Ağstafa mədəniyyət şefi İH başçısı ilə niyə yola getmir? - Korrupsiya ittihamı..
Gündəm
Oxunub: 574
28 Kas 2018 | 13:28
Ağstafa mədəniyyət şefi İH başçısı ilə niyə yola getmir? - Korrupsiya ittihamı..Ağstafa Regional Mədəniyyət İdarəsi rəisi Ramiz Quliyev vaxtaşırı medianın gündəminə gəlməkdədir

Cahan.info-nun verdiyi məlumata görə, idarə rəisi bu dəfə fəaliyyətsizlikdə ittiham olunub.

Bu barədə dia.az-a məktub yazmış Cabir Novruzlu iddia edir ki, Ağstafa Regional Mədəniyyət İdarəsinə mühəndisin rəis təyin olunması acınacaqlı haldır.

Omun sözlərinə görə, mədəniyyətimizin bu gün belə çətinliklərlə üzləşməsi, geriləməsi elə bu kadrların ucbatından irəli gəlir.

“Qazax, Tovuz və Ağstafa rayon mədəniyyət şöblərini özündə birləşdirən regional mədəniyyət idarəsində ancaq hərcməclik və özbaşınalıqdır.

İdarənin rəisi Ramiz Quliyev isə gah canının hayında, gah da Bakıya gedib-gələrək yol ölçməklə məşğuldur. Onun Bakıya tez-tez gəlməsi ailəsinin burada yaşamağı ilə bağlıdır”, - deyə C.Novruzlu yazır.

İdarə rəisi hər Bakıya gəlib-gedəndə azı 200-300 manat xərcləmək lazım gəlir: “Üstəlik, Quliyevin Ağstafada kirayə qaldığı evin haqq-hesabı...

Yəni, Quliyevin aldığı əməkhaqqı ilə xərclərinin üst-üstə düşməməsi onunla izah edilir ki, mədəniyyət idarəsində şəffaflıq qətiyyən ola bilməz.

Kim deyə bilər ki, indiki zamanda mən evimizdən gətirib rəisi olduğum idarəyə xərcləyirəm? Demək, məsələ məlumdur. Bunun hüquqi təhlili belədir.

O da heç kimə sirr deyil ki, Ağsatafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə “danışmırlar”.

Burada isə əsas meyar Ramiz Quliyevin işdə yol verdiyi ciddi nöqsanlar, rüşvətxorluq və digər hallardır.

Lakin Ramiz Quliyev mədəniyyət naziri Əbülfəs Qarayevin kadrı olduğu üçün onu Ağstafadan Bakıya yola salmaq başçının səlahiyyəti daxilində deyil”.

C.Novruzlunun sözlərinə görə, Ramiz Quliyevin neqativ hallarla məşğul olması Qazax Rayon İcra Hakimiyyətin başçısı Rəcəb Babaşova da xoş gəlməyib.

Ağstafa mədəniyyətində uzun müddət can qoyan, tanınmış mədəniyyət işçisiGülgün Kərimov kimi bacarıqlı kadrlar ola-ola Ramiz Quliyevin göndərilməsi gülünc doğurur.

Cahan.infoxəbər verir ki, mediada R.Quliyevin fəaliyyətindən kitab-kitab məqalələr var. Ağstafa rayon Regional Mədəniyyət və Turizm idarəsində işləyın bir qrup işçisinin RealMedia.az-da çap olunan şikayət məktubunda vurğulanır ki,regional idarənin rəisi Ramiz Quliyev qurumu özünün şəxsi obyekti kimi idarə edir.

Ramiz Quliyev bütün qohum əqrabasına, tanışlarına ştalar açaraq onalrın adına yazılan əmək haqqlarını mənimsəyir və bu yolla dövlət büdcəsinə külli miqdarda ziyan vurur.

Qeyd edək ki, Ağstafa Regional Mədəniyyət və Turizm idarəsi Ağstafa, Qazax və Tovuz rayonlarını özündə birləşdirir.

Şikayət məktubunda bildirilir ki, Ramiz Quliyev regional rəis təyin ediləndən sonra hər üç rayonda fəaliyyət göstərən bütün turizm və istirahət mərkəzlərini, mədəniyyət müəssisələrini, mədəniyyət mərkəzlərini, klublarını müəyyən olunmuş məbləğdə “haqq”a oturdub.

İdarə rəisi büdcədən ayrılan əməkhaqqı və digər xərclər hesabına bu üç rayonnun mədəniyyət və turizm müəssisələrin rəhbərlərindən aylıq haqq alır. Bunun müqabilində isə bu üç rayonun mədəniyyət və turizm müəssisələrindəki “ölü canlar”a göz yumur.

Yəni faktiki olaraq Ağstafa Regional Mədəniyyət və Turizm idarəsi şəbəkə şəklində dövlət büdcəsinə ziyan vurmaqla məşğuldur. Lakin məsələ təkcə “ölü canlar”la bitmir.

İşçilər bildirirlər ki, bir ildən çoxdur regional idarənin rəisi vəzifəsinə təyinat alan Ramiz Quliyev güya müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsi ilə bağı saxta sənədlər tərtib edərək ölkə büdcəsini talamaqla məşbuldur.

Bir il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfinən Ağstafa regional idarəsinə ayrılmış büdcə vəsaitlərinin 20 faizi belə təyinatı üzrə istifadə edilməyib.

Regional idarənin balansında oaln mədəniyyət mərkəzlərinin, klubların və kitabxanaların saxlanılması üçün ayrılan vəsaitin böyük hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalara, müxtəlif silinmələr yolu ilə Ramiz Quliyev tərəfindən mənimsənilib.

Hazırda Ağstafa regional Mədəniyyət və Turzim İdarəsində elə bir ab-hava yaranıb ki, Ramzi Quliyevin ən yaxın adamları belə ondan narazıdırlar. Çünki idarə rəisi əldə etdiyi qazancı heç kəslə bölüşmür.

Büdcədən oğurlanan vəsaitlər Ramiz Quliyev çox ürəkləndirib. Çünki idarə rəisi ətrafı ilə keçirilən məclislərdə tez-tez daha böyük vəzifəyə təyin ediləcəyi ilə öyünür.

Hətta Ramiz Quliyev hər dəfə ətrafına “bir gün eşitsəniz ki, Ağstafa rayon icra başçısı Məhərrəm deyil Ramiz Quliyevdi o zaman çaş-baş qalmayın”, deyir.

Məlumata görə Ramiz Quliyevin bu iştahasından Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də xəbərdardır və ona görə də onlar yola getmirlər. Lakin regional idarənin müdirinə qarşı Məhərrəm Quliyevin səlahiyyətləri yetərli deyil.

Ağstafa regional idarənin işçiləri bildirirlər ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin Ramiz Quliyevin əməllərindən xəbəri yoxdur.

Çünki nazir sonuncu kollegiya iclasında açıq şəkildə qeyd elədi ki, “regional idarə rəisləri ilə bağlı mənə daxil olan bütün məlumatları araşdırıb lazımı təbirlər görəcəm”.

Mədəniyyət işçiləri ümid edirlər ki, nazir Ə.Qarayev yaxın aylarda Ramiz Quliyevin korrupsiya əməllərindən xəbər tutacaq və ona lazımı cəzanı verəcək.

Qarşı tərəfi dinləməyə hazırıq.
28-11-2018, 13:30
Tərtərçay Hidroqovşaq İstismar İdarəsi rəisi prezidentə qarşı - müdhiş talan...
26-11-2018, 12:44
DİN-in şöbə rəisi: "Bu il 112 qadın özünü öldürüb, onlardan 11 nəfəri azyaşlı qızlardır"
19-11-2018, 12:09
Gəncədən Bakıya gələn göygöz gəlin yoxa çıxdı - QAYINANASI AXTARIR
18-11-2018, 13:33
İcra başçısının yeyintilərinə görə sələmçi maliyyə rəisi təşvişdə - Beyləqan dosyesi...
18-11-2018, 13:24
Qara Qarayev adına İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında əlaqələr genişlənir
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...