Nazirlik rəsmisi deputatın iradlarına cavab verdi
Sosial
Oxunub: 238
11 Eyl 2020 | 13:06
Nazirlik rəsmisi deputatın iradlarına cavab verdi Millət vəkili Vüqar Bayramov öz facebook hesabında paylaşdığı postda əlilliyin təyinatındakı çətinliklər, müraciətlərə imtinalar, o cümlədən Füzuli rayonu üzrə statistik məlumatlarda bir sıra yanlışlıqlara yol verib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.
Onun sözlərinə görə, əslində bu ilin 8 ayında Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə 217 şəxsə dair ümumilikdə 255 göndəriş (Forma 088) rəsmiləşdirilib. Onlardan 114-ü ilkin, 141-i isə təkrar göndərişlərdir. Bu göndərişlər əsasında 37 nəfərə əlillik dərəcəsi, 40 nəfərə isə sağlamlıq imkanları məhdudluğu təyinatı aparılmış, 18 nəfərə aid göndərişlər isə qiymətləndirilmə prosesindədir. 160 göndəriş üzrə müxtəlif səbəblərdən imtina qərarı verilib. Belə ki, həmin göndərişlərdə, stasionar müalicə müddətlərinin azlığı, müayinələr və ağırlaşmaların arasında uyğunsuzluğun olması, xəstəlik barədə mütəxəssislərin rəyinin qeyd olunmaması, funksional pozğunluqlar barədə məlumatın göstərilməməsi, diaqnozu təsdiqləyən müayinələrin tam aparılmaması, xəstəliyin başlanma tarixi ilə müalicə tarixlərinin ziddiyyət təşkil etməsi, xəstəliyin xarakteri ilə ümumtəhsil müəssisəsində təhsil almaqla bağlı məlumatlarda uyğunsuzluğun olması və s. səbəblərdən əlillik təyinatı aparılmayıb.
F.Talıblı qeyd edib ki, əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə davamlı olaraq aparılan araşdırmalar nəticəsində indiyədək 6500-dən çox şəxsə aparılmış əsassız əlillik təyinatları ləğv edilib. Bu təyinatlar üzrə dövlət büdcəsinin illik qənaəti 30 milyon manata yaxındır. Uzunmüddətli dövr üzrə dövlət büdcəsinin qənaəti 700 milyon manatdan yuxarıdır:
"Bilinməlidir ki, ləğv edilən əlillik təyinatlarından 42 nəfərə dair göndərişlər məhz Füzuli RMX tərəfindən rəsmiləşdirilib. Belə ki, həmin şəxslərə rəsmiləşdirilən göndərişlərdə təqdim olunan məlumatların öz təsdiqini tapmaması, qeyd edilən diaqnozların şişirdilməsi, vətəndaşla bağlı digər elektron informasiya sistemlərində toplanan məlumatların ziddiyyət təşkil etməsi kimi faktlar müəyyənləşdirilib.
Göndərişlərdə qeyd edilmiş məlumatların etibarlılığını ciddi sual atına qoyan bu kimi hallar Tibbi sosial ekspert komissiyalarını daha da diqqətli olmağa, eyni zamanda şübhəli, ziddiyyətli və tam təqdim olunmamış məlumatlar əsasında rəsmiləşdirilən göndərişlər barədə qərar verərkən daha ehtiyatlı olmağa vadar edir.
Onu da qeyd etmək lazımdır ki, bu kimi problemlərin aradan qaldırılması üçün göndərişin rəsmiləşdirilməsində əsas götürülən digər tibbi sənədlərin (epikriz, tibbi rəy və s.) elektronlaşdırılması zəruridir. Bu istiqamətdə Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin gördüyü tədbirlərin qısa müddətdə nəticə verəcəyini əminik".
24-07-2020, 11:31
Azərbaycanda əsassız təyin edilən 2600 əlillik ləğv olundu
21-07-2020, 13:55
Nazirlik əlillik təyinatı etibarsız olanları AÇIQLADI
17-06-2020, 12:11
Bu şəxslərə MÜHÜM XƏBƏR - Sahil Babayevdən AÇIQLAMA
27-05-2020, 12:27
Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi
21-01-2019, 12:36
Ötən il 2,4 min nəfərə işsizlikdən sığorta, 6,3 min nəfərə işsizlik müavinəti ödənilib
28-12-2018, 12:46
Nazirlik yanında İctimai Şuranın gələn il üçün fəaliyyət istiqamətləri müzakirə olunub
Dün, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
Dün, 15:04
Harri Kasparov həbs olundu
Dün, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
Dün, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
Dün, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
Dün, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
Dün, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
Dün, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
Dün, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
Dün, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir