‘Atası bir tərəfdən deyir, savadsızam, o biri tərəfdən də...’ - ‘Nərmin işi’ndə yeni məhkəmə qalmaqalı
Gündəm / Hadisə
Oxunub: 141
22 Eyl 2023 | 10:58
‘Atası bir tərəfdən deyir, savadsızam, o biri tərəfdən də...’ - ‘Nərmin işi’ndə yeni məhkəmə qalmaqalı
Tovuz rayonunun Dondar Quşçu kəndində 4 il öncə 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi və 47 gün sonra kənddə yandırılmış meyitin tapılması məsələsi yeni məhkəmə çəkişməsinin predmetidir. Azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanov 18 il həbs cəzası alsa da, Nərminin atası ona ömürlük cəza verilməsini tələb edir.

Qarşı tərəfsə deyir ki, Şərif Quliyev bu tələblə şikayət vermək üçün qanunda nəzərdə tutulmuş müddəti heç bir üzrlü səbəb olmadan ötürüb. Bu üzdən, onun İlkin Süleymanovun cəzasının ağırlaşdırılmasından ötrü verdiyi apellyasiya şikayətini heç məhkəmə icraata götürüb baxa bilməzdi.

Şikayət gec verildiyindən, onu qəbul edib-etməmək məsələsilə əlaqədar hökm çıxarılan Gəncə Ağır Cinayətlər Məhkəməsində ayrıca məhkəmə iclası keçirilib. Məhkəməyə Nərminin atası da, təqsirləndirilən Süleymanovun vəkili də qatılıblar.

“Ən əsası, bir tərəfdən deyir ki, savadsızam, bilməmişəm. O biri tərəfdən də...”
Şərif Quliyev deyib ki, hüquqi savadı yoxdur, hökmü alandan sonra 20 gün ərzində apellyasiya şikayəti vermək lazım olduğunu bilməyib. Bu səbəbdən gecikmə olub. Amma digər tərəfdən də vaxtında elektron qaydada apellyasiya şikayəti göndərdiyini etiraf edib.

Süleymanovun vəkili Zabil Qəhrəmanov isə bildirib ki, məhkəmədə hökm oxunanda hakim 20 gün ərzində apellyasiya şikayəti verilə biləcəyini tərəflərə elan edib və bunu Quliyev də eşidib. Sonradan hökm yazılı şəkildə Quliyevlərə göndərilib və orada da mətnin sonunda bu qeyd var.

“Ən əsası, bir tərəfdən deyir ki, savadsızam, bilməmişəm. O biri tərəfdən də deyir ki, vaxtında onlayn şəkildə apellyasiya şikayəti göndərmişəm...”, - vəkilin sözləridir. Onun fikrincə, Şərif Quliyev yalan danışır. Müdafiəçi vurğulayıb ki, məhkəmə belə qanun pozuntusuyla verilmiş şikayəti qəbul edə bilməz.

Ancaq “Nərmin işi” üzrə hökm çıxarmış hakim Dadaş İmanov Şərif Quliyevin şikayətinin qəbul edilməsinə qərar verib.

Vəkil Zabil Qəhrəmanov bu qərarın özündən də apellyasiya şikayəti verib. Müdafiəçinin sözlərinə görə, Quliyevin dediklərində çoxsaylı ziddiyyətlər var və məhkəmə bunların heç birini nəzərə almadan, araşdırma aparmadan şikayəti qəbul edib.

“Bizə xəbərdarlıq olunmuşdu ki...”
Təqsirləndirilən şəxsin qardaşı Adil Süleymanov düşünür ki, baş verənlərin arxasında konkret plan dayanır:

“Bizə xəbərdarlıq olunmuşdu ki, geri çəkilməsəniz, şikayətləri davam etdirsəniz, daha da pis olacaq. Bir müddət əvvəl Şərif Quliyev kənddə yayıb ki, İlkinə ömürlük verdirəcəyik. Gəncə Apellyasiya Məhkəməsində ilk iclas keçirilən gün dedi ki, “şikayət verirəm”. Ondan xeyli əvvəl internet kanallarının birində demişdi bunu. O zaman niyə verməmişdi, müddəti ötürmüşdü? Deməli, arxasında dayananlar nə vaxt göstəriş verib, onda da şikayət eləyib...”.

Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi barədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən təqsirləndirilən şəxsin vəkilləri apellyasiya şikayəti verib. Lakin ilkin iclasda zərərçəkmiş tərəf də şikayətçi olduğunu bildirib. Onun şikayəti isə gec verildiyindən, qəbul edilib-edilməməsi məsələsi həllini tapanadək bu işə baxılması təxirə salınıb.
11-05-2022, 22:37
İşgəncəyə tab gətirə bilməyib təslim oldum - "Nərmin işi"ndə SİRLƏR AÇILIR
14-04-2022, 21:35
Nərmin qaçırılan gün onunla birlikdə olan sinif yoldaşı məhkəmədə ifadə verib
16-03-2022, 20:01
Nərmin Quliyeva cinayəti ilə bağlı iki şahid DANIŞDI
9-09-2021, 14:02
Tovuzda 10 yaşlı qızın qətli ilə bağlı daha bir cinayət işi ayrıca icraata verilib
12-08-2021, 10:19
10 yaşlı Nərminin qətli ilə bağlı XƏBƏR VAR
30-07-2020, 10:49
Nərminin qətlində təqsirləndirilən İlkinlə bağlı QƏRAR VERİLDİ
18-06-2026, 19:05
Rusiya Ukraynanın PUA mərkəzini vurdu
18-06-2026, 19:03
Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
18-06-2026, 18:59
İran uranı zənginləşdirməkdən çəkilir
18-06-2026, 18:57
Keçmiş vəkil hakim qarşısında
18-06-2026, 18:54
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
18-06-2026, 18:45
Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq