Bunları etməsək daha ciddi yoluxma riski ilə üzləşə bilərik! - DİQQƏT!
Gündəm / Cəmiyyət
Oxunub: 211
2 Ağu 2020 | 11:36
Bunları etməsək daha ciddi yoluxma riski ilə üzləşə bilərik! - DİQQƏT! Yeni növ koronavirusdan (COVİD-19) sağalanların sayının xəstələnənləri üstələməsi bizi sevindirir, amma bu gedişat heç kəsi arxayınlaşdırmamalıdır.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib: ""Pandemiya ilə mübarizə sahəsində bütün lazımi addımlar atılır"- ,bu sözləri cənab Prezident İlham Əliyev Şəkidə mobil tipli klinikanın açılışında söyləyib. Cənab Prezidentin söylədiyi kimi, son illərdə Azərbaycanda səhiyyənin geniş bazası və güclü potensialı yaradılıb. Hazırda ölkənin 46 klinikasında koronaviruslu xəstələr müalicə alır. Bu xəstəxanaların 41- i son illərdə Prezident İlham Əliyevin göstərişi ilə tikilib.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Koronavirus pandemiyası elan olunan kimi dövlət başçımız bütün bəşəriyyət üçün böyük təhlükə olan COVİD-19 infeksiyası ilə mübarizəni öz nəzarətinə götürdü, sistemli, ardıcıl və kompleks tədbirlər həyata keçirildi. Görülən tədbirlər və sərt karantin rejiminin tətbiqi nəticəsində bu ilin aprel ayının sonlarında epidemiya tam nəzarət altına alındı və lokallaşdı. Amma təəssüf olsun ki, may ayında karantin rejiminin yumşalması əks effekt verdi və qısa müddət ərzində yoluxma yenidən alovlandı. Xəstələnənlərin, o cümlədən, ağır xəstələrin sayı kəskin şəkildə artdı.
Cənab Prezident İlham Əliyevin sərəncamı ilə qısa müddətdə alınıb gətirilən və qurulan mobil tipli klinikalar xəstələrin stasionar müalicəsinin təmin olunmasında əvəzsiz rol oynadı. Əgər cənab Prezidentin önləyici addımları olmasa idi, həqiqətən də ciddi böhranla üzləşə bilərdik, necə ki, bir çox inkişaf etmiş Avropa dövlətləri xəstələri yerləşdirməyə yer, müalicə üçün cihaz və avadanlıq çatışmazlığı ilə üzləşdilər. Amma biz bu çətinliyi hiss etmədik. Çünki hələ mart ayında koronavirus pandemiyası ilə mübarizə üçün kompleks tədbirlərin görülməsi, o cümlədən, 10 ədəd mobil klinikanın yaradılması ilə bağlı dövlət başçısının sərəncam və tapşırıqları olub. Artıq bu klinikaların 9 - u istifadəyə verilib.
Bununla yanaşı, qısa müddətdə koronavirusla mübarizə vasitələrinin - tibbi maska, qoruyucu kombenzonların və dezinfeksiya edici məhlulların ölkədaxili istehsalı təmin olundu. Azərbaycan nəinki, özünün ehtiyaclarını ödəyə bildi, hətta 30-a yaxın dovlətə humanitar yardım da göstərmiş oldu".
Komitə sədri vurğulayıb ki, Azərbaycan Prezidentinin COVİD-19-la mübarizə ilə bağlı BMT-nin xüsusi sessiyasının çağırılması təklifi ilə çıxış etməsi və bu təşəbbüsün dünyanın 130 dövləti tərəfindən dəstəklənməsi artıq yeni bir tarixi dönəmin başlanmasıdır:
"Bu artıq ölkəmizin gücünün və nüfuzunun dünya birliyi tərəfindən ehtiraf edilməsi, tanınması və qəbul edilməsidir! Eyni zamanda onu da qeyd etmək lazımdır ki, pandemiyadan əziyyət çəkən sahibkarlara, fuziki şəxslərə, iş yerləri müvəqqəti bağlanan insanlara dövlət tərəfindən böyük dəstək göstərilmişdir və bu dəstək bu gün də davam etməkdədir.
Əlamətdar hadisədir ki, koronavirus pandemiyası ilə əlaqədar iqtisadi aktivliyin azalması, neft qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, ölkəmizdə bütün sosial layihələr uğurla davam edir, bir dənə də olsun ixtisara düşən, yaxud həcmi azaldılan sosial layihə yoxdur. Əksinə, yeni iş yerlərinin açılması, özünəməşğulluq proqramının daha da genişlənməsi, ünvanlı sosial yardımla əhatə olunan ailələrin sayının artması bir daha təsdiq edir ki, Azərbaycan sosial dövlətdir və insanların sosial rifahı daim dövlət rəhbərinin diqqəti mərkəzindədir.
Aparılan məqsədyönlü tədbirlər, o cümlədən, karantin qaydalarının yenidən sərtləşdirilməsi, maska rejiminin, sosial məsafənin qorunması, cərimələrin tətbiqi, ictimai qınağın və nəzarətin genişlənməsi nəticəsində son həftələr yaxşı nəticələr əldə edilməkdədir. Sağalanların sayının xəstələnənləri üstələməsi bizi sevindirir, amma bu gedişat heç kəsi arxayınlaşdırmamalıdır! May ayında arxayınlaşdıq və ağır nəticəni gördük: minlərlə yoluxma, yüzlərlə ölüm!".
