"Jurnalist adı niyə nüfuzdan düşdü?" - Rəşad Məcid yazır...
Gündəm / Mədəniyyət
Oxunub: 177
28 Ekm 2022 | 11:29
"Jurnalist adı niyə nüfuzdan düşdü?" - Rəşad Məcid yazır...
"Jurnalistlər həmişə xalqın savadlı, mədəni, ziyalı təbəqəsi sayılıblar. Bu keyfiyyətlərin daşıyıcısı olan həmkarlarımız bu gün də var. Onlar təvazökardırlar, abırlıdırlar, kənardan mətbuatımızın bugünkü mənzərəsinə baxıb köks ötürürlər. Jurnalist adı nəyə görə bu qədər nüfuzdan düşdü? Niyə cəmiyyət onlara əcaib və qorxulu məxluqlar kimi baxır, hətta bəzən kinayə və ironiya ilə yanaşırlar?"

capar.info xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid feysbuk hesabında paylaşım edib.

Onun paylaşımını olduğu kimi təqdim edirik:
"Bunun bir səbəbi özünü jurnalist adlandıranların bir-birinə tükənməz kin-küdurət bəsləməsi, bir-birini aşağılaması, gözdən salmasıdırsa, bir səbəbi də sosial şəbəkələrin yaratdığı asudəlikdə yerindən duranın jurnalist adına iddia etməsidir. İndi hamı yazır, çəkir, danışır və ictimaiyyət də bu “hamını” jurnalist simasında görür. Bu sektorda güclü özünütənzimləmə, sərt ictimai qınaq olmasa, fəsadları getdikcə dərinləşəcək.

Jurnalist və yazar adına iddia edənlərin ömründə bir kitab oxumamasından, tariximizə və mədəniyyətimizə nabələdliyindən çox danışırıq, deyirik, qınayırıq, yoruluruq.

Bəzən də özünü intellektual və ziyalı hesab edən neçə ilin jurnalistindən elə söz eşidirik ki, heyrətə gəlirik. Deməli, oxumayan, məlumatsız olan təkcə “iddialı” gənclər deyil, belələri yaşlılar arasında da var.

Neçə ilin jurnalisti verilişində Xalq şairi Ramiz Rövşənə atmaca atır, sonra deyir ki, son 30 ildə Anar nə yazıb ki? Halbuki bir az maraqlansa, görərdi ki, o, ömrünün 30 ilini dingiş şou proqramlara sərf edəndə Anar sakitcə öz yaradıcılığıyla məşgul olub, xalqımız, cəmiyyətimiz üçün bir çox vacib, sanballı və dəyərli əsərlər yaradıb. Anar bu 30 ildə 1000 səhifəlik “Yaşamaq haqqı” traktatını yazıb. “Yaşamaq haqqı” hər bir azərbaycanlının oxuması vacib, keçmişimizə güzgü tutan, gələcəyimizin yol xəritəsi olan Kitabdır. Anarın Heydər Əliyev mükafatına layiq görülmüş “ЛИК Азербайджана» üçcildliyindən, mədəni irsimizin bütün qatlarına işıq tutan “Söz dünyası” beşcildliyindən, eləcə də çoxlu sayda ədəbi-bədii əsərlərindən xəbərsiz olub pafos üfürmək ziyalıya, intellektuala, peşəkara yaraşmayan, naqis hərəkətdir. Qınadığımız mütaliəsiz cavanlara belə “nümunə” göstərməklə onlar, əslində, cəmiyyəti qaranlığa və xaosa sürükləyirlər. Unudurlar ki, dürüst yol axına qoşulub bulanıq sulara qarışmaq yox, tərsinə, mənbəyə üzüb duruluğa çıxmağa çalışmaqdır".
16-08-2022, 20:59
Jurnalist YOXA ÇIXDI
20-07-2022, 13:57
Tanınmış jurnalist mətbuat katibi TƏYİN OLUNDU
28-05-2022, 14:37
Jurnalist Zöhrab Əliyev azadlığa buraxıldı
12-08-2020, 11:47
Tanınmış jurnalist vəfat etdi
1-06-2020, 16:03
Rusiyada 400-dən çox jurnalist koronavirusa yoluxub
1-05-2020, 22:30
Saç salonunun özünü jurnalist kimi təqdim edən sahibi cərimələnib
Dün, 14:27
"Vaşinqtona etimad göstərmirik" - İran
Dün, 11:37
Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
Dün, 11:16
TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək
Dün, 11:04
“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”
Dün, 11:02
Hörmüz boğazını İran idarə edəcək - Qalibaf
Dün, 10:55
Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi
Dün, 10:52
Qızıl və gümüş ucuzlaşdı
Dün, 10:47
Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto
Dün, 10:44
“Azeri Light” 80 dollara satılır
Dün, 10:39
Mərdəkanda dənizdə 4 nəfər batdı: Üçünün meyiti tapıldı
22-06-2026, 23:50
Bu həftə 4 gün işləyəcəyik
22-06-2026, 23:47
Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr
22-06-2026, 23:40
Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib
22-06-2026, 23:35
Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən
22-06-2026, 23:26
Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb
22-06-2026, 23:20
Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar
22-06-2026, 23:11
Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?
22-06-2026, 23:03
Sosial müavinət və təqaüd alanlarla bağlı ŞAD XƏBƏR
22-06-2026, 22:56
Orduda xidmət edən hərbçilərin saçları ilə bağlı mühüm qərar
18-06-2026, 19:05
Rusiya Ukraynanın PUA mərkəzini vurdu
18-06-2026, 19:03
Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
18-06-2026, 18:59
İran uranı zənginləşdirməkdən çəkilir
18-06-2026, 18:57
Keçmiş vəkil hakim qarşısında
18-06-2026, 18:54
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
18-06-2026, 18:45
Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək