Hacı Şahin: "Bu, xoşagəlməz nəticələrə gətirib çıxara bilər"
“İnsanların kütləvi şəkildə şəhidlərimizin dəfnində iştirak etməsi başa düşüləndir. Bu, şəhidlərimizin ruhuna sayğının əlamətidir. Amma mən bir din xadimi kimi xahiş edərdim ki, hazırkı vəziyyət nəzərə alınaraq, dəfn mərasimlərində koronavirusla bağlı qaydalara riayət olunsun. Dəfn mərasimlərində insanlar mümkün qədər sosial məsafəni gözləsin, maskalardan istifadə etsinlər”.Bunu Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli bildirib.
Onun sözlərinə görə, hər iki məsələ - istər insanların sağlamlığı, istərsə də torpaqlarımızın işğaldan azad edilməsi dövlətin təhlükəsizliyi üçün önəmli məsələlərdir: “Biz hər iki dəyəri bir-biri ilə tamamlamalıyıq, ikisinə də diqqət etməliyik. Ona görə də din xadimi olaraq dəfələrlə insanlara müraciət edəndə bu məsələlərə toxunmuşuq ki, insanlar vəziyyəti nəzərə alaraq, xüsusilə yoluxma dinamikasının olduğu bu günlərdə mütləq maska taxsınlar və qaydalara riayət etsinlər. Çünki insan sağlamlığı həm də dinimizin çox böyük önəm verdiyi məsələdir. İnsanın qəsdən özünü təhlükəyə atması, eyni zamanda başqa insanları yoluxdurması həm dini, həm də hüquqi nöqteyi-nəzərdən yolverilməz haldır.
Dediyim kimi, şəhidlərimizin dəfnində iştirak başa düşüləndir, anlayışla qəbul edilir, amma bu, əsas vermir ki, heç bir qaydaya əməl etməyək. Bu, yoluxmanın kəskin artmasına gətirib çıxarır və hər birimiz üçün böyük məsuliyyətdir. Ona görə də xahiş edərdim ki, insanlar bu məsələyə ciddi riayət etsinlər”.
Hacı Şahin qeyd edib ki, bu məsələ əsgərlərin sağlamlığı üçün də vacib məsələdir: “Əsgərlərin sağlamlığı bizim üçün çox önəmlidir. Çünki əsgərlər Vətənin keşiyində dayanırsa, torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyatlar aparırsa, ən önəmli məsələ onların sağlamlığıdır. Yoluxmanın artması döyüş bölgəsinə də sirayət edə, bu da acı nəticələrə gətirib çıxara bilər. Ona görə də son dərəcə məsuliyyətli olmalı, hər iki məsələyə eyni dərəcədə yanaşmalıyıq.
Əsgərin sağlamlığı olmasa, o, Vətənin keşiyində dayana bilməz, Allah eləməsin, əsgərlər arasında yoluxma olarsa, bu, xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Hamımızın diqqəti Vətən müharibəsindədir, xalqımızın ürəyi bu məsələ ilə döyünür, amma eyni zamanda ayıq-sayıq olmalı və koronavirusla mübarizəyə də ciddi yanaşmalıyıq. Koronavirus ümumbəşəri bəladır, xüsusilə indiki həssas məqamda hər mənada öz təhlükəsizliyimizin, sağlamlığımızın qayğısına qalmalıyıq”.
30-07-2020, 10:51
Bir neçə əsas sahələrdə yumşaldılma ola bilər
29-07-2020, 09:34
QMİ rəsmisi: “Bu il kütləvi şəkildə qurban kəsimi üçün yer ayrılmayıb”
1-07-2020, 11:39
Məsuliyyət maska taxmayanların üzərinə düşür - Əhaliyə RƏSMİ MÜRACİƏT
3-06-2020, 13:12
Azərbaycanda koronavirusla bağlı TƏHLÜKƏ
29-05-2020, 10:53
Toy etmək istəyənlərə - MÜHÜM XƏBƏR
8-01-2019, 14:30
QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri “House of One-Vəhdət Evi” Fondunun sülhməramlı səfiri seçilib
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...