M.Quliyev əlavə edib ki, əgər biz may ayında lazımi məsuliyyət nümayiş etdirsə idik, indiki və bəlkə də bundan sonra ola biləcək karantin məhdudiyyətlərinə ehtiyac olmayacaqdı:
"Amma keçənə güzəşt deyərlər və səhvlərdən nəticə çıxarmasaq daha ağır fəlakətlə üzləşə biləcəyimizi də yaddan çıxarmayaq. Tez- tez soruşurlar ayın 5-dən sonra karantin rejimi bitəcəkmi? Bu barədə son və həlledici qərarı Operativ Qərargah verəcək. Bizim söylədiyimiz ancaq subyektiv fikirlərimiz ola bilər. Ancaq mən bir həkim və sosioloq kimi söyləyə bilərəm ki, biz yaxın aylar üçün karantinin yalnız yumşalmasından danışa bilərik. Nə qədər koronavirusun vaksini və spesifik müaliçəsi yoxdur, bəşəriyyət karantin məhdydiyyətləri ilə yaşamağa məhkumdur.
Eyni zamanda, hər hansı formada insanlarımızın sosial və psixoloji gərginliyinin azaldılması, immunitetin artırılması üçün vacib olan hava, günəş və dəniz ehtiyaclarının ödənilməsi üçün şərait yaradılması üzərində də düşünməliyik. Əks halda oktyabr-noyabr aylarında daha ciddi yoluxma riski ilə üzləşə bilərik! Profilaktik tədbirlərin artıq keçici deyil, uzun müddətli, bəlkə də qalıcı xarakter alacağını da qəbul etmək zorundayıq.
Sosial məsafənin gözlənilməsi, maska rejimi, dezinfeksiya vasitələrdən istifadə, çox adamın bir yerə toplaşmaması, qapalı məkanlarda tədbirlərin keçirilmənəsi və s. profilaktik addımlar gündəlik həyat tərzimiz olacaqdır. Və ən əsası bu qaydalara hamımız əməl etməliyik, şüurlu şəkildə, məcburiyyət və nəzarət olmadan. Mən inanıram ki, biz bu sınaqdan da uğurla, üzü ag çıxacağıq".
29-07-2020, 09:32
Azərbaycan nümunəsi
25-07-2020, 15:50
Koronavirusdan sağalanların sayı durmadan artır: 9 milyonu ötdü
30-06-2020, 12:14
Kamran Bayramov: Cənab Prezidentin yeritdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycana daha böyük nüfuz və hörmət qazandırır
21-06-2020, 12:55
Musa Quliyev: Qanunla ağciyərin transplantasiyasının aparılmasına icazə verilir, amma...
9-06-2020, 16:44
Prezident və xanımı üç modul tipli xəstəxananın açılışında
18-04-2020, 20:00
Azərbaycan dövləti insanlara bu çətin zamanlarda yalnız olmadıqlarını bir daha göstərdi
Bugün, 15:13
Çimərlik şəhərciyində çılpaq toylarkeçiriləcək
Bugün, 15:09
Bakı sakini küçədə bıçaqlandı
Bugün, 15:01
Bakıda bu ərazilərdə qaz olmayacaq
Bugün, 14:52
Şagirdinə nalayiq mesajlar yazan müəllim işdən çıxarıldı
Bugün, 14:40
Müsavat parlament seçkilərinə qatılacaqmı?
Bugün, 14:36
"Borussiya" ÇL-in finalına yüksəldi
Bugün, 14:35
Kim Kardaşyan büsqaltersiz gəzdi
Bugün, 14:25
9-cu mərtəbədən yıxılıb sağ qaldı
Bugün, 14:21
Külli miqdarda rüşvət alan polkovnikə 14 il HƏBS CƏZASI
Bugün, 14:13
Tiktok-da saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
6-05-2024, 20:57
Dostunu diri-diri yandırdı: 20 dollara görə
6-05-2024, 20:46
Bakıda kişi özünü turnikdən asdı
6-05-2024, 20:42
Sərnişinin xuliqanlığına görə metroda qatarların hərəkəti yubandı
6-05-2024, 20:35
"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib
6-05-2024, 20:30
Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı
6-05-2024, 20:25
Dörd bürcü uğursuzluq və məyusluq gözləyir – XƏBƏRDARLIQ
6-05-2024, 15:03
Madonna çimərlikdə 1,6 milyon insana pulsuz konsert verdi
6-05-2024, 15:00
“Bayer” “Benfika”nın rekordunu təkrarladı
6-05-2024, 14:59
Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü
6-05-2024, 14:50
“6 ay ayaqlayın gəzmişəm”- Çingiz Mustafayev
6-05-2024, 14:47
Qar, leysan, güclü külək - Sabahın HAVASI
6-05-2024, 14:42
Azərbaycanda Məhərrəmlik ayı BU TARİXDƏ BAŞLAYACAQ
5-05-2024, 19:14
Küçədə qadının boğazını kəsib öldürdü
5-05-2024, 19:11
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir
5-05-2024, 19:09
Trampın qızı mini ətəkdə ictimaiyyət qarşısına çıxdı
5-05-2024, 19:06
Runi futbol əfsanələri ilə işləyəcək
5-05-2024, 19:02
Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb
5-05-2024, 18:58
Hacıqabulda FACİƏ: 17 yaşlı qız qlzılcadan öldü
5-05-2024, 18:55
Başı örtülü model geyimi ilə hamını təəccübləndirdi
5-05-2024, 18:53
“Qarabağ”da yeni müqavilə
5-05-2024, 18:50
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
5-05-2024, 17:37
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq
4-05-2024, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
4-05-2024, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
4-05-2024, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
4-05-2024, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
4-05-2024, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
4-05-2024, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
4-05-2024, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı