Deputat: Cəmiyyətə nümunə olmalı olan şəxslərin iştirakı ilə toy mərasiminin keçirilməsi təəssüf hissi doğurur
Cəmiyyət
Oxunub: 292
24 Ağu 2020 | 11:23
Deputat: Cəmiyyətə nümunə olmalı olan şəxslərin iştirakı ilə toy mərasiminin keçirilməsi təəssüf hissi doğurur Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparmaqda davam edir və bu mübazirə çərçivəsində bir sıra qadağalar həyatımızda məcburiyyətə çevrilib. Ən mühüm qadağalardan bir də təbii ki, virusun sürətlə yayılması üçün münbit şərait yaradan kütləvi tədbirlərin keçirilməsi ilə bağlıdır. Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, hər bir xalqın özünəməxsus adət-ənənələri, mədəni davranışları mövcuddur: “Xalqların bu adət-ənələri bir çox hallarda insanların kütləvi toplaşması ilə müşahidə olunur. Bu adət-ənənələrin ən mühüm parçalarından biri isə toy və yas mərasimlərinin keçirilməsidir. Toy və yas mərasimləri bütün xalqların həyatında qədim tarixdən gələn bir ənənədir. Hər zaman hər bir valideyinin ən böyük arzularından biri övladının toy mərasimi keçirmək, yaxınları, əzizləri ilə birgə bu günü görmək olub. Təəssüflər olsun ki, koronavirus pandemiyası bizi bu gözəl adət-ənənəmizdən müyyən müddətlik uzaq salıb.
Əfsuslar olsun ki, hələ ki, başqa yolumuz yoxdur, nə qədər ki, virusa qarşı peyvənd və ya tam effektli müalicə üsulu tapılmayıb, bu bəlanın diqtə etdiyi şərtlər altında yaşamağa məcburuq.
Dövlətimiz virusun yayıldığı ilk dövrlərdən bütün qabaqlayıcı tədbirləri həyata keçirməyə başladı, cənab Prezident ölkəmizin bütün imkanlarını insanlarımızın sağlamlığının qorunmasına səfərbər etdi. Dövlətimiz virusla mübarizə aparmaq üçün milyardlarla manat vəsait ayırdı, eyni zamanda iqtisadiyatımız zərər gördü. Həkimlərimiz, polislərimiz və digər peşə sahibləri virusla mübarizə aparmaq üçün gecə-gündüz çalışdılar və bu gün də çalışırlar. Bir sözlə bu virusla mübarizədə dövlətimiz böyük əmək sərf edir. Virusla mübarizənin mühüm elementləridən biri də maarifləndirmə işlərinin aparılmasıdır. İlk gündən cəmiyyəti virusla bağlı maarifləndirmək üçün geniş təbliğat işləri aparıldı və bu gün də davam etməkdədir.
Təbi ki, bu maarifləndirmə işlərində tanınmış şəxslər, o cümlədən millət vəkilləri, müxtəlif vəzifə sahibləri, həkimlər, ziyalılar, elm və mədəniyyət xadimləri və digər insanlar xüsusi rol oynayırlar və oynamalıdırlar, çünki onlar cəmiyyətə bir nümunə olmalıdırlar ki, aparılan işlər daha yaxşı nəticə versin.
Lakin təəssüflər olsun ki, dövlətimiz tərəfindən görülən bu qədər işlərə, virusla bağlı qoyulan qadağalara rəğmən son günlər müxtəlif vəzifəli şəxslərin, millət vəkillərinin və cəmiyyətə nümunə olmalı olan digər tanınmış şəxslərin iştirakı ilə toy mərasiminin keçirilməsi günümüzün əsas mövzusuna çevrilib. Əlbəttə ki, bu hadisə haqlı olaraq cəmiyyətimizdə narazılıq və hiddət doğurub, çünki əvvəla bu virus vəzifəli və ya sıravi şəxs deyə kiməsə fərq qoymur, digər tərəfdən isə qanun hər kəs üçün eynidir və hətta vəzifəli şəxslər qanun qarşısında daha böyük məsuliyyət daşıyır. Virusun dünyada tüğyan etdiyi və təhlükə saçdığı bir dövrdə toy mərasiminin keçirilməsi və orada iştirak etmək heç cür başadüşülən deyil, ələxsus da vəzifəli və tanınmış şəxslərin həmin mərasimdə iştirakı böyük təəssüf hissi doğurur.
Əlbəttə ki, Azərbaycan hüquqi dövlətdir və vəzifəsindən, cəmiyyətdəki statusundan asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və hər kəs öz əməlinə görə qanun qarşısında cavab verməlidir. Təbii ki, məlum toy mərasiminin təşkilatçıları və iştirakçıları da qanunla öz cəzalarını aldılar və cəmiyyətimiz də bir daha gördü ki, heç kim qanundan üstün ola bilməz.
Mən bir daha cəmiyyətimizi, insanlarımızı bu həssas dönəmdə kütləvi tədbirlərdən çəkinməyə çağırıram. Gəlin bir az da səbr edək, dözümlü olaq ki, bu bəladan daha tez xilas olaq. Xilas olaq ki, yenə də öz gözəl adət-ənənələrimizə, toylu-büsatlı günlərimizə qayıda bilək”.
14-08-2020, 11:09
Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır - Afət Həsənova
22-07-2020, 13:55
İlham Əliyev: "Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb"
7-07-2020, 16:03
Modul tipli xəstəxanaların inşası pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir
4-07-2020, 12:34
BŞİH əməkdaşların kütləvi şəkildə koronavirus testindən keçirilməsi xəbərlərinə aydınlıq gətirdi
30-06-2020, 12:14
Kamran Bayramov: Cənab Prezidentin yeritdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycana daha böyük nüfuz və hörmət qazandırır
29-05-2020, 10:53
Toy etmək istəyənlərə - MÜHÜM XƏBƏR
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü