Gecə klubundakı partlayışa görə tutulanlara HÖKM OXUNDU
Gündəm / Hadisə
Oxunub: 84
6 Ekm 2022 | 21:28
Gecə klubundakı partlayışa görə tutulanlara HÖKM OXUNDU
“Location” gecə klubundakı partlayışa görə ittiham olunan Rəsul Rəsulov, Orxan Səfərov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

capar.info -ya APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, ittiham olunan şəxslər verilmiş maddələrlə təqsirli bilinərək - Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il azadlıqdan məhrum edilib.
Onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Ruslan Məmmədova sınaq müddəti seçilməklə şərti cəza verilib.

Hakim Faiq Qəniyev bildirib ki, təqsirləndirilən Orxan Səfərli tərəfindən dəymiş ziyan tam ödənilib. Hökmdə, həmçinin Orxan Səfərli və Ruslan Məmmədovun himayəsində azyaşlı övladları olması nəzərə alınıb.

Xatırladaq ki, bu il aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

Toplanmış ilkin sübutlarla qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İttiham olunan şəxslər barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Sonradan iş üzrə təqsirləndirilən Ruslan Məmmədov ev dustaqlığına buraxılıb.

Cinayət işi üzrə 52 nəfər zərərçəkmiş qismində tanınıb.
23-05-2022, 19:31
Vüqar Səfərli ciddi rejimli həbsxanaya göndərildi
13-04-2022, 19:08
Bakıda 50 minlik qızıl boyunbağı oğurlayanlara hökm oxundu
3-04-2022, 22:16
Türkiyənin Azərbaycandakı səfiri gecə klubundakı partlayışla bağlı paylaşım edib
4-02-2022, 09:17
Rektorun müşavirini və komendantı bıçaqlayan şəxsə HÖKM OXUNDU
12-01-2022, 20:06
Vüqar Səfərli ilə birgə ittiham olunan şirkət rəhbəri apellyasiya ŞİKAYƏTİ VERİB
7-10-2021, 11:10
Neftçalada azyaşlı qohumuna cinsi təcavüz edən şəxs 14 il 6 ay azadlıqdan məhrum edilib
Dün, 16:09
Pezeşkian İran prezidenti seçildi
Dün, 16:05
12 yaşlı qızın üstünə şüşə düşdü - Qanaxmadan ÖLDÜ
Dün, 16:02
Onu sancan ilanı iki dəfə dişləyib öldürdü
Dün, 15:56
Bakıda yeniyetmələr moped oğurladılar
Dün, 15:53
Aeroport yolunda QƏZA – Tıxac yarandı
Dün, 15:50
NASA-nın iki kosmonavtı Yerə qayıda bilmir
Dün, 15:45
“Qarabağ”ın cavab oyununun vaxtı açıqlandı
Dün, 15:42
Qubada FACİƏ: Göldə batdı
Dün, 15:40
AVRO-2024: Türkiyə, yoxsa Niderland?
Dün, 15:38
Prezident: Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq
4-07-2024, 13:26
Almaniya səfiri Merih Demirala görə nazirliyə çağırıldı
4-07-2024, 12:57
FHN-dən çimərliklə bağlı əhaliyə MÜRACİƏT
4-07-2024, 12:48
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı QƏRAR VERDİ
4-07-2024, 12:40
Gəncədə gözəllik salonunda ŞOK OLAY: arvadının üstünə kislota atdı
4-07-2024, 12:38
“Toplum TV” işinə görə tutulan daha iki nəfərin həbs müddəti uzadıldı
4-07-2024, 12:35
Həftə sonu bəxti gətirəcək bürclər: Karyera yüksəlişi, uğur...
4-07-2024, 12:33
Amerikalılar aya endi - Ruslar təsdiqlədi
4-07-2024, 12:31
Avropada yaşamaq üçün ən yaxşı şəhər açıqlandı
4-07-2024, 12:24
Şəkidə həkimi maşın vurdu
4-07-2024, 12:22
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
2-07-2024, 21:36
120 saniyəyə necə yuxuya getmək olar?
2-07-2024, 21:34
Sançes, Sensi və Klassen "İnter"dən ayrıldı
2-07-2024, 21:32
İnsanlar kimisə evlənmək üçün necə seçirlər? - Qeyri-adi nəzəriyyə
2-07-2024, 21:29
Tibb Universitetinin professoru VƏFAT ETDİ
2-07-2024, 21:26
Damlanın İranda hicabsız konsert verdiyi salon bağlandı
2-07-2024, 21:23
Manaf Ağayev Afət Fərmanqızına ev bağışlayıb
2-07-2024, 21:16
İyulun 2-nin ən xoşbəxt BÜRCÜ: Xoş sürpriz gözləyin
2-07-2024, 21:11
Tez və inanılmaz dadlı şam yeməyi: Kartoflu skumbriya
2-07-2024, 21:05
Bakıda həbsxanada DAHA BİR ÖLÜM
1-07-2024, 23:38
MMA döyüşçülərinə HÖKM OXUNDU
1-07-2024, 23:35
Mingəçevirdə məktəbdən 8 min manatlıq oğurluq
1-07-2024, 23:34
"Qalatasaray"ın yeni transferi İstanbula gəlib
1-07-2024, 23:33
İnsanlar niyə xəyanət edir? - Psixoloqdan maraqlı açıqlama
1-07-2024, 23:31
Dünyanın ən güclü telefonu – Rəsmi buraxılış olmayıb
1-07-2024, 23:28
Emin Əmrullayev onu işdən çıxardı
1-07-2024, 23:22
Tovuzda DƏHŞƏT: 66 yaşlı kişini döyüb öldürdülər
1-07-2024, 23:21
Bu sadə vərdişlər ömrü uzadır
1-07-2024, 23:19
Azərbaycanda 5 yaşlı uşaq hündürlükdən yıxılaraq öldü
1-07-2024, 23:16
Fransa 1/4 finalda