Vardanyanın məhkəməsində şəhid jurnalistin qardaşı ifadə verdi
Gündəm
Oxunub: 17
30 Eyl 2025 | 21:51
Vardanyanın məhkəməsində şəhid jurnalistin qardaşı ifadə verdi
Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 30-da davam etdirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra sədrlik edən bildirib ki, əvvəllər məhkəmənin hazırlıq iclasında tərcüməçi qismində iştirak etmiş İslam Ağakərimov məhkəməyə teleqram vuraraq səhhəti ilə bağlı prosesdə iştirak edə bilməyəcəyini və bunun nəzərə alınmasını xahiş edib.

Qeyd edək ki, ötən iclasların birində təqsirləndirilən şəxs Ruben Vardanyan məhkəməyə müraciət edərək prosesdə əvvəllər tərcüməçi qismində iştirak etmiş İslam Ağakərimovun məhkəməyə dəvət olunmasını xahiş etmişdi. Məhkəmə də bununla bağlı İslam Ağakərimova bildiriş göndərməklə onu prosesə dəvət etmişdi.

Bundan sonra Ruben Vardanyanın müdafiəçisi Avraam Berman məhkəməyə müraciət edərək iclas protokolu ilə bağlı məlumat əldə etmək istədiklərini deyib. Həmçinin bildirib ki, müdafiə tərəfinin verdiyi vəsatətlərlə bağlı bəzi məhkəmə qərarlarının çıxarışları onlara təqdim olunub, digərlərinin də təqdim olunmasını xahiş edir.

Hakim Zeynal Ağayev iclas protokolları ilə tanışlıq üçün müdafiə tərəfinə bundan sonra da şərait yaradılacağını deyib. Çıxarışlara gəlincə isə bildirib ki, bununla bağlı hansı qərarların surətlərini almaq istədiklərini konkret göstərsinlər.

Proses zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam edib.

Zərərçəkmiş Şair Heydərovun hüquqi varisi Camal Heydərov ifadəsində övladının düşmənin açdığı atəş nəticəsində Laçında həlak olduğunu qeyd edib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Devid Cəlilovun hüquqi varisi Sevinc Cəlilova ifadəsində bildirib ki, övladı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində Ağdərədə həlak olub.

Zərərçəkmiş Cavid Zülfüqarovun hüquqi varisi Cavanşir Zülfüqarov ifadəsində oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olduğunu deyib.

Zərərçəkmiş Tofiq Alıyevin hüquqi varisi Fərid Alıyev ifadəsində bildirib ki, övladı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı snayper atəşi nəticəsində Xankəndidə həlak olub.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Sirac Abışovun hüquqi varisi Şirzad Səmədov ifadəsində qeyd edib ki, qardaşı Kəlbəcərin Susuzluq kəndində tankəleyhinə minanın partlaması nəticəsində həlak olub. O deyib: “Qardaşım AzTV-nin operatoru idi. Partlayış zamanı qardaşımdan başqa Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif Əliyev də həlak olub, dörd nəfər isə yaralanıb”.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkən Elkin Mirzəhmədov düşmənin açdığı atəşlər nəticəsində Xocalıda qəlpə yaraları aldığını söyləyib.

Zərərçəkən Rauf Hüseynov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib ki, düşmənin minaatandan atdığı mərminin partlaması nəticəsində xəsarət alıb. Həmin vaxt bir neçə nəfər həlak olub.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkən Orxan Bələdov ifadəsində deyib ki, düşmən tərəfindən Ağdərə rayonunun Canyataq kəndində onun da içərisində olduğu avtomobilin raketlə vurulması nəticəsində özü və bir neçə nəfər xəsarət alıb.

Zərərçəkən Eltun Məmmədov düşmənin açdığı atəş nəticəsində Şuşanın Daşaltı kəndində yaralandığını söyləyib.

Zərərçəkən Muxtar Əliyev ifadəsində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində Ağdamın Gülablı kəndində sağ ayağından güllə yarası aldığını, bir nəfərin isə həlak olduğunu deyib.

Digər zərərçəkən Nazir Cəlilov Şuşa rayonu ərazisində içərisində olduğu avtomobilin düşmən tərəfindən atəşə tutulması nəticəsində yaralandığını söyləyib.

Zərərçəkən Pərvin Babayev isə düşmənin artilleriya atəşi nəticəsində Şuşa rayonu ərazisində xəsarət aldığını vurğulayıb.

Zərərçəkən Emil Əliyev, Fərhad Rzayev və Əyyub Məmmədov düşmənin açdığı atəşlər nəticəsində Kəlbəcər istiqamətində xəsarət aldıqlarını deyiblər.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkən Vidadi Məmmədov bildirib ki, Laçında minatəmizləmə işləri zamanı düşmənin açdığı atəş nəticəsində xəsarət alıb.

Raqif Əliyev bildirib ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən Ağdərə rayonunun Canyataq kəndində içərisində olduğu avtomobilin raketlə vurulması nəticəsində özü və bir neçə nəfər yaralanıb, bəzi şəxslər isə həlak olub.

Zərərçəkən Əsgər Quliyev ifadəsində qeyd edib ki, düşmənin Şuşa istiqamətində açdığı atəş nəticəsində sağ ayağından xəsarət alıb. Bundan başqa, bir neçə nəfər həlak olub, bir neçə şəxs isə yaralanıb.

Digər zərərçəkənlər - Anar Əziz-zadə, Aydın Verdiyev, Yunis İsmayılov, Valeh Məmmədov, Əli Məhərrəmov, Ceyhun Həsənzadə, Nicat Teymurov, Eltəkin Həsənov, Yəhya Quliyev, Arif Abbasov, Vüsal Hüseynov, Əli Ələkbərov, Zaur Məmmədov, Vasif Osmanov, Mehti Mürsəlov və Əlizamin İsmayılov müxtəlif ərazilərimizdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatları və basdırdıqları minaların partlaması nəticəsində yaralandıqlarını bildiriblər.

Sonra zərərçəkmiş şəxslər barəsində məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
10-06-2025, 22:34
Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər
21-04-2025, 21:58
Xocalı soyqırımına rəhbərlik edənlərin adları açıqlandı -MƏHKƏMƏ
27-01-2025, 11:27
Ruben Vardanyanın məhkəməsi davam edir
6-01-2025, 20:54
Ruben Vardanyanın məhkəməsinin vaxtı AÇIQLANDI
29-12-2024, 11:51
Vardanyanın cinayət işi məhkəməyə göndərildi
27-05-2024, 20:23
Məhkəmədən Vardanyanla bağlı YENİ QƏRAR
11-11-2025, 19:41
Azərbaycan millisinin üzvü barədə cinayət işi açıldı
11-11-2025, 19:36
Uşaq inkişaf mərkəzində YANĞIN
11-11-2025, 19:33
Qadın yolda yatdı, “ayıq sürücü" pulunu oğurladı - Bakıda ŞOK
11-11-2025, 19:29
Jurnalist Ərdoğana sui-qəsd ittihamı ilə saxlanıldı
11-11-2025, 19:24
Lamin Yamal İspaniya millisindən uzaqlaşdırıldı
11-11-2025, 19:15
Rüşvət alan polis zabiti həbs olundu
11-11-2025, 19:13
Növbəti 2 həftədə qar kimi ağ şans zolağına çıxacaq BÜRCLƏR
11-11-2025, 18:57
9 gün əvvəl anası ilə birgə itkin düşən uşağın meyiti tapıldı
11-11-2025, 18:48
Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq"
10-11-2025, 14:04
Addımsayar proqramına görə İŞDƏN QOVULDU
10-11-2025, 13:58
"Araz" marketdə YANĞIN
10-11-2025, 13:56
Şahbuzda kişi arı sancmasından öldü
10-11-2025, 13:44
Bakıda gənc qız restoranda müştərini qarət etdi
10-11-2025, 13:40
37 minlik dələduzluq edən TUTULDU
10-11-2025, 13:38
Zərdabda 19 gün əvvəl qəzada yaralanan qadın Bakıda öldü
10-11-2025, 13:33
Uşaqlarını dərsdən yayındıran valideyn həbs olundu: Məktəbdə əxlaqsızlıq İDDİASI
8-11-2025, 18:22
Ərdoğan Azərbaycana gəldi
8-11-2025, 18:20
"Bayraktar Akıncı" PUA-sı Bakı SƏMASINDA
8-11-2025, 18:17
71 yaşlı qadın 102 yaşlı anasını öldürdü: "Baxmaqdan yorulmuşdum"
8-11-2025, 18:14
Arda Gülər "Real"ın ən yaxşı futbolçusu seçildi
8-11-2025, 18:01
ABŞ polisi Türkiyə vətəndaşını öldürdü
8-11-2025, 17:52
Soyuducuda süd saxlamaq üçün ən yaxşı yer haradadır?
8-11-2025, 17:41
Siyəzəndə yeniyetmə itkin düşdü - FOTO
8-11-2025, 17:34
"Qarabağ" - "Neftçi" oyunu üçün bütün biletlər satıldı
8-11-2025, 17:30
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar ediblər
7-11-2025, 19:18
Gürcüstanda azərbaycanlı kriminal avtoritet qətl sifariş etdi və..
7-11-2025, 19:09
Ronaldo Bekhemdən daha yaraşıqlı olduğuna əmindir
7-11-2025, 19:01
Bakıda 16 yaşlı qızı ərə vermək istədilər - Polis toyu dağıtdı 0 0
7-11-2025, 18:43
288 nömrəli tam orta məktəbdə Zəfər tədbiri
7-11-2025, 18:24
Bu ölkədə pis əhval-ruhiyyədə olan insanlar cəzalandırılır
7-11-2025, 18:21
Niyə aşpazlar dənli bitkiləri bişirməzdən əvvəl suya yağ əlavə edirlər?
7-11-2025, 16:14
Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
7-11-2025, 16:09
At hamilə qadını öldürdü
7-11-2025, 15:58
Rüşvət alıb saxta rəy verən ekspertin MƏHKƏMƏSİ BAŞLAYIR
3-11-2025, 20:51
Bakıda silsilə cinayət törədən saxlanıldı
3-11-2025, 20:49
Sumqayıtda köşkdə meyit tapıldı
3-11-2025, 20:45
Küçədə qovaladığı qadını öldürüb intihar etdi
3-11-2025, 20:42
Aktrisa ad günündə vəfat etdi
3-11-2025, 20:39
"Barselona" Harri Keyni transfer etmək istəyir