Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Capar.info xəbər verir ki, 2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu texniki ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start veriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Yeni ikili diplom proqramı Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixli “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə müəyyən edilmiş ali təhsildə beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılır və dövlət hesabına maliyyələşdirilir.
İkili diplom proqramı Mühəndislik fakültəsinin inşaat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarını əhatə edir. Proqram çərçivəsində tədris tamamilə ingilis dilində aparılacaq. Tələbələr ilk 3 il Qarabağ Universitetində, son bir il isə İstanbul Texniki Universitetində təhsil alacaqlar. Təhsili uğurla başa vuran məzunlara hər iki universitetin diplomu təqdim olunacaq.
İkili diplom proqramı çərçivəsində İTÜ-nün professor-müəllim heyəti tədris prosesinə cəlb olunacaq, tələbələr Xankəndidə yaradılacaq müasir laboratoriyalarda təhsil alacaq, istehsalat təcrübəsini isə Türkiyədə keçəcəklər. Eyni zamanda Türkiyədə yay məktəbində də iştirak imkanı qazanacaqlar. Təhsil müddətində tələbələr nəzəri biliklərlə yanaşı, real layihələr üzərində çalışaraq layihələndirmə, istehsal, texnoloji proseslərin idarə olunması və mühəndislik həllərinin hazırlanması sahələrində peşəkar bacarıqlar qazanacaqlar.
Müasir laboratoriyalar, sənaye müəssisələri ilə əməkdaşlıq və praktik yönümlü tədris sayəsində tələbələr əmək bazarının tələblərinə uyğun kompetensiyalar əldə edə, ölkənin infrastrukturunun, sənayesinin və texnoloji inkişafının dəstəklənməsinə, eləcə də innovativ və dayanıqlı həllərin hazırlanmasına töhfə verməyə hazır mütəxəssis kimi formalaşacaqlar.
Qeyd edək ki, "QS World University Rankings 2027" nəticələrinə əsasən İstanbul Texniki Universiteti Türkiyə universitetləri arasında birinci, dünya universitetləri arasında isə 279-cu yerdə qərarlaşıb.
25-09-2020, 15:49
Universitetlər üzrə ən yuxarı və ən aşağı keçid balları olan ixtisaslar - SİYAHI
20-02-2024, 15:31
Xarici diplomların tanınması üçün bu tələb ləğv olundu
7-07-2026, 11:39
Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər
15-10-2024, 09:30
Kolleclərə direktor müavinləri təyin olunub - ADLAR
24-02-2025, 22:18
Sabah bəzi universitetlərdə tədris onlayn aparılacaq
6-01-2026, 22:42
İordaniya ilə bu İcraedici Əməkdaşlıq Proqramı təsdiqləndi
Dün, 15:29
Bakının bu ərazisində zibili eşşək arabası ilə yığırlar
Dün, 15:24
Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
Dün, 15:10
Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı
Dün, 15:05
AMEA Bakıdan köçürülür?
Dün, 15:02
Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Dün, 14:59
Baş Prokurorluq məlumat yaydı
Dün, 14:57
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Dün, 14:55
Xəzərlə bağlı həyəcan təbili: Hər il...
Dün, 14:53
DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq
Dün, 14:51
ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü
13-07-2026, 23:11
Bakıda qadın dənizdə boğuldu
13-07-2026, 23:09
Bakıda iki yaşlı körpə binadan yıxıldı
13-07-2026, 23:07
Sabah məhərrəm ayı başa çatır
13-07-2026, 23:05
Qızılın qiyməti görün neçəyə oldu
13-07-2026, 23:04
Azərbaycanda dövlət qurumu ləğv edildi
13-07-2026, 22:59
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
13-07-2026, 22:55
AYNA: Sürücülər ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar
13-07-2026, 22:52
Vətəndaşların nəzərinə: Yeni dövlət rüsumları QƏBUL EDİLDİ
13-07-2026, 22:50
Sabah 39 dərəcə isti olacaq
13-07-2026, 22:37
Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb
9-07-2026, 13:39
“Uğur-2″də maşınları yandıran şəxs saxlanıldı
9-07-2026, 13:36
Sabah 37 dərəcə isti olacaq
9-07-2026, 13:34
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
9-07-2026, 13:13
Almaniyada şok məhkəmə qərarı: "Əzabdan qurtarmaq" bəhanəsi ilə 15 nəfəri öldürən həkim cəzalandırıldı
9-07-2026, 13:11
Bu şəxslər işləməsələr də maaş alacaqlar
9-07-2026, 13:08
Ceyhun Bayramov: "Azərbaycanın Ermənistandan gözləntisi..."
9-07-2026, 13:05
Fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı
9-07-2026, 12:51
10 gün su olmayacaq - Bu ərazidə
9-07-2026, 12:48
Evində kamerası olanların DİQQƏTİNƏ! - Ali Məhkəmədən QƏRAR
9-07-2026, 12:46
Bağçalara qəbul başladı: Valideynlər nəyi necə etməlidir?
7-07-2026, 14:18
Beyni 13 il “cavanlaşdıran” vərdiş məlum oldu
7-07-2026, 14:17
Mərdəkanda dənizdə 16 yaşlı gənc batıb
7-07-2026, 14:15
Boşandıqdan sonra başqası ilə evlənirmiş - Kürəkənin güllələnməsinin təfərrüatı
7-07-2026, 14:14
Sənədi olmayan bəzi məhsulların ölkəyə gətirilməsi QADAĞAN EDİLİR
7-07-2026, 12:10
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
7-07-2026, 12:06
Avro bahalaşdı - MƏZƏNNƏ
7-07-2026, 12:03
Səhiyyə nazirinə yeni müavin təyin olundu
7-07-2026, 11:45
Türkiyə və Gürcüstan yük daşımalarını elektronlaşdırdı
7-07-2026, 11:39
Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər