prokurorluq
7-05-2020, 13:45
Daha bir vəzifəli şəxs HƏBS EDİLDİ - RƏSMİ
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...