Paşinyan növbəti dəfə rəzil duruma düşdü
Dünya
Oxunub: 397
7 Ekm 2020 | 12:08
Paşinyan növbəti dəfə rəzil duruma düşdü Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə BBC-nin müxbirinin sualları qarşısında aciz vəziyyətə düşərək pərt oldu.
Bundan əvvəl BBC-nin "HARDTalk” proqramında özünü rüsvay edən Paşinyan bu dəfə jurnalist Conah Fişerin ədalətli və sərt suallarını cavablandıra bilməyərək rəzil duruma düşdü.
Ermənistanın baş naziri hər müsahibəsində məntiqsiz, absurd, bir-birinə tamamilə zidd olan fikirlər söyləməklə artıq bütün dünyada qeyri-ciddi siyasətçi kimi qəbul edilir. Verilişdə "Qarabağ Ermənistan torpağıdır” kimi cəfəng, təxribatçı sözlər söyləyib ardından başqa bir müsahibəsində "biz güzəştə hazırıq” deməsi onun nə dərəcədə qeyri-ciddi olmasının göstəricisidir.
Ermənistanın baş nazirinin düşünmədən, məsuliyyətsizcəsinə verdiyi cavablara görədir ki, jurnalist Conah Fişerin ona "Sizin bu cür danışığınızdan belə görünür ki, siz razılığa yer qoymamısınız” deyir. Jurnalistin "Siz münaqişəni başa çatdırmaq üçün Dağlıq Qarabağın ətrafındakı əraziləri geri qaytarmağa hazırsınızmı?” sualına "bu, bir səbəbdən yerinə yetirilmədi. Azərbaycan Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi hüququnu tanımaqdan imtina etdi”, - deyə cavab verməsi ilə Paşinyan özünü daha gülünc vəziyyətə saldı. Axı jurnalist ona Dağlıq Qarabağa bitişik işğal olunmuş rayonlarla bağlı sual verir. Məlum olduğu kimi, bu rayonlarda heç vaxt ermənilər yaşamayıb və burada hansı müqəddəratdan söhbət gedə bilər?!
BBC-nin müxbirindən "İyirmi ildən çoxdur ki, Ermənistan Dağlıq Qarabağı və ətraf əraziləri qeyri-qanuni şəkildə işğal edib” sözləri qarşısında düşdüyü vəziyyətin daha da çətinləşdiyini görən Paşinyan buna söz tapa bilməyib "Üzr istəyirəm bu, həqiqətə uyğun deyil” deməklə kifayətlənsə də, jurnalistin ard-arda "Bu, həqiqətə uyğundur. Beynəlxalq hüquqa, BMT Baş Assambleyasının bəyannamələrinə baxın”, "Siz demək istəyirsiniz ki, sizin tarixi iddianız var, lakin beynəlxalq hüquq qarşısında siz səhvsiniz”, "BMT qətnamələrində yazılıb ki, o torpaqlar Azərbaycana aiddir. Gəlin bunu dəqiq qeyd edək” kimi suallar yağdırması Ermənistanın baş nazirinə tərs sillə effekti yaratdı və təbii ki, ənənəsinə uyğun olaraq o, suallara cavab verməkdən yayındı, məntiqsiz fikirlər söyləyib sərsəmləməyə başladı.
Beləliklə, Paşinyan özünü növbəti dəfə dünya ictimaiyyətinin qarşısında rüsvay etdi. O, yenə də acı həqiqətlər qarşısında pərt durumda qaldı. Ermənistanın baş naziri bu vəziyyətə artıq öyrəşib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə debatlarda iştirak edərək dövlətimizin başçısının tarixi faktlara əsaslanan fikirləri qarşısında söz tapa bilməyib gülünc vəziyyətlərə düşüb. Xarici jurnalistlərin suallarını cavablandırarkən də o, hər dəfə kəkələyərək nəsə demək istəyir. Lakin hər zaman olduğu kimi, heç bir fakta əsaslanmayan, siyasi reallığa uyğun olmayan fikirlər söyləməklə nə qədər savadsız və məntiqsiz olduğunu bütün dünyaya nümayiş etdirir.
Budəfəki rüsvayçı müsahibəsində də Paşinyan nə dərəcədə savadsız, səriştəsiz "siyasətçi” olduğunu bir daha bütün dünyaya göstərdi.
16-08-2020, 11:52
“Paşinyanın BBC-yə müsahibəsində ədalətli jurnalistika gördük" - Prezidentin köməkçisi
15-08-2020, 14:13
Hikmət Hacıyev: Biz Paşinyanın özünü komik vəziyyətə salmasının Münhendə Prezident İlham Əliyevlə debatı zamanı da şahidi olmuşduq
15-08-2020, 13:16
Paşinyan məğlub tərəf olmasını artıq özü də qəbul edib
14-08-2020, 16:22
Paşinyan BBC-nin efirində pis vəziyyətə düşüb
14-08-2020, 13:38
Brayza: Ermənistana hərbi texnika tədarük etməklə Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində etimadı itirir
30-12-2018, 16:11
Elçin Mirzəbəyli: Nikol Paşinyanın Rusiyaya səfərinin nəticələrini onun növbəti uğursuzluğu kimi qiymətləndirmək olar
Bugün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Bugün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Bugün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Bugün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Bugün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Bugün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Bugün, 22:53
Ronaldo serialda rol alacaq
Bugün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Bugün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Bugün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...