Türkiyənin yeni qərarı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?Türkiyənin yeni qərarı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Gündəm
Oxunub: 0
4 Tem 2026 | 10:03
Türkiyənin yeni qərarı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?Türkiyənin yeni qərarı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Dünya ticarətinin ən mühüm dəniz qapılarından sayılan Bosfor və Dardanel boğazlarından keçid bahalaşıb. Türkiyənin tranzit rüsumlarını növbəti dəfə artırması ilk baxışda yalnız gəmiçilik sektoruna aid qərar kimi görünsə də, ekspertlər hesab edirlər ki, bu dəyişiklik Qara dəniz hövzəsində yükdaşımalara, logistika xərclərinə və region ölkələrinin ticarət əlaqələrinə də müəyyən təsir göstərə bilər.

Capar.info - xəbər verir ki, xüsusilə Qara dəniz marşrutu ilə idxal və ixrac həyata keçirən ölkələr üçün əlavə xərclərin yaranacağı bildirilir. Bunun fonunda diqqət çəkən əsas suallardan biri də qərarın Azərbaycan iqtisadiyyatına mümkün təsirləridir.

Liberal İqtisadçılar Birliyinin sədri mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Bosfor və Dardanel boğazlarında tranzit haqlarının artırılması Azərbaycanın xarici ticarətinə əsasən dolayı təsir göstərəcək. Onun sözlərinə görə, Qara dəniz istiqamətində daşınan yüklər üzrə logistika xərcləri müəyyən qədər arta bilər və bu əlavə xərclərin bir hissəsi yükdaşıma tariflərinə daxil edilə bilər. Bununla belə, rüsum artımı ümumi daşınma xərclərinin yalnız bir hissəsini təşkil etdiyindən təsirin məhdud olacağı gözlənilir.
İqtisadçı qeyd edib ki, Azərbaycanın idxal və ixrac əməliyyatlarında Qara dəniz marşrutundan istifadə edən şirkətlər müəyyən əlavə xərclərlə üzləşə bilərlər. Xüsusilə taxıl, metal, neft məhsulları və konteyner daşımalarında nəqliyyat tariflərinin cüzi artması mümkündür. Bunun bəzi məhsulların maya dəyərinə təsir göstərə biləcəyini deyən A.Nəsirli hesab edir ki, bu amil onların beynəlxalq bazarlardakı rəqabət qabiliyyətini ciddi şəkildə zəiflədəcək səviyyədə deyil.

Onun sözlərinə görə, Azərbaycanın əsas enerji ixracı boru kəmərləri vasitəsilə həyata keçirildiyi üçün Türkiyənin qərarının neft və qaz ixracına birbaşa təsiri yoxdur. Digər qeyri-neft məhsullarında isə daşınma xərclərinin artması daha çox seçilən marşrutdan və logistika zəncirinin strukturundan asılı olacaq.

A.Nəsirli vurğulayıb ki, bu qərar alternativ nəqliyyat marşrutlarının əhəmiyyətini daha da artırır və Orta Dəhlizin inkişafına marağı gücləndirə bilər. Onun fikrincə, Avropa ilə Asiya arasında yükdaşımaların şaxələndirilməsi fonunda Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirmək imkanı qazana bilər. İqtisadçı hesab edir ki, dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini artırarsa, ölkə həm tranzit gəlirlərini yüksəldə, həm də regional logistika mərkəzi kimi rolunu gücləndirə bilər:" Bu baxımdan, Türkiyənin qərarı qısamüddətli dövrdə bəzi daşınma xərclərini artırsa da, uzunmüddətli perspektivdə alternativ nəqliyyat dəhlizlərinin inkişafını sürətləndirən amillərdən biri kimi qiymətləndirilə bilər".
12-11-2021, 12:09
“Xəzər dənizindən Qara dənizə yollar uzansın” - ÇAĞIRIŞ
9-09-2020, 10:28
Rumıniya XİN: Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun potensialı böyükdür
23-06-2021, 10:34
Dünya bazarlarının Azərbaycan iqtisadiyyatına təsiri müsbətdir - Vüsal Qasımlı
10-01-2019, 12:37
Dünya iqtisadiyyatının üzərini qara buludlar alıb
31-03-2021, 10:01
Azad edilmiş ərazilərdə yaradılan nəqliyyat strukturunun Azərbaycana gətirəcəyi faydalar - ŞƏRH
18-11-2018, 13:26
Azərbaycan iqtisadiyyatına xarici investisiyalar artıb
Bugün, 10:50
Azərbaycan ABŞ-ı təbrik etdi
Bugün, 10:18
Azərbaycanda müəllim vəfat etdi
Bugün, 10:17
Suriya Prezidenti məşhur aktrisanı deputat təyin etdi
Bugün, 10:15
Sosial şəbəkələrdə nəzərdə tutulan tənzimləmə uşaqların psixi sağlamlığını qoruya bilər - RƏY
Bugün, 10:10
Həkimdən Ebola xəbərdarlığı: 'Dünya yeni kabusa hazır olmalıdır'"
Bugün, 10:07
Avropa çempionatında tarixi nəticəyə imza atan Azərbaycan cüdoçuları Vətənə qayıdıb
Bugün, 10:05
NATO 3 hissəyə bölünə bilər - Nauseda
Bugün, 10:03
Türkiyənin yeni qərarı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?Türkiyənin yeni qərarı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Dün, 14:22
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
Dün, 14:17
Kəmaləddin Heydərov generalı vəzifəsindən azad etdi - FOTO
Dün, 14:02
TƏCİLİ! Rusiya Polşaya qarşı hərəkətə keçir - ABŞ də təsdiqlədi
Dün, 13:59
Azərbaycanda yarımildə 41 mindən çox uşağa görə birdəfəlik müavinət təyin edilib
Dün, 13:25
Alimlərə əmr gəldi: yadplanetlilərə cavab vermək qadağan edildi
Dün, 13:19
Güclü zəlzələ oldu - Bu ölkədə
Dün, 13:17
İngiltərədə qadağan olundu, Azərbaycanda da edilə bilər?
Dün, 13:12
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək
Dün, 13:10
Ramanada dövlət torpaqlarını satan 11 nəfərə cinayət işi açılıb
2-07-2026, 14:40
Saatda beş ölüm: ABŞ şəhərlərinin havası haqqında şok hesabat
2-07-2026, 14:30
ETN məktəblərə internet xətti çəkir: 1.79 milyon xərcləyəcək
2-07-2026, 14:09
Bakı–Quba yolunda ağır qəza - ölən və yaralananlar var
2-07-2026, 14:06
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
2-07-2026, 14:01
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin edildi
2-07-2026, 12:57
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
2-07-2026, 12:54
Azərbaycan Mərkəzi Bankı (AMB) qızılın iyulun 2-nə olan rəsmi qiymətini açıqlayıb.
2-07-2026, 12:37
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
2-07-2026, 12:35
İyulun 12-də imtahan verəcək abituriyentlərin nəzərinə
2-07-2026, 12:19
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
2-07-2026, 12:17
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşdü
1-07-2026, 12:19
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
1-07-2026, 11:06
Fransada prezident seçkiləri bu tarixdə keçiriləcək
1-07-2026, 11:03
Türkiyə və Suriya arasında mühüm müzakirə
1-07-2026, 10:42
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
1-07-2026, 10:40
Azərbaycan nefti ucuzlaşdı
1-07-2026, 10:07
Ukraynanın dron alması üçün vəsait ödəndi
1-07-2026, 10:06
Göyçayda maşın kanala düşdü
1-07-2026, 10:04
Müharibədə yeni mərhələ: Zelenskinin 40 günlük planı
1-07-2026, 09:56
Çində təhsil müəssisələrində süni intellekt məcburi fənn olacaq
1-07-2026, 09:53
Bu ölkədə nəm salfetlərin satışı qadağan ediləcək: Səbəb nədir?
1-07-2026, 09:50
Ölkədə bir neçə gün yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq